WEBVTT FILE

1
00:00:00.000 --> 00:00:06.259
[musiqi səslənir]

2
00:00:08.850 --> 00:00:12.720
Kim trilyoner olmaq istəyir?

3
00:00:13.423 --> 00:00:15.383
Diktator olmaq asan deyil. 

5
00:00:15.423 --> 00:00:17.941
Birincisi, ətrafınızda sizin 
yerinizdə olmaq istəyən 

6
00:00:17.981 --> 00:00:19.445
çoxlu insan var, ona görə də 

7
00:00:19.485 --> 00:00:22.749
siz hakimiyyəti daima əldə 
saxlamaq barədə narahat olursunuz.

8
00:00:22.789 --> 00:00:25.722
Siyasi rəqiblər ilə siyasi 
müttəfiqlər arasındakı 

9
00:00:25.762 --> 00:00:28.834
boz zonada hərəkət etmək 
tam bir baş ağrısıdır. 

10
00:00:28.874 --> 00:00:30.851
Bundan əlavə, sizin rəhbərlik 

11
00:00:30.891 --> 00:00:32.385
etməli olduğunuz bütün 
bu zöhlətökən insanlar var.

12
00:00:32.425 --> 00:00:34.368
Üsyana səbəb olmadan   
bu insanlara mümkün qədər az vermək  

13
00:00:34.408 --> 00:00:38.632
heç vaxt sonu olmayan
bir tarazlıq oyunudur. 

14
00:00:38.672 --> 00:00:40.819
Zimbabvenin prezidenti 
Robert Muqabe 

15
00:00:40.859 --> 00:00:43.369
2000-ci illərdə 
bu problemlər ilə üzləşmişdi.

16
00:00:43.409 --> 00:00:46.677
Ona düşmənlərinə rüşvət vermək və 
müttəfiqlərini mükafatlandırmaq üçün 

17
00:00:46.717 --> 00:00:50.092
pul lazım idi. Təəssüflər olsun ki, 
o, vergi qoyulması lazım olan hər şeyə 

18
00:00:50.132 --> 00:00:52.551
vergi qoymuşdu və onun siyasətləri 
investorları qorxuzub qaçırmışdı.

19
00:00:52.591 --> 00:00:53.993
İqtisadiyyat yaxşı 
vəziyyətdə deyildi 

20
00:00:54.033 --> 00:00:56.182
və onun xalqı işsiz 
və ac idi. 

21
00:00:56.222 --> 00:00:58.062
Bəs o, pulu hardan 
tapa bilərdi? 

22
00:00:58.102 --> 00:00:59.993
Ölkə idarə etməyin 
üstünlüklərindən biri də 

23
00:01:00.033 --> 00:01:02.508
öz pul hazırlayan 
maşınlarınızın, 

24
00:01:02.548 --> 00:01:03.841
yəni çap mətbəələrinizin 
olmasıdır.

25
00:01:03.881 --> 00:01:06.701
Beləliklə, lazım gəlsə, daha çox 
pul çap edə bilərsiniz, 

26
00:01:06.741 --> 00:01:09.582
necə ki, Muqabe etdi. 

27
00:01:09.622 --> 00:01:11.990
Təzə çap edilmiş pul 
Zimbabvenin iqtisadiyyatında 

28
00:01:12.030 --> 00:01:14.917
məhsuldarlığı artırmadı 
və yeni investisiya yox idi.

29
00:01:14.957 --> 00:01:17.278
Beləliklə, iqtisadiyyat daha çox 
mal istehsal edə bilmirdi. 

30
00:01:17.318 --> 00:01:20.883
Faktiki olaraq eyni miqdarda məhsullar 
müqabilində ortalıqda daha çox pul var idi. 

31
00:01:20.923 --> 00:01:23.043
Eyni miqdarda malın 
daha çox pulla qarşılaşması 

32
00:01:23.083 --> 00:01:26.263
Zimbabve dollarının alıcılıq 
gücünün itməsi demək idi.

33
00:01:26.303 --> 00:01:29.853
Sizə əvvəlki ilə eyni malları almaq 
üçün daha çox dollar lazım idi. 

34
00:01:29.893 --> 00:01:32.167
Başqa sözlə desək, 
yeni çap edilmiş pul 

35
00:01:32.207 --> 00:01:35.769
bazara sel kimi axdıqca 
qiymətlər qalxmağa başladı. 

36
00:01:35.809 --> 00:01:39.651
Qiymətlər ildə təxminən 
50% artmağa başladı.

37
00:01:39.691 --> 00:01:40.898
Bu, sadəcə başlanğıc idi. 

38
00:01:40.938 --> 00:01:43.899
Qiymətlər qalxdıqca, hökumət  
əvvəl olduğu qədər mal almaq 

39
00:01:43.939 --> 00:01:46.037
üçün daha çox pul 
çap etməli idi. 

40
00:01:46.077 --> 00:01:51.077
Və o belə də etdi. Beləliklə də, 
hər şey nəzarətdən çıxdı.

41
00:01:51.117 --> 00:01:54.261
Qiymətlərin artım sürəti yüksəldikcə, 
hökumət daha çox pul çap edirdi 

42
00:01:54.301 --> 00:01:58.771
və qiymətlər daha sürətlə qalxırdı: 
çıxılmaz bir dövrə yaranmışdı. 

43
00:01:58.811 --> 00:02:02.703
2001-ci ildə qiymətlər artıq 
ildə 100% dərəcə ilə qalxırdı. 

44
00:02:02.743 --> 00:02:08.179
2002-ci ildə bu göstərici 200%, 
2003-cü ildə isə 600% olmuşdu.

45
00:02:08.219 --> 00:02:12.382
2006-cı ildə qiymətlər ildə 
1000% olmaqla qalxırdı 

46
00:02:12.422 --> 00:02:17.071
və tualet kağızı 417 
Zimbabve dolları dəyərində idi. 

47
00:02:17.111 --> 00:02:22.300
Xeyr, rulon deyil, bir vərəq 
kağız 417 Z$ idi.

48
00:02:22.340 --> 00:02:24.298
Pul o qədər sürətli 
dəyərsizləşirdi ki, 

49
00:02:24.338 --> 00:02:25.966
gündüz sahib olduğunuz 

50
00:02:26.006 --> 00:02:28.359
pul gecə daha az dəyərə 
malik olurdu. 

51
00:02:28.399 --> 00:02:31.523
Ona görə də insanlar əllərinə çatan 
kimi valyutadan xilas olmağa çalışırdı.

52
00:02:31.563 --> 00:02:34.343
Zimbabvelilər milyoner oldular, 
lakin təəssüf ki, 

53
00:02:34.383 --> 00:02:37.025
bir milyon Zimbabve dolları 
ilə toyuq ala bilərdiniz, 

54
00:02:37.065 --> 00:02:38.734
o da şanslı olsanız. 

55
00:02:38.774 --> 00:02:41.007
Lakin hökumət hələ də 
pulu getdikcə daha yüksək 

56
00:02:41.047 --> 00:02:43.093
nominasiyalı əskinaslar şəklində 
çap etməyə davam edirdi: 

57
00:02:43.133 --> 00:02:49.253
1 000 000 Z$ əskinasları, 100 milyon, 
10 milyard, 100 milyard dollarlıq əskinaslar.

58
00:02:49.293 --> 00:02:53.509
2008-ci ildə qiymətlər ayda 
min faiz sürətilə artmağa başladı 

59
00:02:53.549 --> 00:02:57.867
və hökumət 100 trilyon dollarlıq 
əskinasları çap etməyə başladı.

60
00:02:57.907 --> 00:03:00.747
Bu çıxılmaz dövrənin pik 
nöqtəsində qiymətlər ayda 

61
00:03:00.787 --> 00:03:04.836
7,6 milyardlıq astronomik 
faiz dərəcəsi ilə artırdı. 

62
00:03:04.876 --> 00:03:08.337
Sözlə ifadə etmək çətin  
olduğu üçün sadəcə göstərəcəyik 

63
00:03:08.377 --> 00:03:13.067
- 1 ABŞ dolları bu qədər 
Zimbabve dolları edirdi.

64
00:03:13.107 --> 00:03:14.531
2008-ci ilin sonlarında 

65
00:03:14.571 --> 00:03:17.503
Zimbabve dolları 
yox olmağa başladı 

66
00:03:17.543 --> 00:03:19.079
və Muqabenin 
xarici valyutalardakı 

67
00:03:19.119 --> 00:03:22.051
əməliyyatları leqallaşdırmaqdan 
başqa seçimi qalmadı. 

68
00:03:22.091 --> 00:03:25.237
Zimbabve hiperinflyasiyası bitdi.

69
00:03:25.277 --> 00:03:27.277
Hiperinflyasiyalar başqa ölkələrdə də 
baş verib, məsələn 1994-cü ildə 

70
00:03:27.317 --> 00:03:33.448
Yuqoslaviyada, 1949-cu ildə Çində 
və 1923-cü ildə Almaniyada. 

71
00:03:33.488 --> 00:03:36.464
Zimbabvedə olduğu kimi 
bu hiperinflyasiyaların səbəbi 

72
00:03:36.504 --> 00:03:39.062
çarəsiz qalan hökümətlər idi 
- təcili pul lazım olsa da, 

73
00:03:39.102 --> 00:03:43.542
əldə etməyin tək yolu 
mətbəələr olan hökümətlər.

74
00:03:43.582 --> 00:03:46.286
Zimbabve hiperinflyasiyası 
həmçinin növbəti videolarda 

75
00:03:46.326 --> 00:03:49.424
daha ətraflı öyrənəcəyimiz 
və sınaqdan keçirəcəyimiz daha 

76
00:03:49.464 --> 00:03:51.833
ümumi bir prinsipi təsvir edir. 

77
00:03:51.873 --> 00:03:58.285
Bu, inflyasiyanın pul təklifinin 
artımı səbəbindən olmasıdır.

