﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:04.960
Memarlıqda piramidalar
möhkəmliyi ilə məşhurdur.

2
00:00:05.000 --> 00:00:08.201
Təməllərini böyüyən cəngəlliklər
və dəhşətli səhra qumlarının

3
00:00:08.241 --> 00:00:11.623
dağıtmasına baxmayaraq min illiklər
boyunca ayaqda qalıblar.

4
00:00:11.663 --> 00:00:14.692
Tikililərimizin ola biləcəyi
qədər dayanıqlıdırlar.

5
00:00:14.732 --> 00:00:17.875
Bəs biznes olaraq?
Çox da yox.

6
00:00:17.915 --> 00:00:21.336
Piramida sxemi başladığı
andan çökməyə başlayır,

7
00:00:21.376 --> 00:00:23.336
çünki əsl piramida deyil.

8
00:00:23.376 --> 00:00:25.055
Təməli tərs çevrilib.

9
00:00:25.095 --> 00:00:28.294
Piramidanı tərs çevirsəniz,
qıf forması əldə edirsiniz.

10
00:00:28.334 --> 00:00:31.855
V formalı
çox bina yoxdur.

11
00:00:31.895 --> 00:00:36.719
1997-ci ildə Albaniya qıflarla
bağlı çox ağır bir dərs aldı.

12
00:00:36.759 --> 00:00:38.719
Onlara nə qədər
su töksəniz də,

13
00:00:38.759 --> 00:00:40.863
damlayaraq axıb -
getməyə davam edəcək.

15
00:00:48.037 --> 00:00:52.455
Bir şey doğru ola bilməyəcək qədər yaxşı
səslənirsə, böyük ehtimalla doğru deyil.

16
00:00:52.495 --> 00:00:54.753
İnternetdə söhbət etmək
istəyən gözəl bir qadın,

17
00:00:54.793 --> 00:00:57.194
35 yaşında təqaüdə çıxa
biləcəyinizi deyən bir şirkət

18
00:00:57.234 --> 00:01:00.844
və ya ölkənizi yenidən möhtəşəm
edəcəyini söyləyən bir

19
00:01:00.884 --> 00:01:02.785
siyasətçi olsun, onların
hamısı bir xəyal satırlar.

20
00:01:02.825 --> 00:01:06.832
Dünya heç də şovinistlərin sizi
inandırdığı qədər sadə deyil.

21
00:01:06.872 --> 00:01:10.290
Pulun, gücün və şöhrətin
xəfif ətri məstedicidir

22
00:01:10.330 --> 00:01:11.731
və fırıldaqçılar bunu bilir.

23
00:01:11.771 --> 00:01:13.221
Təcrübəsiz və ümidsiz
insanlar üçün

24
00:01:13.261 --> 00:01:16.460
tez varlanmaq fikri çox
gözəl bir aldatma sxemidir.

25
00:01:16.500 --> 00:01:18.620
Xüsusilə bu fikir üçün şirkət,
yaxud başqa bir adla bir

26
00:01:18.660 --> 00:01:20.620
təriqət qursanız daha
inandırıcı olar.

27
00:01:20.660 --> 00:01:22.440
Onların aldadıcı
çağırışlarını hamımız eşitmişik:

28
00:01:22.480 --> 00:01:24.241
“Asan bir addımla özünüz
özünüzün müdiri olun.

29
00:01:24.281 --> 00:01:26.110
Eşitməyinizi istəmədikləri
sirlər var.

30
00:01:26.150 --> 00:01:28.969
Evinizdən işləyərək ayda
minlər qazanın.”

31
00:01:29.009 --> 00:01:30.743
Artıq siz bilirsiniz və s.

32
00:01:30.783 --> 00:01:32.146
Onlar heç vaxt
çox mürəkkəb olmur.

33
00:01:32.186 --> 00:01:34.268
Nə qədər sadədirsə,
o qədər yaxşı satılır.

34
00:01:34.308 --> 00:01:35.815
Sizi faktlarla
deyil, duyğularla

35
00:01:35.855 --> 00:01:37.588
inandırmağa çalışırlar.

36
00:01:37.628 --> 00:01:39.382
Kiçik bir təhlil aparın və

37
00:01:39.422 --> 00:01:41.883
dərhal görəcəksiniz ki, bütün
bu işin kökündə yalan var.

38
00:01:41.923 --> 00:01:44.766
Yalandan isə yaxşı
bünövrə olmur.

39
00:01:44.806 --> 00:01:47.399
Piramida sxeminin nə olduğunu bildiyinizi
fərz etdiyimi demək istərdim.

40
00:01:47.439 --> 00:01:49.107
Ancaq nə qədər uğurlu
olduqlarını və universitet

41
00:01:49.147 --> 00:01:51.688
təhsili almış dostlarımın
belə onların qurbanı

42
00:01:51.728 --> 00:01:52.866
olduğunu görəndə,

43
00:01:52.906 --> 00:01:55.718
bəlkə də əmin olmaq üçün qısaca
onlar haqqında danışmalıyam.

44
00:01:55.758 --> 00:01:58.017
Piramida sxemlərinin bir
çox növü var,

45
00:01:58.057 --> 00:02:00.961
lakin əsasən üç xüsusi
kateqoriyaya bölünürlər:

46
00:02:01.001 --> 00:02:03.200
Klassik, Ponzi və MLM.

47
00:02:03.240 --> 00:02:04.834
Onların taktikaları
fərqli olsa da,

48
00:02:04.874 --> 00:02:06.584
əslində hamısı eyni
şeyi təklif edirlər.

49
00:02:06.624 --> 00:02:08.584
Sizdən yuxarıdakı birinə pul verirsiniz
və sizdən aşağıdakıların öz pullarını

50
00:02:08.624 --> 00:02:11.104
sizə vermələrinə inandırmaq üçün
əlinizdən gələni edirsiniz.

51
00:02:11.144 --> 00:02:13.384
MLM-lər müştərilərini adətən satış
işçiləri də adlandırır və ehtimal ki,

52
00:02:13.424 --> 00:02:16.509
heç vaxt satmayacaqlarını bildikləri
məhsulları almalarını xahiş edirlər.

53
00:02:16.549 --> 00:02:18.917
Kağız üzərində bu fırıldaqlar
isə xüsusilə, başlanğıcda

54
00:02:18.957 --> 00:02:20.246
böyük bir böyümə yaradır.

55
00:02:20.286 --> 00:02:21.713
Sxemin ifadə olunan niyyəti

56
00:02:21.753 --> 00:02:24.023
əsasən qatlara
vurularaq artmaqdır.

57
00:02:24.063 --> 00:02:25.438
Lakin ilkin mərhələlərdən

58
00:02:25.478 --> 00:02:28.457
keçməsini təmin etmək üçün
lazım olan rəqəmlərə nail

59
00:02:28.497 --> 00:02:30.457
olmaq demək olar ki,
mümkünsüzdür.

60
00:02:30.497 --> 00:02:33.715
Hər bir təbəqədən özlərindən
aşağıda 3 nəfər tapmağı tələb

61
00:02:33.755 --> 00:02:35.320
edən Ponzi sxeminə görə isə,

62
00:02:35.360 --> 00:02:38.389
bütün planet əhalisini əhatə
etmək üçün 30 belə təbəqə lazımdır.

63
00:02:38.429 --> 00:02:40.552
Sanki bir divara tərəf yüksək
sürətli qatarın getməsi kimidir.

64
00:02:40.592 --> 00:02:41.589
Yeganə sual qəza

65
00:02:41.629 --> 00:02:44.157
zamanı hansı sürətlə
məhv olacağınızdır.

66
00:02:44.197 --> 00:02:46.494
Yenə də belə görünür ki,
tarixdən heç bir dərs

67
00:02:46.534 --> 00:02:48.139
çıxarmamışıq, çünki onlar
hələ də hər yerdədir.

68
00:02:48.179 --> 00:02:50.615
Bu sxemlər zərfdə nağd pul göndərmək
kimi sadə variantlardan internetdə

69
00:02:50.655 --> 00:02:53.422
saxta pul almaq kimi mürəkkəb
variantlara qədər müxtəliflik göstərir.

70
00:02:53.462 --> 00:02:56.606
Bəzən qeyri-müəyyən bir maliyyə
strukturundan başqa bir məhsul olmur,

71
00:02:56.646 --> 00:03:00.631
bəzən isə Çəki salan zolaqlar və ya
Bitki dərmanları toplamağınız tələb olunur.

72
00:03:00.671 --> 00:03:02.631
Lakin təməldə bunların
hamısı eynidir.

73
00:03:02.671 --> 00:03:04.051
Pul fırıldaqçıya yönləndirilir

74
00:03:04.091 --> 00:03:05.502
və geriyə qalan hər kəs

75
00:03:05.542 --> 00:03:07.990
öz sərmayələrinin
buxarlandığını görürlər.

76
00:03:08.030 --> 00:03:11.539
Fayda əldə edən yeganə şəxs
sizi öz yalanına inandıran olur.

77
00:03:11.579 --> 00:03:14.147
Piramida sxemləri cahil və
qorunmayan insanların ovundadır,

78
00:03:14.187 --> 00:03:16.425
buna görə onların maliyyə
nəzarəti az və ya heç olmayan

79
00:03:16.465 --> 00:03:19.412
ölkələrdə daha çox yayılması
təəccüblü deyil.

80
00:03:19.452 --> 00:03:23.284
Təəssüf ki, bu, inqilabdan
sonrakı Albaniyanı təsvir edir.

81
00:03:23.324 --> 00:03:25.284
Kommunizmin burada süqutundan
sonra insanlar haqlı

82
00:03:25.324 --> 00:03:28.252
olaraq kapitalist bir
gələcək üçün həyəcanlanırdılar.

83
00:03:28.292 --> 00:03:31.083
Diktatorluq nəzarətində
irəliləmək üçün heç bir

84
00:03:31.123 --> 00:03:35.464
imkanın olmadığı totalitar
rejim altında 50 il

85
00:03:35.504 --> 00:03:37.072
keçdikdən sonra
işlər artıq dəyişirdi.

86
00:03:37.112 --> 00:03:40.233
Lakin təhsil, xüsusilə, sərbəst
bazar iqtisadiyyatında təhsil

87
00:03:40.273 --> 00:03:42.970
məhdud idi və şəxsi sərvət
fikri sözün həm həqiqi,

88
00:03:43.010 --> 00:03:45.190
həm də məcazi mənasında
yad bir anlayış idi.

89
00:03:45.230 --> 00:03:46.729
Albaniya Avropanın ən kasıb

90
00:03:46.769 --> 00:03:48.940
ölkəsi idi və hamı bu
yükün ağırlığını hiss edirdi.

91
00:03:48.980 --> 00:03:51.967
1991-ci ilin qışında,
mövcud rejim dağılanda,

92
00:03:52.007 --> 00:03:54.130
vəziyyət o qədər pisləşdi ki,
kütləvi aclığın qarşısını

93
00:03:54.170 --> 00:03:57.855
alan tək şey İtalyanın
etdiyi qida yardımı idi.

94
00:03:57.895 --> 00:04:00.289
Həyat çox ağır idi.

95
00:04:00.329 --> 00:04:02.008
Lakin kommunizm nə qədər

96
00:04:02.048 --> 00:04:03.941
dəhşətli olsa da,
kapitalizmə keçid

97
00:04:03.981 --> 00:04:06.318
onlara dərhal yaxşı bir
həyat təmin etməyəcəkdi.

98
00:04:06.358 --> 00:04:09.016
Bütün həyatımız boyunca kapitalist sistem
içində böyüyən bizim üçün də fırıldaqçılardan

99
00:04:09.056 --> 00:04:12.420
qaçmaq qəbul etməkdə istəkli olduğumuzdan
daha böyük bir çətinlikdir.

100
00:04:12.460 --> 00:04:14.852
Çoxumuz qanunlarımızın bizi
onlardan qoruyacağına ümid edirik.

101
00:04:14.892 --> 00:04:17.533
Ağıllarını itirməyə başlayan
yaşlılarımızı qoruyacağına ümid edirik.

102
00:04:17.573 --> 00:04:19.533
Uşaqlarımız pulun dəyərini
anlayana qədər onları

103
00:04:19.573 --> 00:04:20.841
qoruyacağına ümid edirik.

104
00:04:20.881 --> 00:04:22.735
P. T. Barnumun o məşhur

105
00:04:22.775 --> 00:04:25.052
sözünün qarşısını alanda
cəmiyyət inkişaf edir.

106
00:04:25.092 --> 00:04:27.393
Beləliklə, bir çoxumuz üçün
yırtıcı fırıldaqçılara qarşı

107
00:04:27.433 --> 00:04:30.854
mühafizə uğurlu kapitalist
bir dövlətin əsas sütunudur.

108
00:04:30.894 --> 00:04:32.736
Lakin Albanların
mühafizəsi yox idi.

109
00:04:32.776 --> 00:04:34.238
Sərbəst bazarın necə
işlədiyini az - çox

110
00:04:34.278 --> 00:04:35.657
bilən insanlar üçün

111
00:04:35.697 --> 00:04:38.496
keçidin müsbət tərəfləri
təmin olunmurdu.

112
00:04:38.536 --> 00:04:40.365
Çoxları üçün bu,
canavarlara atılmanın maliyyə

113
00:04:40.405 --> 00:04:42.087
baxımından analoqu idi.

114
00:04:42.127 --> 00:04:44.929
Uğursuz kommunist dövlətin qeyri-
təkmil bazar mühafizəsi, nəzarətsiz

115
00:04:44.969 --> 00:04:48.092
kapitalist dövlətin şikəstedici
anarxiyasına çevrildi.

116
00:04:48.132 --> 00:04:50.197
Çox nadir hallarda bir
ifratçılıqdan başqa bir

117
00:04:50.237 --> 00:04:53.010
ifratçılığa keçməklə problemi
aradan qaldırmaq mümkündür.

118
00:04:53.050 --> 00:04:55.642
Divan libertarianları üçün
cənnət bir ssenari olsa da,

119
00:04:55.682 --> 00:04:58.243
orada yaşayan insanlar
üçün bu əsl cəhənnəm idi.

120
00:04:58.283 --> 00:05:00.071
Çünki mühafizə mexanizmləri
ləğv edildikdə,

121
00:05:00.111 --> 00:05:02.477
xeyir qazanmaq üçün
imkanları olanlar elə

122
00:05:02.517 --> 00:05:04.371
ilk başdan güc
sahibi olan insanlar idi.

123
00:05:04.411 --> 00:05:06.753
Proto-kapitalizm bütün
ölkəni bürüdükcə,

124
00:05:06.793 --> 00:05:08.753
sabiq kommunist
liderlər, mafiya

125
00:05:08.793 --> 00:05:11.846
və fürsətcil xarici investorlar
hər şeyi ələ keçirdirlər.

126
00:05:11.886 --> 00:05:13.846
Keçid dövrünün verilən
vədlərini həyata keçirmək üçün

127
00:05:13.886 --> 00:05:16.083
ciddi siyasi iradə
və xalqın mənafeyi üçün

128
00:05:16.123 --> 00:05:18.399
düzgün olanı etmək üçün
əsl istək lazım idi.

129
00:05:18.439 --> 00:05:21.069
Təəssüf ki, Albaniyada
bunların heç biri yox idi.

130
00:05:21.109 --> 00:05:24.859
Lakin kapitalizm vədi onlara
müjdə xəbəri kimi gəldi.

131
00:05:24.899 --> 00:05:29.118
İnsanların orta əmək haqqının
ayda 50 dollara çatmadığı,

132
00:05:29.158 --> 00:05:31.118
eşşək arabalarının
avtomobillərdən çox olduğu,

133
00:05:31.158 --> 00:05:34.615
bütün ölkədə bircə dənə də
olsun işıqforun olmadığı bir ölkədə

134
00:05:34.655 --> 00:05:38.394
Qərb tərzindəki sərvət əlçatmaz
bir xəyal kimi görünürdü.

135
00:05:38.434 --> 00:05:43.110
Sanki varlığından xəbərdar olduğunuz, lakin
heç vaxt çata bilmədiyiniz bir sehrli ölkə idi.

136
00:05:43.150 --> 00:05:47.358
Belə bir vəziyyətdə isə fırıldaqçılar
mütləq surətdə uğurlu olacaqdı.

137
00:05:47.398 --> 00:05:51.324
Artıq 1996-cı ilə milli
ÜDM-in 10%-nə bərabər bir məbləğ,

138
00:05:51.364 --> 00:05:53.480
hamının dayandırılması
mümkünsüz və yüksək böyümə

139
00:05:53.520 --> 00:05:55.920
investisiyaları olduğuna
inandığı yatırılmışdı.

140
00:05:55.960 --> 00:05:57.522
Piramida sxemləri.

141
00:05:57.562 --> 00:05:59.680
Fırıldaqçılar arasında rəqabət
artdıqca, bəzi investisiyalar

142
00:05:59.720 --> 00:06:03.517
ayda 40% gəlirlilik
təklif etməyə başladı.

143
00:06:03.557 --> 00:06:05.918
Mərkəzi bank özəl bazarda
təklif olunan qazanca

144
00:06:05.958 --> 00:06:07.915
yaxın dərəcələri təklif
edə bilmirdi,

145
00:06:07.955 --> 00:06:10.139
buna görə də insanlar
təbii olaraq ən yüksək

146
00:06:10.179 --> 00:06:12.139
gəlir vəd edənlərə
tərəf yönəldilər.

147
00:06:12.179 --> 00:06:14.654
Bu sxemlər böyüdükcə, hökumət
ya onlara qarşı səssiz qaldı,

148
00:06:14.694 --> 00:06:17.243
ya da açıq şəkildə dəstəklədi
və bu da öz növbəsində

149
00:06:17.283 --> 00:06:19.501
investorları sxemlərin legitimliyinə
inandırdı. Hətta bəziləri bu

150
00:06:19.541 --> 00:06:21.501
sxemlərin dövlət tərəfindən
maliyyələşdirildiyini düşünürdü.

151
00:06:21.541 --> 00:06:22.856
Sürətli yayılma dövrü başladı.

152
00:06:22.896 --> 00:06:25.279
İnsanlar evlərini girov qoydu,
təsərrüfatlarını satdı,

153
00:06:25.319 --> 00:06:26.521
yığımlarını nağdlaşdırdı

154
00:06:26.561 --> 00:06:29.223
və ümidlərini sərhədsiz
böyümə fantaziyasına bağladı.

155
00:06:29.263 --> 00:06:32.381
2016-cı ildə paytaxt
sakinlərindən birinin

156
00:06:32.421 --> 00:06:34.698
dediyinə görə şəhər
qəssabxana kimi qoxurdu,

157
00:06:34.738 --> 00:06:37.057
çünki çoxsaylı fermerlər
bu sıçrayışa qoşulmaq ümidi

158
00:06:37.097 --> 00:06:39.109
ilə mal-qaralarını
satmağa gətirmişdilər.

159
00:06:39.149 --> 00:06:40.857
Gücləri zirvə
nöqtəsinə çatdıqda,

160
00:06:40.897 --> 00:06:42.857
dayandırılması mümkünsüz
kimi görünürdülər.

161
00:06:42.897 --> 00:06:45.388
Həm iqtidar partiyası,
həm də müxalifət

162
00:06:45.428 --> 00:06:46.770
tamamilə korrupsiyaya
batmışdılar.

163
00:06:46.810 --> 00:06:49.596
Hətta baş nazir iqtisadi
məsələlər üzrə müşavirini

164
00:06:49.636 --> 00:06:52.278
yaxınlaşan çöküş barədə həqiqəti
söylədiyinə görə həbs etdirmişdi.

165
00:06:52.318 --> 00:06:54.925
BVF hökuməti ölkədən çirkli
pulların çıxarılması üçün

166
00:06:54.965 --> 00:06:56.327
fırıldaqçılıqdan istifadə
edildiyi barədə xəbərdar etdi

167
00:06:56.367 --> 00:06:58.061
və korrupsiyaya batmış
prezident isə cavab olaraq

168
00:06:58.101 --> 00:07:01.388
onları Albaniyanın yeni uğurlarına
mane olmaq cəhdində günahlandırdı.

169
00:07:01.428 --> 00:07:04.266
Ölkədəki bu sxemi dəstəklməyən
hər kəs, bu çiçəklənən

170
00:07:04.306 --> 00:07:05.901
yeni dünyaya
uyğunlaşa bilməyən

171
00:07:05.941 --> 00:07:09.422
kommunist müxalifətçilər
olmaqda ittiham edilirdilər.

172
00:07:09.462 --> 00:07:10.819
Lakin bütün bunlar
fırıldaq idi.

173
00:07:10.859 --> 00:07:12.791
Həm mafiya,
həm də hökumət

174
00:07:12.831 --> 00:07:15.238
rəsmiləri tərəfindən
idarə edilən böyük,

175
00:07:15.278 --> 00:07:17.806
nəzarətsiz ponzi sxemləri ölkəni
uçurumun kənarına gətirdi.

176
00:07:17.846 --> 00:07:20.481
Nəhayət bu fırıldaq qatarı
1997-ci ildə divara çırpılanda,

177
00:07:20.521 --> 00:07:22.481
tam sürətlə vüsət almışdı.

178
00:07:22.521 --> 00:07:24.110
Fırıldaqlar dağılmağa
başlayanda

179
00:07:24.150 --> 00:07:25.996
və nə baş verəcəyi
bəlli olduqda,

180
00:07:26.036 --> 00:07:27.657
hakimiyyətdəkilər yavaş-yavaş

181
00:07:27.697 --> 00:07:31.245
yerdə qalan fırıldaqları
dəstəkləməyə çalışdılar.

182
00:07:31.285 --> 00:07:33.877
Lakin artıq çox batmışdılar.
Üsyanlar başladı.

183
00:07:33.917 --> 00:07:35.610
Hərbçi və polis də
vətəndaşlar qədər

184
00:07:35.650 --> 00:07:38.590
aldadılmışdı və vəzifələrindən
istefa etməyə başladırlar.

185
00:07:38.630 --> 00:07:41.011
Silah anbarlarından
milyonlarla silah yoxa çıxdı.

186
00:07:41.051 --> 00:07:43.685
Ölkə tam miqyaslı inqilab
astanasında idi.

187
00:07:43.725 --> 00:07:45.656
Dövlət idarələri
yandırıldı,

188
00:07:45.696 --> 00:07:48.324
yüzlərlə etirazçı döyüldü
və həbs edildi.

189
00:07:48.364 --> 00:07:50.663
Bir neçə ay ərzində
ölkənin əksəriyyəti

190
00:07:50.703 --> 00:07:52.208
hökumətin nəzarətindən çıxdı.

191
00:07:52.248 --> 00:07:54.094
On minlərlə insan ölkədən

192
00:07:54.134 --> 00:07:57.365
qaçdı və bu günə qədər davam
edən əhali azalması başladı.

193
00:07:57.405 --> 00:08:00.618
Siyasi gələcəklərinin
piramidalarla birgə yerlə

194
00:08:00.658 --> 00:08:03.131
bir olduğunu görən
siyasətçilər, dövlətin qalan

195
00:08:03.171 --> 00:08:05.705
silahlarını talan etdikləri
insanlara tuşladılar.

196
00:08:05.745 --> 00:08:08.502
Lakin bütün bu tədbirlər əbəs idi.
Sistem çökmüşdü.

197
00:08:08.542 --> 00:08:11.760
Bütün bu hadisələrin sonunda
təxminən 2000 nəfər öldürülmüşdü.

198
00:08:11.800 --> 00:08:17.125
Əhalisi 3 milyondan bir qədər az olan ölkənin
130 mindən artıq vətəndaşı hər şeyini itirmişdi.

199
00:08:17.165 --> 00:08:19.239
İnsanlar prezidenti
vəzifəsindən istefa etməyə

200
00:08:19.279 --> 00:08:20.906
məcbur etdi, müvəqqəti bir
hökumət quruldu və yeni hökümət

201
00:08:20.946 --> 00:08:22.795
maliyyə fırıldaqlarını
dayandırmağa başladı.

202
00:08:22.835 --> 00:08:24.795
Qalan piramidalardakı
aktivlər donduruldu,

203
00:08:24.835 --> 00:08:26.850
ən böyük cinayətkarlardan
bəziləri həbs edildi

204
00:08:26.890 --> 00:08:29.677
və ölkə uzun və məşəqqətli
bərpa yoluna girdi.

205
00:08:29.717 --> 00:08:32.075
Lakin saatı geri çevirmək üçün
edə biləcəkləri heç bir şey yox idi.

206
00:08:32.115 --> 00:08:34.496
Pullar getmişdi və
vəsaitlərini yatıranlar üçün

207
00:08:34.536 --> 00:08:37.997
bu dərsin qiyməti bütün
həyatları bahasına başa gəldi.

208
00:08:38.037 --> 00:08:39.771
Qurduqları hər şey
bir anlıq qarışıqlıq

209
00:08:39.811 --> 00:08:41.771
və acgözlük
nəticəsində yuyuldu.

210
00:08:41.811 --> 00:08:43.825
Suyun hamısı borudan
axıb getmişdi.

211
00:08:43.865 --> 00:08:47.625
Nəticədə heç kimə
bir damla da qalmadı.

212
00:08:47.665 --> 00:08:50.743
Lakin bu hekayəni
danışmağın məqsədi

213
00:08:50.783 --> 00:08:52.044
albanları utandırmaq deyil.

214
00:08:52.084 --> 00:08:53.730
Onlar qalanlarımız üçün
sadəcə bir simvoldur,

215
00:08:53.770 --> 00:08:56.896
maliyyə tənzimlənməsinə olan
ehtiyacımızın bir nümunəsidir.

216
00:08:56.936 --> 00:08:59.624
Bütün ölkələr piramida sxemlərinin
qurbanına çevrilə bilər

217
00:08:59.664 --> 00:09:01.054
və haradan olmağımızdan asılı
olmayaraq hamımızın özünü

218
00:09:01.094 --> 00:09:04.137
etibarlı kimi göstərən insanlar
tərəfindən aldadılmaq ehtimalı var.

219
00:09:04.177 --> 00:09:05.454
Onların bayrağı nə qədər
yüksəkdə olsa,

220
00:09:05.494 --> 00:09:07.915
bir o qədər orada olmağa
layiq olduğunu düşünürük.

221
00:09:07.955 --> 00:09:10.004
Lakin bunlar, Albaniya
hökumətinin buna

222
00:09:10.044 --> 00:09:10.949
imkan verdiyi üçün baş verdi,

223
00:09:10.989 --> 00:09:12.949
çünki insanlar məbləğlərin
artmasının böyüməkdə olan

224
00:09:12.989 --> 00:09:15.559
bir iqtisadiyyatdan
qaynaqlandığını düşünürdülər,

225
00:09:15.599 --> 00:09:18.422
çünki bu sxemlər güc sahibi
insanlara pul qazandırırdı.

226
00:09:18.462 --> 00:09:20.422
Burada ABŞ-a nəzər salaq.

227
00:09:20.462 --> 00:09:23.363
Bir çoxunuz bu növbəti hissəni
eşitmək istəməyəcəksiniz.

228
00:09:23.403 --> 00:09:25.701
Bir etibar sxeminə ilişən
insanların çoxu, onun

229
00:09:25.741 --> 00:09:27.785
legitimliyi uğruna diş və
dırnaqlarıyla mübarizə apararlar.

230
00:09:27.825 --> 00:09:30.823
Onlar yalnız pullarını deyil,
bütün şəxsiyyətlərini bu sxemə

231
00:09:30.863 --> 00:09:32.608
yatırıblar, buna görə sxemin
yalan olması barədə bir söz

232
00:09:32.648 --> 00:09:34.409
eşitmək belə onları özlərindən
çıxarmaq üçün kifayətdir.

233
00:09:34.449 --> 00:09:37.682
Unutmayın ki, bir fırıldaqçı sizə
gerçəkləri deyil, duyğuları satır,

234
00:09:37.722 --> 00:09:39.647
çünki bilirlər ki, qalan
əsaslandırmanı özünüz

235
00:09:39.687 --> 00:09:41.226
edəcəksiniz - bir qəpik
investisiya etdikdən

236
00:09:41.266 --> 00:09:43.705
sonra psixoloji olaraq bir funt
qazanmağın arxasınca düşəcəksiniz.

237
00:09:43.745 --> 00:09:45.562
2015-ci ildə ABŞ-da

238
00:09:45.602 --> 00:09:48.447
MLM-lərə 18 milyondan
çox adam investisiya qoymuşdu

239
00:09:48.487 --> 00:09:51.189
və satışların həcmi
təxminən 36,5 milyard idi.

240
00:09:51.229 --> 00:09:53.064
Bu, Albaniyadakı
əhalinin faizindən

241
00:09:53.104 --> 00:09:54.932
bir tam faiz də yüksəkdir.

242
00:09:54.972 --> 00:09:57.738
Bu sxemlər yer üzündəki
hər ölkədə mövcud olsa da,

243
00:09:57.778 --> 00:09:59.738
Amerika haqqında danışmağımın
əsas səbəbi, prezidentlərinin

244
00:09:59.778 --> 00:10:03.506
də bu sxemlərin birində
iştirak etməklə məşhur olmasıdır.

245
00:10:03.546 --> 00:10:05.797
ACN, Şimali Karolina ştatının
Konkord şəhərində ortaya

246
00:10:05.837 --> 00:10:07.712
çıxan çoxsəviyyəli bir
marketinq şirkətidir.

247
00:10:07.752 --> 00:10:10.552
Bu sxem 9 il ərzində Donald Trampa
səs-küylü reklam və adından

248
00:10:10.592 --> 00:10:13.003
istifadə etmək hüququ qarşılığında
milyonlarla dollar pul verdi.

249
00:10:13.043 --> 00:10:14.804
Qarşılığında isə
hətta Tramp onların

250
00:10:14.844 --> 00:10:16.916
məhsullarını Apprentice
proqramında reklam etmişdi.

251
00:10:16.956 --> 00:10:18.916
Montana Qiymətli Kağızlar
Komissarı tərəfindən

252
00:10:18.956 --> 00:10:21.920
2009-cu ildə bir piramida sxemi
olaraq adlandırılmasına

253
00:10:21.960 --> 00:10:24.516
və 2011-ci ildə iflas elan
edilməsinə baxmayaraq,

254
00:10:24.556 --> 00:10:28.432
yalnız 2016-cı ildə prezidentliyə namizəd
olduqda onları dəstəkləməyi dayandırdı.

255
00:10:28.472 --> 00:10:30.836
Apprentice proqramında yer
alan başqa bir MLM şirkəti

256
00:10:30.876 --> 00:10:32.549
multivitaminlər satan
Ideal Health idi.

257
00:10:32.589 --> 00:10:34.661
Onlar da Donald Trampa
milyonlarla dollar vermişdilər.

258
00:10:34.701 --> 00:10:37.733
Fərq sadəcə o idi ki, şirkət onu
yox, o özü onlara müraciət etmişdi.

259
00:10:37.773 --> 00:10:38.889
2000-ci illərin sonlarında

260
00:10:38.929 --> 00:10:41.256
Donald Tramp xüsusi olaraq
adından istifadə hüququnu

261
00:10:41.296 --> 00:10:42.688
satmaq üçün bir MLM axtarırdı.

262
00:10:42.728 --> 00:10:45.344
Görüşlərindən bir il sonra
Ideal Health adını

263
00:10:45.384 --> 00:10:46.548
“The Trump Network”
olaraq dəyişdirdi.

264
00:10:46.588 --> 00:10:48.923
Şirkət xüsusilə maliyyə
böhranından ən çox zərər

265
00:10:48.963 --> 00:10:50.636
görənləri hədəf alırdı.

266
00:10:50.676 --> 00:10:53.534
Tramp deyirdi ki, bu piramida
sxemi deyil, çünki məhsul satır.

267
00:10:53.574 --> 00:10:57.339
Lakin əvvəlcə danışdıqlarımızı
xatırlayırsınızsa, bu sadəcə 3 nömrəli

268
00:10:57.379 --> 00:11:00.493
piramidadir və hazırda Amerikada
qanuni olan yeganə piramida növüdür.

269
00:11:00.533 --> 00:11:02.694
Qurduğu hökümət kabinəsində
işlər daha da pis idi.

270
00:11:02.734 --> 00:11:05.064
Trampın Təhsil üzrə katibi
Betsi DeVos Amerikanın

271
00:11:05.104 --> 00:11:08.581
ən böyük MLM sahibi Amway
şirkətinin sahibkarı ilə evlidir.

272
00:11:08.621 --> 00:11:11.319
Hər il 9,5 milyard dəyərində
məhsul satışı ilə

273
00:11:11.359 --> 00:11:15.129
Amway böyüklüyünə görə
ABŞ-da 29-cu özəl şirkətdir.

274
00:11:15.169 --> 00:11:18.219
HUD direktoru Ben Karson,
eynilə prezident kimi Mannatech

275
00:11:18.259 --> 00:11:21.697
adlı bir MLM üçün
nümayəndə kimi xidmət edirdi.

276
00:11:21.737 --> 00:11:24.314
Trampın federal tənzimləmələr
üzrə müşaviri olan Karl Aykan

277
00:11:24.354 --> 00:11:25.991
bu gün dünyanın ən böyük
piramidalarından

278
00:11:26.031 --> 00:11:28.767
biri olan Herbalife-ın
24% payına malikdir.

279
00:11:28.807 --> 00:11:30.880
Əlbəttə bütün bunlar yalnız
Respublikaçılar ilə məhdudlaşmır.

280
00:11:30.920 --> 00:11:33.664
2017-ci ildən bəri
14 Demokrat

281
00:11:33.704 --> 00:11:35.973
və 34 Respublikaçıdan ibarət
olan 48 Konqres üzvü piramida

282
00:11:36.013 --> 00:11:38.989
sxemlərini işlədənlər üçün
məhkəmə proseslərindən qorunma

283
00:11:39.029 --> 00:11:41.989
təmin edən bir qanun layihəsini
qəbul etdirmək üçün çalışırlar.

284
00:11:42.029 --> 00:11:43.989
Əsl saxtakarlıq dəbinə uyğun
olaraq, onlar bu qanun layihəsinə

285
00:11:44.029 --> 00:11:46.909
"Anti-Piramida Təbliğat
Sxemi Aktı" adını veriblər.

286
00:11:46.949 --> 00:11:49.336
Lakin əslində layihə onlara
daha çox güc verir.

287
00:11:49.376 --> 00:11:51.144
Bu, prezidentdən
daha böyükdür.

288
00:11:51.184 --> 00:11:52.972
Bu, öz laqeydliyimizin,
aldadılmağa

289
00:11:53.012 --> 00:11:55.226
nə qədər yönümlü
olduğumuzun simvoludur.

290
00:11:55.266 --> 00:11:57.964
Etibarınızı qazanmaq istəyən insanlara -
fırıldaqçılara bu ad boşuna verilməyib.

291
00:11:58.004 --> 00:12:00.190
Onlar, ətraflarında təriqətə
bənzər çevrə yaradırlar.

292
00:12:00.230 --> 00:12:04.458
Sərvət kultu, şəxsiyyət kultu,
etibar kultu. Qarşılığında isə

293
00:12:04.498 --> 00:12:08.078
pul kisələrimizi onlara
açırıq. Biz onlara səs veririk.

294
00:12:08.118 --> 00:12:09.790
Albaniyada da vəziyyət
fərqli deyildi.

295
00:12:09.830 --> 00:12:12.955
Onlar da ölkələrini də yenidən
möhtəşəm etdiklərini düşünürdülər,

296
00:12:12.995 --> 00:12:14.558
lakin sonra
yanıldıqlarını gördülər.

297
00:12:14.598 --> 00:12:16.334
Hökumətin vəzifəsinin bizi
saxtakarlardan qorumaq

298
00:12:16.374 --> 00:12:19.122
olduğuna inanmasaq,
elə belə də olacaq.

299
00:12:19.162 --> 00:12:22.534
Höküməti fırıldaqçılıqları
dayandıran tənzimləmələr

300
00:12:22.574 --> 00:12:23.708
qəbul etməyə məcbur etməsək,
onlar bunu etməyəcək.

301
00:12:23.748 --> 00:12:26.129
Albaniyada baş verənlərdən
sığortalanmamışıq.

302
00:12:26.169 --> 00:12:28.664
Donald Trampın prezident
olaraq verdiyi ilk

303
00:12:28.704 --> 00:12:31.086
sərəncamlardan biri maliyyə
planlaşdırıcılarının öz

304
00:12:31.126 --> 00:12:32.928
müştərilərinin pensiya
vəsaitlərini onların maraqlarına

305
00:12:32.968 --> 00:12:34.757
ən uyğun formada idarə etmələrini
tələb edən qanunun ləğv edilməsi idi.

306
00:12:34.797 --> 00:12:36.616
Yaşlılar hər zaman asan
bir hədəf olublar və təqaüd

307
00:12:36.656 --> 00:12:39.105
fondlarında yığışan pullar
həddindən artıq böyükdür.

308
00:12:39.145 --> 00:12:41.503
Onlar bildirdi ki, bunun səbəbi
iqtisadiyyatı canlandırmaqdır.

309
00:12:41.543 --> 00:12:43.014
Lakin unutmayın ki,
kağız üzərində

310
00:12:43.054 --> 00:12:46.239
Albaniya da çökən ana qədər
inkişaf edən ölkə kimi görünürdü.

311
00:12:46.279 --> 00:12:48.239
Fırıldaqçılar bu
şəkildə işləyir.

312
00:12:48.279 --> 00:12:50.159
Mən anti-kapitalist deyiləm,
hətta bundan çox uzağam.

313
00:12:50.199 --> 00:12:53.067
Cəmiyyətin fərdi təbiətinə
və öz hekayələrimizi

314
00:12:53.107 --> 00:12:55.418
özümüzün yazmaq qabiliyyətimizə
qətiyyətlə inanıram.

315
00:12:55.458 --> 00:12:57.418
Lakin hər şeyin
bir həddi var.

316
00:12:57.458 --> 00:13:00.181
İfratçılıq tərəfdarları demək olar ki,
heç vaxt ifrata qapıldıqlarını anlamırlar.

317
00:13:00.221 --> 00:13:03.328
Təriqət içərisində olanlar demək olar ki,
heç vaxt bir təriqət içində olduqlarını hiss etməzlər.

318
00:13:03.368 --> 00:13:07.323
İfrat kommunizmə veriləcək
cavab ifrat kapitalizm deyil.

319
00:13:07.363 --> 00:13:09.509
Divara tərəf getdiyimiz
sürəti artırmaq sadəcə

320
00:13:09.549 --> 00:13:12.681
daha sürətli məhv
olmağımıza səbəb olur.

321
00:13:12.721 --> 00:13:15.485
Tənzimləmələr bizi
yırtıcılardan qorumaq üçün

322
00:13:15.525 --> 00:13:18.598
mövcuddur və bu yaxşı bir şeydir.
Onlar üçün mübarizə aparın.

323
00:13:18.638 --> 00:13:21.035
Bütün bunlardakı
rolunuzu unutmayın.

324
00:13:21.075 --> 00:13:22.706
Allah xatirinə suyun

325
00:13:22.746 --> 00:13:26.293
bir az axdıqdan sonra
dayanacağını gözləməyin.

326
00:13:26.333 --> 00:13:28.293
Bu Rare Earth kanalıdır.

327
00:13:28.333 --> 00:13:30.000
[musiqi səslənir]
