WEBVTT FILE

1
00:00:00.000 --> 00:00:01.881
-Sizə bir sualım var.

2
00:00:01.921 --> 00:00:04.148
Sizə nə qədər pul ödəsəydilər, 
həyatınızın sonuna qədər 

3
00:00:04.188 --> 00:00:06.680
internetdən imtina
etməyə razılaşardınız?

4
00:00:06.720 --> 00:00:07.776
-Oh, vau! 
-Fantastik sualdır. 

5
00:00:07.816 --> 00:00:09.924
Sizə 1 milyon dollar versəydilər, 
internetdən imtina edərdinizmi? 

7
00:00:12.490 --> 00:00:14.257
-Yəni internetdən bir daha 
istifadə etməməyiniz üçün 

8
00:00:14.297 --> 00:00:15.809
bir milyon dollar 
sizə kifayət edərmi? 

9
00:00:15.849 --> 00:00:16.658
-Mənə? Yox.

10
00:00:16.698 --> 00:00:18.549
-Heç inanmıram ki, buna  
nə vaxtsa razılaşım. 

11
00:00:18.589 --> 00:00:20.576
-Faktiki olaraq mənim bütün 
həyatım internetdən asılıdır.

12
00:00:20.616 --> 00:00:21.951
-Təxminən, hardasa 

13
00:00:21.991 --> 00:00:26.030
15-20 milyon dollara 
razılaşardım.

14
00:00:26.070 --> 00:00:27.317
-Bir neçə milyon, milyard. 

15
00:00:27.357 --> 00:00:29.790
-Düşünürəm ki, bunun üçün 
milyardlarlar verməlidirlər.

16
00:00:29.830 --> 00:00:31.669
-Tələbələrimin bu suala 
cavabı belədir: 

17
00:00:31.709 --> 00:00:33.313
Məncə, buna pulunuz yetməz. 

18
00:00:33.353 --> 00:00:37.060
Beş milyon, yox on milyon. 
Milyard dollar.

19
00:00:37.100 --> 00:00:39.078
-Cənubi Metodist 
Universitetindən 

20
00:00:39.118 --> 00:00:41.926
Professor Maykl Koks yeni 
texnologiyalar barədə çox düşünür.

21
00:00:41.966 --> 00:00:43.419
-Ona görə bu sualı 
başqa cür verim. 

22
00:00:43.459 --> 00:00:46.102
İnternetdən istifadə 
etmək üçün nə qədər 

23
00:00:46.142 --> 00:00:49.580
ödəməli olursunuz? 
On milyon? Bir milyon? 

24
00:00:49.620 --> 00:00:50.986
Yüz min? Yoxsa min? Yox.

25
00:00:51.026 --> 00:00:53.900
-İnternetdən bir günlük istifadə 
sadəcə qəpik-quruşa başa gəlir.

26
00:00:53.940 --> 00:00:57.184
-Beləliklə, bazarda İnternetin qiyməti 
(daha dəqiq desək, internetə görə 

27
00:00:57.224 --> 00:01:00.467
ödədiyiniz məbləğ) ilə ona verilən 
dəyər arasında böyük uçurum yaranıb.

28
00:01:00.507 --> 00:01:04.107
-İnternetdən istifadə ucuz başa gəlir, 
zamanla isə daha da ucuzlaşır.

29
00:01:04.147 --> 00:01:06.823
Son iki ildə 
internetə yüksək 

30
00:01:06.863 --> 00:01:10.977
sürətli girişin qiyməti 
faktiki olaraq 

31
00:01:11.017 --> 00:01:12.965
50%-dən çox azalmışdır. 
Hər şey ucuzlaşır.

32
00:01:13.005 --> 00:01:15.955
-Univac elektron kompüterlər 
sahəsində liderdir.

33
00:01:15.995 --> 00:01:18.823
-İlk kompüterlər iri idilər və 
ləng işləyirdilər, qiymətləri isə 

34
00:01:18.863 --> 00:01:20.811
milyonlarla dollarla ölçülürdü.

35
00:01:20.851 --> 00:01:24.183
-Budur, əyləncə üçün nəzərdə 
tutulmuş bir fotoaparat.

36
00:01:24.223 --> 00:01:27.439
-Çox da uzaq olmayan keçmişdə 
belə fotoaparatlar dəbdəbəli 

37
00:01:27.479 --> 00:01:30.142
hesab olunurdu. Bu cür 
videokameralar da eləydi.

38
00:01:30.182 --> 00:01:33.256
Lakin bu gün bütün 
smartfonlarda daxili videokamera, 

39
00:01:33.296 --> 00:01:38.009
fotoaparat və müxtəlif cür 
başqa xüsusiyyətlər var.

40
00:01:38.049 --> 00:01:40.553
80-ci illərin ortalarında 
meydana çıxan ilk mobil 

41
00:01:40.593 --> 00:01:42.458
telefonların görünüşü 
baxın, belə idi.

42
00:01:42.498 --> 00:01:45.790
Qiyməti? 4000 dollar.

43
00:01:45.830 --> 00:01:50.369
-Vau! 4000 dollar? Dəhşət...

44
00:01:50.409 --> 00:01:54.398
-Bu yaxınlarda gördüyüm bu məhsul - bu, 
3G telefondur - qiyməti 39 dollardır.

45
00:01:54.438 --> 00:01:56.463
-Elə olub ki, məhsulu 
almamışdan əvvəl onun 

46
00:01:56.503 --> 00:01:58.129
qiymətinin enməsini gözləmisiniz? 

47
00:01:58.169 --> 00:02:00.478
-Bəli, xanım.

48
00:02:00.518 --> 00:02:03.058
-Əksəriyyətimiz qiymətlərin 
aşağı düşməsini gözləyirik.

49
00:02:03.098 --> 00:02:05.163
Bəs niyə bu məhsullar ucuzlaşır? 

50
00:02:05.203 --> 00:02:07.434
-Yeni bir məhsul satışa çıxanda, 
biz onu almaq üçün növbəyə dururuq.

51
00:02:07.474 --> 00:02:08.922
Onu almaq üçün hamımız 
növbəyə düzülürük.

52
00:02:08.962 --> 00:02:11.188
Ən zəngin insanlar cərgənin 
önündə dayanır. 

53
00:02:11.228 --> 00:02:12.555
Onlar ən yüksək məbləği 

54
00:02:12.595 --> 00:02:14.172
ödəyirlər və məhsulun ən pis 
versiyasını əldə edirlər.

55
00:02:14.212 --> 00:02:15.755
-Ağlıma gələn ilk şey 

56
00:02:15.795 --> 00:02:18.793
"Wall Street" filmindəki 
Maykl Duqlasdır. Çimərlikdə.

57
00:02:18.833 --> 00:02:20.040
-Məni təəccübləndir, dostum.

58
00:02:20.080 --> 00:02:24.032
-1987-ci ilə aid bu filmdə Duqlas 
cani Qordon Gekko rolunu oynayır.

59
00:02:24.072 --> 00:02:25.383
O, çox zəngindir.

60
00:02:25.423 --> 00:02:29.437
Lakin onun telefonunda nə yaddaş, 
nə tətbiqlər, nə də musiqi var idi.

61
00:02:29.477 --> 00:02:31.860
Bu, sadəcə düymələri olan 
kərpicə bənzəyirdi.

62
00:02:31.900 --> 00:02:34.522
-Beləliklə, ilk bir neçə il 
ərzində məhsullar çox baha olur, 

63
00:02:34.562 --> 00:02:36.516
çünki onların inkişaf 
xərcləri ödənilir.

64
00:02:36.556 --> 00:02:39.467
-Tərtibatçılar yeni 
texnologiyanı sınaqdan keçirir 

65
00:02:39.507 --> 00:02:41.924
və məhsulu daha çox insana 
sataraq daha çox 

66
00:02:41.964 --> 00:02:44.089
qazanc əldə edə etməyin 
üsullarını axtarırlar.

67
00:02:44.129 --> 00:02:47.183
Lakin insanların əksəriyyəti 
mobil telefon üçün minlərlə dollar 

68
00:02:47.223 --> 00:02:50.057
xərcləməz, buna görə də 
onlar gözləyir.

69
00:02:50.097 --> 00:02:53.832
-Hamı gözləsəydi, məhsul elə 
dəzgah stolunda qalardı.

70
00:02:53.872 --> 00:02:55.975
O, heç vaxt bazara çıxarılmazdı.

71
00:02:56.015 --> 00:02:59.163
Beləliklə, kimlərsə ilk 
məhsulun xərcini ödəyərək onu 

72
00:02:59.203 --> 00:03:00.886
işə salır və bunu, 
adətən, zəngin insanlar edir.

73
00:03:00.926 --> 00:03:04.505
-Qordon Qekko kimi zəngin insanlar
məhsulları bahalı olduqda alır, 

74
00:03:04.545 --> 00:03:07.812
bununla da bizim daha ucuz, daha yaxşı 
versiyaları almağımıza şərait yaradır.

75
00:03:07.852 --> 00:03:11.583
-Kapitalizmin öz daxili rifah 
ötürmə sistemi var.

76
00:03:11.623 --> 00:03:16.376
-Təsəvvür edin ki, mobil telefonlar 
hələ də 4000 dollara satılır.

77
00:03:16.416 --> 00:03:19.364
Necə düşünürsünüz, əgər telefonlar bu gün 
də bu qiymətə olsaydı, siz birini alardınızmı? 

78
00:03:19.404 --> 00:03:20.943
-Xeyr. 
-Mən almazdım.

79
00:03:20.983 --> 00:03:24.935
-Lakin bu gün biz bir müddət 
əvvəl dünyanın ən zəngin 

80
00:03:24.975 --> 00:03:26.677
insanlarının sahib olduqları 
məhsullarla müqayisədə daha 

81
00:03:26.717 --> 00:03:28.690
keyfiyyətli məhsullardan 
yararlanırıq.

82
00:03:28.730 --> 00:03:32.513
Aspirin, kondisioner və 
tam təchizatlı avtomobillər 

83
00:03:32.553 --> 00:03:36.478
kimi bir çox şeylər isə bir 
əsr əvvəl heç mövcud deyildi.

84
00:03:36.518 --> 00:03:38.180
-Bu, olduqca gülməlidir.

85
00:03:38.220 --> 00:03:40.619
-Lakin bu təkcə əyləncə üçün 
edilmir. Yeni texnologiyalar bizə 

86
00:03:40.659 --> 00:03:44.784
bütün dünyada olan yaxınlarımızla 
əlaqə saxlamağa kömək edir. 

87
00:03:44.824 --> 00:03:48.600
Onlar, saysız-hesabsız üsullarla həyatı 
yaxşılaşdırır və daha təhlükəsiz edir.

88
00:03:48.640 --> 00:03:51.378
-Bütün bunlara özəl sektorun 
sayəsində nail olunur.

89
00:03:51.418 --> 00:03:53.964
-Koks deyir ki, hər şey hər 
gün işə gedən, həm özlərinin, 

90
00:03:54.004 --> 00:03:55.717
həm də yaxınlarının həyatını 

91
00:03:55.757 --> 00:03:58.795
yaxşılaşdırmağa çalışan  
milyonlarla amerikalı ilə başlayır.

92
00:03:58.835 --> 00:04:01.559
-Hər şey yaxşılaşır, çünki 
uğur qazanmağım üçün sizin 

93
00:04:01.599 --> 00:04:04.333
ehtiyac və istəklərinizi 
nəzərə almalıyam.

94
00:04:04.373 --> 00:04:07.093
Könüllü olaraq alacağınız 
məhsul yaratmalıyam, 

95
00:04:07.133 --> 00:04:08.840
yəni mənim fayda əldə etməyim 

96
00:04:08.880 --> 00:04:10.722
yalnız sizə fayda 
verməyimlə mümkün olur.

97
00:04:10.762 --> 00:04:13.931
-Apple şirkəti sizi məhsullarını 
almağa məcbur edə bilməz.

98
00:04:13.971 --> 00:04:15.872
Şirkət insanların, həqiqətən, 
nəyə üstünlük verdiyinizi 

99
00:04:15.912 --> 00:04:19.093
müəyyənləşdirə bildiyi üçün 
bu qədər çox pul qazanır.

100
00:04:19.133 --> 00:04:22.940
-Bu səbəbdən, kapitalizm paradoksal 
şəkildə şəxsi maraqdan başlayır, 

101
00:04:22.980 --> 00:04:26.749
lakin azadlıqla yönləndirilir və 
sosial rifah səviyyəsini artırır.

102
00:04:26.789 --> 00:04:29.121
-Çətin iqtisadi dövrlərdə belə 

103
00:04:29.161 --> 00:04:33.181
amerikalılar əvvəlki nəsillərə 
nisbətən daha zəngin yaşayırlar. 

104
00:04:33.221 --> 00:04:35.216
Amma yenə də çoxumuz 
özümüzü zəngin hesab etmirik.

105
00:04:35.256 --> 00:04:36.858
-Oh, yox! 

106
00:04:36.898 --> 00:04:39.426
-Xeyr, zəngin deyiləm. Mən, 
mən orta təbəqəyə aidəm.

107
00:04:39.466 --> 00:04:41.023
-Eynən orta təbəqə. 
-Mən orta təbəqəyə aidəm.

108
00:04:41.063 --> 00:04:44.856
-Ancaq bəzi anlamda, bəlkə də 
hamımız milyoner və milyarderik, 

109
00:04:44.896 --> 00:04:47.714
çünki bizim üçün bu qədər 
dəyərli olan nəsə var.

110
00:04:47.754 --> 00:04:50.519
Bu qədər iş görməyimizə 
imkanı verən bir şey.

111
00:04:50.559 --> 00:04:52.093
Ona görə də bu barədə düşünün.

112
00:04:52.133 --> 00:04:55.189
Bütün bunlar sizin üçün 
nə qədər dəyərlidir? 

113
00:04:55.229 --> 00:04:57.452
Ola bilər ki, siz zənn 
etdiyinizdən də zənginsiniz. 

