﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:02.512
Azadlığı Öyrənin
IHS Davranış

2
00:00:02.512 --> 00:00:05.340
İqtisadiyyatı layihəsi:
İctimai Qərarvermə

3
00:00:05.340 --> 00:00:08.082
-İqtisadiyyat qeyri-məhdud
istəklərimiz məhdud imkanlarımız

4
00:00:08.082 --> 00:00:11.247
ilə qarşılaşanda insanların necə
davrandığını anlamağa kömək edir.

5
00:00:11.547 --> 00:00:14.269
Bu, yanacağın qiymətləri
qalxanda avtomobil

6
00:00:14.269 --> 00:00:16.590
alıcılarının davranışlarının
necə dəyişəcəyini, dövlət

7
00:00:16.590 --> 00:00:18.498
kollec kreditlərini
subsidiyalaşdıranda

8
00:00:18.498 --> 00:00:20.635
tələbələrin necə davranacağını
və hökumət siqaret çəkməyi

9
00:00:20.750 --> 00:00:23.331
tənzimləyəndə siqaret
istehsalçılarının

10
00:00:23.331 --> 00:00:25.028
reaksiyalarını təxmin etmək
imkanı yaradır.

11
00:00:25.374 --> 00:00:27.235
-İctimai qərarvermə
iqtisadiyyatın elə bir

12
00:00:27.235 --> 00:00:29.929
sahəsidir ki, insan davranışı
haqqında biliklərimizi

13
00:00:29.929 --> 00:00:31.835
istifadə edərək ictimai
sektorda fəaliyyət

14
00:00:31.835 --> 00:00:33.493
göstərən - siyasətçilər,
bürokratlar, lobbiçilər

15
00:00:33.493 --> 00:00:36.282
və seçicilər kimi
insanlara tətbiq edir.

16
00:00:36.766 --> 00:00:39.468
Lakin ictimai sektorda fəaliyyət
göstərən insanlar özəl sektorda

17
00:00:39.468 --> 00:00:42.301
fəaliyyət göstərənlərdən fərqli
olmadığından həmin insanların

18
00:00:42.416 --> 00:00:44.740
necə davranacağını təxmin
etmək üçün iqtisadi

19
00:00:44.740 --> 00:00:46.442
prinsiplərdən istifadə
edə bilərik.

20
00:00:46.718 --> 00:00:49.182
-Məsələn, seçicilərin
səs verməsinin faydaları

21
00:00:49.182 --> 00:00:50.815
az ikən, səs vermə

22
00:00:50.815 --> 00:00:52.510
xərcləri çox olanda
onların səsvermə prosesində

23
00:00:52.510 --> 00:00:53.912
iştiraka marağı az olur.

24
00:00:53.912 --> 00:00:55.912
Bu, insanların
cəmiyyət üçün

25
00:00:56.304 --> 00:00:58.236
pis qanun
layihələrinə səs verməsinə

26
00:00:58.236 --> 00:00:59.486
səbəb ola bilər.

27
00:00:59.739 --> 00:01:03.179
-Fərz edin ki, 100 nəfərdən təklif
edilmiş qanuna səs verməsi istənilir.

28
00:01:03.455 --> 00:01:05.709
Qanunda qeyd edilir ki,
hökumət bu 90 nəfərin hər

29
00:01:05.709 --> 00:01:07.989
birinə 10$ vergi tətbiq edəcək,

30
00:01:07.989 --> 00:01:09.801
toplananın yarısı yandırılacaq

31
00:01:09.801 --> 00:01:12.496
və yarısı isə yerdə qalan
10 nəfərə veriləcək.

32
00:01:12.496 --> 00:01:15.260
Əgər biz bu insanlar
arasında qanunu səsə qoysaq,

33
00:01:15.260 --> 00:01:16.956
nəticə necə olacaq?

34
00:01:16.956 --> 00:01:19.378
Vergi tətbiq ediləcək
90 nəfər qanunu bəyənmir

35
00:01:19.378 --> 00:01:20.829
və əleyhinə səs verəcək.

36
00:01:20.829 --> 00:01:23.685
10 nəfər isə hər biri
45$ qazanmaq üçün

37
00:01:23.685 --> 00:01:25.801
qanunu bəyənir
və lehinə səs verəcək.

38
00:01:26.101 --> 00:01:29.027
Təklif 90-na qarşı
10 səslə rədd ediləcək.

39
00:01:29.027 --> 00:01:31.472
-Lakin indi fərz edin ki,
səs vermək xərc tələb edir,

40
00:01:31.472 --> 00:01:33.821
hökumətin təklif etdiyi
qanunlardan xəbərdar

41
00:01:33.821 --> 00:01:35.384
olmaq maliyyətlidir.

42
00:01:35.384 --> 00:01:37.008
Qanunları oxumaq
xərc tələb edir.

43
00:01:37.008 --> 00:01:39.881
Qanunların sizə necə
təsir edəcəyini başa düşmək

44
00:01:39.881 --> 00:01:43.795
və fiziki olaraq yuxudan oyanmaq,
səsvermə məntəqəsinə getmək

45
00:01:43.795 --> 00:01:45.419
və evə geri qayıtmaq
xərc tələb edir.

46
00:01:46.018 --> 00:01:49.242
Eksperimentimizdə biz hər bir
şəxsə səs verməsi üçün 15$

47
00:01:49.242 --> 00:01:52.017
tələb qoyaraq bu səsvermə
xərcini simulyasiya edə bilərik.

48
00:01:52.017 --> 00:01:54.177
Bəli-xeyr olaraq necə səs
verməyinizdən asılı olmayaraq,

49
00:01:54.177 --> 00:01:57.447
səs vermək üçün
15$ ödəməlisiniz.

50
00:01:57.447 --> 00:01:58.770
Kim səs vermək istəyəcək?

51
00:01:58.770 --> 00:02:00.981
10 nəfər dəqiqliklə
səs verəcək, çünki əgər

52
00:02:00.981 --> 00:02:03.950
bu qanun qüvvəyə minərsə,
hər biri 45$ qazanacaq,

53
00:02:03.950 --> 00:02:07.194
bu isə səs vermək üçün
ödənilən 15$ xərcdən artıqdır.

54
00:02:07.194 --> 00:02:08.521
Bəs qalan 90 nəfər?

55
00:02:08.521 --> 00:02:11.492
Onlar səs verməyəcək, qanun
açıq-aydın onlar üçün pisdir,

56
00:02:11.492 --> 00:02:13.492
lakin pis qanun ilə
yaşamaq xərci qanuna

57
00:02:13.492 --> 00:02:16.132
qarşı səs vermək
xərcindən daha azdır.

58
00:02:16.132 --> 00:02:18.132
Buna görə də,
90 nəfər evdə qalacaq.

59
00:02:18.132 --> 00:02:21.029
Qanun 10 səsin 0-a qarşı
səs ilə qüvvəyə minəcək

60
00:02:21.029 --> 00:02:23.029
və cəmiyyət itirəcək.

61
00:02:23.029 --> 00:02:25.617
-Bu, mərkəzləşmiş
faydalar və dağınıq

62
00:02:25.617 --> 00:02:26.792
xərclər prinsipi adlanır.

63
00:02:26.792 --> 00:02:29.365
Qanun cəmiyyət üçün
xərc yaradır,

64
00:02:29.365 --> 00:02:32.449
insanların bir qrupu
900$ vergi ödəyəcək.

65
00:02:32.449 --> 00:02:35.298
Eyni qanun həmçinin
cəmiyyət üçün fayda verir,

66
00:02:35.298 --> 00:02:38.677
insanların başqa
bir qrupu 450$ alacaq.

67
00:02:38.677 --> 00:02:42.276
Cəmiyyət üçün xərc
faydadan böyükdür və

68
00:02:42.276 --> 00:02:45.418
qanundan imtina edilməsi
cəmiyyət üçün daha yaxşı olardı.

69
00:02:45.418 --> 00:02:48.205
Lakin qanundan imtina edilmir.
Nə üçün?

70
00:02:48.205 --> 00:02:52.252
450$ yardım insanların
kiçik bir qrupu arasında

71
00:02:52.252 --> 00:02:54.252
bölüşdürüldüyü üçün
bu qrupdakı hər bir

72
00:02:54.252 --> 00:02:56.744
şəxsin qanuna səs
vermək üçün stimulu var.

73
00:02:56.928 --> 00:03:00.672
Lakin 900$-lıq xərc çoxlu
sayda insan arasında

74
00:03:00.672 --> 00:03:02.602
paylaşıldığı üçün bu böyük
qrupdakı hər bir şəxsin

75
00:03:02.602 --> 00:03:04.997
qanunun əleyhinə səs vermək
üçün daha az stimulu var.

76
00:03:05.435 --> 00:03:07.969
Qanunun əleyhinə
səs vermək üçün

77
00:03:07.969 --> 00:03:10.922
stimul qanunun əleyhinə
səs vermək xərcindən azdırsa,

78
00:03:11.175 --> 00:03:13.384
qanunun əleyhinə olanlar səs
vermək üçün özlərini yormayacaq.

79
00:03:13.384 --> 00:03:16.378
-Mərkəzləşmiş faydalar
və dağınıq xərclər prinsipi

80
00:03:16.378 --> 00:03:19.547
insanların cəmiyyət üçün
əslində pis olan qanunlara səs

81
00:03:19.547 --> 00:03:21.547
verməsinə stimul yarada bilər.

82
00:03:21.731 --> 00:03:24.428
Bu, ictimai qərarvermə
iqtisadiyyatının dövlət

83
00:03:24.428 --> 00:03:26.520
sektorundakı insanların
davranışını daha yaxşı anlamağımıza

84
00:03:26.520 --> 00:03:28.520
kömək edə biləcəyinə dair
sadəcə olaraq bir nümunədir.

85
00:03:28.520 --> 00:03:30.171
Eyni formada,
iqtisadiyyat özəl sektordakı

86
00:03:30.171 --> 00:03:31.711
istehlakçılar və istehsalçıların
davranışlarını başa düşməyə

87
00:03:31.711 --> 00:03:34.085
və proqnozlaşdırmağa
kömək edir, həmçinin dövlət

88
00:03:34.200 --> 00:03:37.491
sektorundakı seçicilərin,
siyasətçilərin və bürokratların

89
00:03:37.491 --> 00:03:40.241
davranışlarını başa düşməyə və
proqnozlaşdırmağa yardım edir.

90
00:03:40.241 --> 00:03:42.928
-İnsanların necə davrandığını
daha yaxşı başa düşsək,

91
00:03:42.928 --> 00:03:44.928
iqtisadiyyat adlandırdığımız

92
00:03:44.928 --> 00:03:46.675
münasibətlər vasitəsilə
bir-birindən

93
00:03:46.675 --> 00:03:49.612
asılı olan fərdlərdən
təşkil olunmuş cəmiyyətdə

94
00:03:49.612 --> 00:03:52.582
dövlətin lazımi rolunu daha
yaxşı qiymətləndirə bilərik.

95
00:03:52.582 --> 00:04:11.282
[musiqi səslənir]
