WEBVTT FILE

1
00:00:00.000 --> 00:00:07.181
[musiqi səslənir]

2
00:00:07.181 --> 00:00:09.978
Dünya getdikcə daha sıx 
əlaqələnmiş bir yerə çevrilir. 

3
00:00:09.978 --> 00:00:12.417
Bəşər tarixində daha əvvəl 
heç vaxt beynəlxalq ticarət, 

4
00:00:12.417 --> 00:00:13.878
kommunikasiya və siyasət 

5
00:00:13.878 --> 00:00:17.791
arasında belə sıx qarşılıqlı 
münasibət olmamışdır. 

6
00:00:17.791 --> 00:00:20.084
Qloballaşma termini 
bəzən bir fürsət, 

7
00:00:20.084 --> 00:00:23.993
bəzən də yeni çətinliklər 
anlamında geniş isifadə olunur. 

8
00:00:23.993 --> 00:00:26.553
Bəs qloballaşma tam 
olaraq nə deməkdir? 

9
00:00:26.553 --> 00:00:29.016
Onun sahələri hansılardır? 

10
00:00:29.064 --> 00:00:32.151
Qloballaşma termini insanlar 
arasında tez-tez işlənsə də, 

11
00:00:32.151 --> 00:00:34.005
ona tərif vermək asan deyil.

12
00:00:34.005 --> 00:00:35.197
Bir şey aydındır. 

13
00:00:35.197 --> 00:00:36.357
Müasir dünyada 

14
00:00:36.357 --> 00:00:40.375
iqtisadi, ekoloji, sosial, 
siyasi məsələ və problemlər 

15
00:00:40.375 --> 00:00:42.474
artıq milli səviyyə ilə 
məhdudlaşmır, 

16
00:00:42.474 --> 00:00:45.139
çünki dünya çox 
asılı hala gəlib. 

17
00:00:45.139 --> 00:00:47.311
Ağıllı idarəetmə 
yalnız daha geniş maraq 

18
00:00:47.311 --> 00:00:49.311
qrupları daxilində 
həyata keçirilə bilər. 

19
00:00:49.311 --> 00:00:52.978
Məsələn, Avropa Birliyi kimi dövlət 
konfederasiyaları, İqtisadi Əməkdaşlıq 

20
00:00:52.978 --> 00:00:57.435
və İnkişaf Təşkilatı kimi regional 
iqtisadi təşkilatlar və yaxud bütün dünya.

21
00:00:57.435 --> 00:01:01.150
[musiqi səslənir]

22
00:01:01.150 --> 00:01:04.524
Bu gün müasir kommunikasiya 
texnologiyası və radio, televiziya, 

23
00:01:04.524 --> 00:01:09.616
telefon və ya internet kimi kütləvi 
informasiya vasitələri qlobal standartdır. 

24
00:01:09.616 --> 00:01:12.938
Bu o deməkdir ki, informasiya 
bütün dünyada, dərhal, əlverişli 

25
00:01:12.938 --> 00:01:17.343
qiymətlərlə yayıla bilər. 

26
00:01:17.343 --> 00:01:18.595
Məsələn, 

27
00:01:18.595 --> 00:01:21.612
Nyu-Yorkdan Londona telefon 
danışığının qiyməti 

28
00:01:21.612 --> 00:01:25.279
1930-cu ildən bəri 99% azalıb.

29
00:01:25.279 --> 00:01:28.072
[musiqi səslənir]

30
00:01:28.072 --> 00:01:29.974
Beynəlxalq televiziya  

31
00:01:29.974 --> 00:01:33.958
yayımçıları məlumat, fikir 
və mədəniyyət məhsullarını 

32
00:01:33.958 --> 00:01:35.958
ən ucqar bölgələrə çatdırırlar.

33
00:01:35.958 --> 00:01:38.837
[musiqi səslənir]

34
00:01:38.837 --> 00:01:41.323
Yanacaq qiymətlərinin aşağı 
olması və yeni nəqliyyat 

35
00:01:41.323 --> 00:01:45.534
vasitələrinin inkişafı 
səbəbindən 1930-cu ildən bəri 

36
00:01:45.558 --> 00:01:48.139
məhsul və insanların daşınma 
xərcləri 65% azalıb. 

37
00:01:48.139 --> 00:01:50.481
Xüsusilə, konteyner göndərmə. 

38
00:01:50.481 --> 00:01:54.456
Hava yolu ilə yükdaşıma 
xərcləri çox, 88% aşağı düşüb.

39
00:01:54.456 --> 00:01:56.456
[musiqi səslənir]

40
00:01:56.456 --> 00:01:58.309
Asiyadan Avropaya çatdırılan 
bir ton qəhvənin 

41
00:01:58.309 --> 00:02:03.058
daşınma haqqı malın qiymətinin 
yalnız 1%-ini təşkil edir.

42
00:02:03.058 --> 00:02:06.177
[musiqi səslənir]

43
00:02:06.177 --> 00:02:09.767
Belə inkişaf nümunələri 
texnoloji tərəqqinin nəticəsidir, 

44
00:02:09.767 --> 00:02:11.071
lakin bəzi aspektlər var ki, 

45
00:02:11.071 --> 00:02:13.505
məqsədyönlü şəkildə 
təqdim olunub. 

46
00:02:13.505 --> 00:02:16.897
1980-ci illərdən etibarən daha 
zəngin, sənaye cəhətdən daha 

47
00:02:16.897 --> 00:02:19.070
inkişaf etmiş ölkələr bütün 
dünyada tariflər, idxal kvotaları 

48
00:02:19.070 --> 00:02:22.919
və qadağalar kimi ticarət maneələrini 
aradan qaldırmağa çalışıb.

49
00:02:22.919 --> 00:02:27.490
[musiqi səslənir]

50
00:02:27.490 --> 00:02:31.173
Beləliklə, nəqliyyat xərclərini 
azaldan yeni texnologiyalar 

51
00:02:31.217 --> 00:02:34.137
və beynəlxalq ticarətin 
liberallaşdırılması böyük 

52
00:02:34.137 --> 00:02:36.336
şirkətlərə qlobal miqyasda 

53
00:02:36.336 --> 00:02:39.921
istehsal və satışı 
mümkün və sərfəli etdi. 

54
00:02:39.921 --> 00:02:44.250
Qloballaşmanın 3 əsas 
sahəsinə nəzər salaq. 

55
00:02:44.250 --> 00:02:47.413
İqtisadi sahə xüsusi 
əhəmiyyət kəsb edir. 

56
00:02:47.413 --> 00:02:50.026
O, qloballaşmanın əsas 
katalizatorudur 

57
00:02:50.026 --> 00:02:53.939
və eyni zamanda ən çox 
təsir altına düşən sahədir. 

58
00:02:53.939 --> 00:02:59.029
Beynəlxalq ixrac son 60 ildə 
30 dəfə artmışdır.

59
00:02:59.029 --> 00:03:03.147
[musiqi səslənir]

60
00:03:03.147 --> 00:03:06.173
Şirkətlərin və dövlətlərin 
birbaşa xarici investisiyaları 

61
00:03:06.173 --> 00:03:08.591
xeyli dərəcədə artıb. 

62
00:03:08.591 --> 00:03:12.913
1970-ci ildə illik 13 milyard 
dollardan bu gün 

63
00:03:12.913 --> 00:03:15.162
1,8 trilyon dollara yüksəlib.

64
00:03:15.162 --> 00:03:19.031
[musiqi səslənir]

65
00:03:19.031 --> 00:03:21.347
Əksər şirkətlər aşağı əmək haqqı 
və yüngül ekoloji tənzimləmələri 

66
00:03:21.347 --> 00:03:23.347
olan ölkələrdə 
yeni bazarlar və 

67
00:03:23.347 --> 00:03:28.035
ucuz istehsal 
imkanları axtarır. 

68
00:03:28.035 --> 00:03:31.021
Bu cür beynəlxalq 
korporasiyaların sayı 

69
00:03:31.021 --> 00:03:36.601
1990-cı illərdən bəri  
7000-dən 65000-ə yüksəlib.

70
00:03:36.601 --> 00:03:40.845
[musiqi səslənir]

71
00:03:40.845 --> 00:03:42.576
Dünya iqtisadiyyatı kimi 
beynəlxalq siyasət də

72
00:03:42.576 --> 00:03:46.444
bu gün bir-birindən daha çox
asılı hala gəlib. 

73
00:03:46.444 --> 00:03:48.468
İqlim dəyişikliyi, 

74
00:03:48.468 --> 00:03:51.980
maliyyə böhranı və ya 
terrorizm kimi 

75
00:03:51.980 --> 00:03:54.403
ən əhəmiyyətli məsələlər 
sərhədlərə məhəl qoymur. 

76
00:03:54.403 --> 00:03:58.617
Bir dövlət təkbaşına bu cür 
problemlərin öhdəsindən gələ bilməz. 

77
00:03:58.617 --> 00:04:00.248
Ölkələr siyasi 
cəhətdən Aİ, G20 

78
00:04:00.248 --> 00:04:03.477
və hətta Birləşmiş Millətlər Təşkilatı 
kimi geniş dövlət birliklərində 

79
00:04:03.477 --> 00:04:08.114
qərarlar qəbul edərək bunlara 
reaksiya verməyə çalışırlar. 

80
00:04:08.114 --> 00:04:09.517
Eyni zamanda, 

81
00:04:09.517 --> 00:04:12.339
müəyyən bir dövlətə mənsub 
olmayan beynəlxalq təzyiq 

82
00:04:12.339 --> 00:04:15.219
qruplarının sayı getdikcə 
daha çox artmaqdadır.

83
00:04:15.219 --> 00:04:19.877
Qeyri-hökumət təşkilatları 
və ya QHT-lər adlandırılan 

84
00:04:19.877 --> 00:04:22.214
bu qurumlar öz fəaliyyət 
sahələri ilə bağlı siyasətə 

85
00:04:22.214 --> 00:04:24.214
təsir göstərə bilirlər. 

86
00:04:24.214 --> 00:04:30.587
Buraya Greenpeace, Amnesty 
International və ya Attac daxildir. 

87
00:04:30.587 --> 00:04:33.990
Qlobal ictimai forum əvvəldə 
qeyd olunan yeni kommunikasiya 

88
00:04:33.990 --> 00:04:36.594
imkanları sayəsində inkişaf edir. 

89
00:04:36.594 --> 00:04:40.247
QHT-lər isə bunu siyasətə təsir 
göstərmək üçün istifadə edirlər.

90
00:04:41.344 --> 00:04:44.109
qlobal ictimai forum

91
00:04:44.109 --> 00:04:45.889
Beynəlxalq siyasi problemlər, 

92
00:04:45.889 --> 00:04:47.645
QHT-lər və beynəlxalq  
korporasiyalar kimi yeni 

93
00:04:47.645 --> 00:04:50.178
qlobal subyektlərin meydana 
çıxması ayrı-ayrı dövlətlərin, 

94
00:04:50.178 --> 00:04:53.514
xüsusilə də kiçik dövlətlərin 
siyasi sərbəstliyinin 

95
00:04:53.514 --> 00:04:55.514
azalmasına gətirib çıxarır.

96
00:04:55.539 --> 00:04:59.650
qlobal problemlər 
və subyektlər

97
00:04:59.650 --> 00:05:02.047
Qloballaşmanın təsirini 

98
00:05:02.047 --> 00:05:04.367
həmçinin mədəniyyətimizdə də 
müşahidə etmək olar. 

99
00:05:04.367 --> 00:05:08.385
Bir aspekt tez-tez 
McWorld adlandırılır. 

100
00:05:08.385 --> 00:05:12.500
Bu termin Qərb mədəniyyətinin, 
xüsusən də populyar mədəniyyətin 

101
00:05:12.500 --> 00:05:15.595
necə dominant olduğunu və mədəni 
müxtəlifliyi necə məhv etdiyini  

102
00:05:15.595 --> 00:05:20.409
xarakterizə edir. Qərb musiqisi, 
xəbərləri, məhsulları və hətta 

103
00:05:20.409 --> 00:05:24.308
ingilis dilinin qlobal miqyasda 
yayılması da bu təsiri artırır.

104
00:05:25.281 --> 00:05:27.281
Qloballaşma ilə 
mübarizə aparmaq 

105
00:05:27.281 --> 00:05:29.645
üçün əks reaksiyaya da 
rast gələ bilərik. 

106
00:05:29.645 --> 00:05:33.141
Məsələn, insanlar 
getdikcə yerli və regional 

107
00:05:33.141 --> 00:05:37.041
mədəni adətlərə 
geri qayıdırlar. 

108
00:05:37.041 --> 00:05:39.862
Qloballaşma çox 
mürəkkəb prosesdir. 

109
00:05:39.862 --> 00:05:43.923
Bəzi ölkələr daha çox, 
digərləri isə daha az faydalanır.

110
00:05:43.923 --> 00:05:47.646
Tayvan və Cənubi Koreya 
kimi yeni sənaye ölkələri, 

111
00:05:47.646 --> 00:05:51.139
eləcə də sürətlə inkişaf edən 
Hindistan, Braziliya və Çin 

112
00:05:51.139 --> 00:05:52.849
dünya iqtisadiyyatına 

113
00:05:52.849 --> 00:05:55.634
inteqrasiyadan əhəmiyyətli 
üstünlüklər əldə ediblər. 

114
00:05:55.634 --> 00:05:57.215
Onlar birbaşa xarici 

115
00:05:57.215 --> 00:05:59.936
investisiyalar və infrastrukturlar 
vasitəsilə öz zavodlarını qura 

116
00:05:59.936 --> 00:06:02.526
və məhsullarını beynəlxalq 
aləmdə sata bilərlər.

117
00:06:02.526 --> 00:06:04.526
Belə ölkələrdə əmək haqqının 
aşağı olması səbəbindən 

118
00:06:04.526 --> 00:06:08.462
bu məhsullar dünya bazarında 
çox rəqabətlidir. 

119
00:06:09.654 --> 00:06:12.144
Çin geniş əhali kütləsinin 

120
00:06:12.144 --> 00:06:15.341
bundan necə faydalana biləcəyini 
göstərən mükəmməl bir nümunədir. 

121
00:06:15.341 --> 00:06:17.341
Sürətli iqtisadi artım 
500 milyon çinlinin

122
00:06:17.341 --> 00:06:21.813
ifrat yoxsulluqdan çıxmasına 
imkan yaradıb. 

123
00:06:23.103 --> 00:06:24.644
Digər tərəfdən isə 

124
00:06:24.644 --> 00:06:25.731
elə bölgələr var ki, 

125
00:06:25.731 --> 00:06:28.832
qloballaşmanın faydalarından 
çox əziyyətini çəkir. 

126
00:06:28.832 --> 00:06:33.615
Bu, xüsusilə Qara Afrika 
ölkələrinin əksəriyyətinə xasdır.

127
00:06:33.615 --> 00:06:36.402
Bu cür ölkələr 
sərt beynəlxalq 

128
00:06:36.402 --> 00:06:38.769
rəqabətə kifayət qədər 
hazır deyil. 

129
00:06:38.769 --> 00:06:40.147
Sənaye və yeni sənaye 
ölkələrinin 

130
00:06:40.147 --> 00:06:42.702
istehsal etdiyi ucuz 
məhsullar yerli bazarları 

131
00:06:42.702 --> 00:06:46.565
doldurur və yerli istehsal 
müəssisələrini məhv edir. 

132
00:06:46.565 --> 00:06:50.524
Bundan başqa, bu ölkələr 
xarici investorlar üçün 

133
00:06:50.524 --> 00:06:52.792
cəlbedici deyil, 
ona görə də 

134
00:06:52.792 --> 00:06:55.949
onlar yeni sənaye ölkələri 
ilə ayaqlaşa bilmirlər.

135
00:06:57.288 --> 00:07:00.149
Qloballaşma sənaye 
ölkələri üçün həm təhlükə, 

136
00:07:00.149 --> 00:07:01.930
həm də fürsət hesab olunur. 

137
00:07:01.930 --> 00:07:03.066
Bir tərəfdən, 

138
00:07:03.066 --> 00:07:05.803
onlar sənaye malları üçün yeni 
satış bazarları əldə edə bilirlər. 

139
00:07:05.803 --> 00:07:08.737
Digər tərəfdən isə 
daha aşağı xərclərlə məhsul 

140
00:07:08.737 --> 00:07:12.818
istehsal edə bilən yeni sənaye 
ölkələrinin rəqabəti ilə üzləşirlər. 

141
00:07:12.818 --> 00:07:16.944
Xüsusilə, sadə malların 
istehsalı artıq qazanclı olmur 

142
00:07:16.944 --> 00:07:20.514
və sənaye ölkələrində tekstil, 
oyuncaq və bəyaz əşyalar kimi 

143
00:07:20.514 --> 00:07:23.245
məhsulların çox az bir çeşidi 
hələ də istehsal olunmaqdadır.

144
00:07:23.245 --> 00:07:28.436
[musiqi səslənir]

145
00:07:28.436 --> 00:07:32.514
Qloballaşmanın siyasət, 
mədəniyyət və iqtisadiyyat kimi 

146
00:07:32.514 --> 00:07:35.609
bir çox sahədə baş verdiyi 
aydın görünür. 

147
00:07:35.998 --> 00:07:39.002
Nəqliyyat və rabitə xərclərinin 
azalması, bazarların qlobal 

148
00:07:39.002 --> 00:07:42.805
səviyyədə liberallaşdırılması 
bu tendensiyanı sürətləndirib. 

149
00:07:42.805 --> 00:07:45.826
Bəzi ölkələr 
qloballaşmadan bəhrələnsə də, 

150
00:07:45.826 --> 00:07:48.776
bu, digərlərinin problemlərini 
daha da ağırlaşdırıb. 

151
00:07:48.776 --> 00:07:52.556
Beləliklə, qloballaşma 
həm yeni imkanlar, 

152
00:07:52.556 --> 00:07:54.461
həm də yeni çətinliklərə 
yol açır.

