WEBVTT FILE

1
00:00:00.000 --> 00:00:03.083
Heç düşünmüsünüzmü ki, 

2
00:00:03.123 --> 00:00:04.412
nəyə görə dövlətlər 

3
00:00:04.452 --> 00:00:05.524
borclarını ödəmək, 

4
00:00:05.564 --> 00:00:06.530
və ya evsizləri yedirtmək, 

5
00:00:06.570 --> 00:00:07.815
yaxud işsizliyi və ya bununla  
əlaqədar hər hansı bir problemi 

6
00:00:07.855 --> 00:00:10.108
həll  etmək məqsədilə sadəcə olaraq 
daha çox pul çap edə bilmirlər?

7
00:00:10.148 --> 00:00:11.111
Bu, sizə bir qədər axmaq 

8
00:00:11.151 --> 00:00:12.111
sual kimi görünə bilər, 

9
00:00:12.151 --> 00:00:13.489
lakin düşünürəm ki, 

10
00:00:13.529 --> 00:00:15.254
bu, insanların soruşmaqdan 
utandıqları suallardan biridir. 

11
00:00:15.294 --> 00:00:17.821
Lakin insanları maraqlandıran 
sualların sonu yoxdur.

12
00:00:17.861 --> 00:00:20.500
Bu sualın cavabını qısaca olaraq 
bir söz ilə ifadə etmək olar – 

13
00:00:20.540 --> 00:00:21.951
inflyasiya. 

14
00:00:21.991 --> 00:00:23.134
İnflyasiya "valyutanın dəyərinin 

15
00:00:23.174 --> 00:00:24.659
itirilməsi ilə nəticələnən, 

16
00:00:24.699 --> 00:00:26.409
pul kütləsinin artımı ilə 

17
00:00:26.449 --> 00:00:27.813
əlaqədar qiymətlərin ümumi 

18
00:00:27.853 --> 00:00:30.191
səviyyəsində daimi və əhəmiyyətli 
artım" kimi tərif edilir.
19
00:00:30.231 --> 00:00:31.519
Lakin bu məsələyə qayıdacağam. 

20
00:00:31.559 --> 00:00:33.209
Əvvəlcə, pulun 

21
00:00:33.249 --> 00:00:36.855
nə olduğunu müəyyən etməliyik… 

22
00:00:36.895 --> 00:00:37.993
Bu sual sizə sadə görünə bilər, 

23
00:00:38.033 --> 00:00:40.347
lakin anlamalı olduğunuz 
şey pulun heç bir 

24
00:00:40.387 --> 00:00:44.487
daxili dəyərinin olmamasıdır.

25
00:00:44.527 --> 00:00:46.145
Bu o deməkdir ki, pulun 

26
00:00:46.185 --> 00:00:47.333
öz-özlüyündə faktiki 
dəyəri yoxdur. 

27
00:00:47.373 --> 00:00:48.577
O yalnız malları ala bildiyi

28
00:00:48.617 --> 00:00:50.097
üçün dəyərli hesab olunur. 

29
00:00:50.137 --> 00:00:51.910
Lakin əgər siz kimsəsiz 
adaya düşmüsünüzsə, 

30
00:00:51.950 --> 00:00:54.946
pul tamamilə yararsız olacaq.

31
00:00:54.986 --> 00:00:56.111
Pulun yalnız 
biz dəyəri olduğuna 

32
00:00:56.151 --> 00:00:58.011
inandığımız üçün dəyəri var. 

33
00:00:58.051 --> 00:01:00.111
Bu, Tinkerbel Effekti adlanır, 

34
00:01:00.151 --> 00:01:02.402
bunu "Vsauce" kanalından öyrənmişəm. 

35
00:01:02.442 --> 00:01:03.620
Tinkerbel Effekti yalnız mövcud 

36
00:01:03.660 --> 00:01:05.410
olduğuna inandığımız üçün 

37
00:01:05.450 --> 00:01:07.811
mövcud olan bir şeyi təsvir 
etmək üçün istifadə edilir.

38
00:01:07.851 --> 00:01:09.409
Və pul ilə olan 
vəziyyət də eynidir. 

39
00:01:09.449 --> 00:01:10.460
Fərziyyə ilə danışsaq, 

40
00:01:10.500 --> 00:01:11.960
əgər insanlar birdən pulun  

41
00:01:12.000 --> 00:01:13.728
dəyərinin olmadığına inansaydılar, 

42
00:01:13.768 --> 00:01:16.208
pulun dəyəri olmayacaqdı. 

43
00:01:16.248 --> 00:01:18.028
Əlbəttə, bu, həmişə belə olmayıb.

44
00:01:18.068 --> 00:01:19.560
Pul minilliklər boyu mövcud olub 

45
00:01:19.600 --> 00:01:20.614
və ilk dəfə əmtəə pulu 

46
00:01:20.654 --> 00:01:23.587
formasında istifadə edilib. 

47
00:01:23.627 --> 00:01:25.894
Ticarətdə 
duz, ədviyyatlar, 

48
00:01:25.934 --> 00:01:28.503
atlar və silahlar kimi 

49
00:01:28.543 --> 00:01:30.836
faktiki dəyəri olan mallardan, 
həmçinin texniki olaraq heç bir 

50
00:01:30.876 --> 00:01:32.006
daxili dəyəri olmayan, 

51
00:01:32.046 --> 00:01:33.310
lakin nadir olduqlarına görə 

52
00:01:33.350 --> 00:01:34.838
universal olaraq pul kimi 
qəbul edilən 

53
00:01:34.878 --> 00:01:37.767
qızıl və gümüş kimi qiymətli 
metallardan istifadə olunurdu.

54
00:01:37.807 --> 00:01:39.678
Bundan sonra pulu təmsil edən 
mübadilə vasitəmiz yarandı. 

55
00:01:39.718 --> 00:01:42.071
Hər şeyimizi yanımızda 
daşımaq çətin ola bilər, 

56
00:01:42.111 --> 00:01:44.128
pulu təmsil edən vasitə 
daha mənalıdır. 

57
00:01:44.168 --> 00:01:46.082
Siz sadəcə qızılınızı 
banka verirsiniz 

58
00:01:46.122 --> 00:01:47.557
və onlar həmin əşyanı sizin 
üçün təhlükəsiz saxlayır 

59
00:01:47.597 --> 00:01:49.414
və əvəzində həmin qızılın 
sizə məxsus olduğunu 

60
00:01:49.454 --> 00:01:51.534
təsdiq edən sənəd verir.

61
00:01:51.574 --> 00:01:52.996
Buna görə də 
bu kağız parçaları 

62
00:01:53.036 --> 00:01:54.345
pul kimi istifadə edilə bilər, 

63
00:01:54.385 --> 00:01:56.565
çünki hər kəs istənilən vaxt 
gedib qızılı geri ala bilər. 

64
00:01:56.605 --> 00:01:57.565
Lakin bu gün 

65
00:01:57.605 --> 00:01:58.938
demək olar ki, dünyanın bütün 

66
00:01:58.978 --> 00:02:00.861
ölkələri fiat puldan 
istifadə edirlər.

67
00:02:00.901 --> 00:02:03.416
Fiat pul, pullarının dəyəri 
olacağına dair hökumətə inanc 

68
00:02:03.456 --> 00:02:05.151
və güvən tələb edir. 

69
00:02:05.191 --> 00:02:06.582
Əgər nisbətən gənc bir ölkəni 

70
00:02:06.622 --> 00:02:07.499
nümunə kimi götürsək, 

71
00:02:07.539 --> 00:02:09.112
Amerika Birləşmiş Ştatları 
200 il ərzində 

72
00:02:09.152 --> 00:02:12.156
3 monetar sistemin 
hamısını keçib.

73
00:02:12.196 --> 00:02:14.156
1972-ci ildə 
Amerika Birləşmiş Ştatları 

74
00:02:14.196 --> 00:02:15.518
Avropa pulundan istifadə 
etməyi dayandıranda, 

75
00:02:15.558 --> 00:02:17.049
1792-ci ilin Sikkə Qanunu ilə 

76
00:02:17.089 --> 00:02:19.049
ABŞ dollarının əsası qoyuldu. 

77
00:02:19.089 --> 00:02:20.664
ABŞ dolları ilkin dövrlərdə 

78
00:02:20.704 --> 00:02:22.062
əmtəə pulu formasında, 

79
00:02:22.102 --> 00:02:24.434
yəni qızıl, gümüş və mis 
sikkələr şəklində idi.

80
00:02:24.474 --> 00:02:26.169
Sikkələr faktiki olaraq əsl 

81
00:02:26.209 --> 00:02:27.176
qızıl, gümüş və misdən 
hazırlanırdı 

82
00:02:27.216 --> 00:02:28.234
və sikkənin üzündəki dəyər 

83
00:02:28.274 --> 00:02:29.956
onun hazırlandığı metalın 

84
00:02:29.996 --> 00:02:32.142
dəyəri ilə tam eyni idi. 

85
00:02:32.182 --> 00:02:33.792
Ölkə 1900-cü ildə Qızıl 

86
00:02:33.832 --> 00:02:35.406
Standartı Aktı ilə əmtəə 

87
00:02:35.446 --> 00:02:38.102
və pulu təmsil edən vasitələrin 
qarışığı olan sistemə keçdi.

88
00:02:38.142 --> 00:02:39.487
Hökumət istənilən vaxt 
qızıl ilə 

89
00:02:39.527 --> 00:02:42.466
mübadilə edilə bilən 
dollar əskinasları buraxdı. 

90
00:02:42.506 --> 00:02:44.535
Qızıl Standartı əksər ölkələrin 
həmin vaxt istifadə etdiyi pulu 

91
00:02:44.575 --> 00:02:46.535
təmsil edən mübadilə 
vasitəsi növüdür.

92
00:02:46.575 --> 00:02:47.729
Bu, ölkələr arasındakı valyuta 

93
00:02:47.769 --> 00:02:48.794
məzənnəsini dəqiqliklə 

94
00:02:48.834 --> 00:02:50.638
hesablamağın effektiv 
üsulu idi. 

95
00:02:50.678 --> 00:02:52.298
Məsələn, qızılın bir qramı 

96
00:02:52.338 --> 00:02:55.190
Britaniyada 1£, 
Amerikada isə 1.50$ idisə, 

97
00:02:55.230 --> 00:02:58.792
bu zaman 1 funtun 1.50 dollara bərabər 
olduğunu asanlıqla təyin etmək olar.

98
00:02:58.832 --> 00:03:00.566
Qızıl sikkələrin istehsalı  

99
00:03:00.606 --> 00:03:01.609
dayandırıldı, gümüş isə  

100
00:03:01.649 --> 00:03:02.548
digər sikkələrin 
arasından silindi və  

101
00:03:02.588 --> 00:03:03.910
beləliklə, 
Amerika Birləşmiş Ştatlarında

102
00:03:03.950 --> 00:03:05.646
əmtəə puluna faktiki son qoyuldu. 

103
00:03:05.686 --> 00:03:07.316
1971-ci ildə Riçard Nikson 

104
00:03:07.356 --> 00:03:08.901
Qızıl Standartını rəsmi 
şəkildə dayandırdı 

105
00:03:08.941 --> 00:03:11.362
və ABŞ fiat pula keçdi.

106
00:03:11.402 --> 00:03:13.145
Beləliklə, bu gün 
pulun arxasında 

107
00:03:13.185 --> 00:03:16.615
qızıl və ya buna oxşar 
dəyərli heç bir şey dayanmır. 

108
00:03:16.655 --> 00:03:18.166
Əvvəlki suala geri qayıdaq.

109
00:03:18.206 --> 00:03:20.274
Təklif və tələb qrafiki 
bunun nə üçün 

110
00:03:20.314 --> 00:03:21.597
qiymətlərdə artıma səbəb 
olduğunu göstərir.

111
00:03:21.637 --> 00:03:22.848
İqtisadiyyatda daha çox pul 

112
00:03:22.888 --> 00:03:24.246
mal və xidmətlərə 
tələb əyrisinin 

113
00:03:24.286 --> 00:03:25.412
hərəkətinə səbəb olur. 

114
00:03:25.452 --> 00:03:26.636
Lakin bu, iqtisadi istehsalın 

115
00:03:26.676 --> 00:03:28.220
həcmində artım ilə 
müşaiyət olunmadığı 

116
00:03:28.260 --> 00:03:30.059
üçün qiymətlər artmalıdır.

117
00:03:30.099 --> 00:03:31.059
İndi isə belə baxaq - 

118
00:03:31.099 --> 00:03:32.823
əgər hökumət 
milyon dollar çap etsəydi 

119
00:03:32.863 --> 00:03:34.581
və onu ölkədəki 
hər kəsə versəydi, 

120
00:03:34.621 --> 00:03:35.640
hər kəsin çölə çıxıb 

121
00:03:35.680 --> 00:03:37.046
idman avtomobili 
almasına səbəb olardı... 

122
00:03:37.086 --> 00:03:38.394
lakin ölkədə sadəcə məhdud 

123
00:03:38.434 --> 00:03:39.854
sayda idman avtomobili var, 

124
00:03:39.894 --> 00:03:41.010
ona görə də ediləcək məntiqli şey 

125
00:03:41.050 --> 00:03:44.347
idman avtomobilinin 
qiymətini artmaqdır.

126
00:03:44.387 --> 00:03:46.347
Bunu göstərmək üçün 
bir bənzətmə edək: 

127
00:03:46.387 --> 00:03:47.496
kimsəsiz bir adada 4 nəfər 

128
00:03:47.536 --> 00:03:48.562
olduğunu təsəvvür edin. 

129
00:03:48.602 --> 00:03:50.706
Onların hər birinin 10 ədəd 
meyvəsi var. 

130
00:03:50.746 --> 00:03:53.180
Meyvələrin hər biri dəyər 
baxımından eynidir. 

131
00:03:53.220 --> 00:03:55.960
İndi isə onların yalnız alma ağacları bitən 
bütöv bir meşə kəşf etdiyini təsəvvür edin.

132
00:03:56.000 --> 00:03:57.960
Almaların nominal dəyəri artıb, 

133
00:03:58.000 --> 00:03:59.364
çünki onların sayı çoxdur, 

134
00:03:59.404 --> 00:04:00.979
lakin almanın faktiki dəyəri 

135
00:04:01.019 --> 00:04:01.979
təklifdə artıma 

136
00:04:02.019 --> 00:04:03.980
görə azalıb. 

137
00:04:04.020 --> 00:04:05.177
Buna görə də 
10 almanın dəyəri 

138
00:04:05.217 --> 00:04:06.660
1 banana bərabərdir, 

139
00:04:06.700 --> 00:04:08.260
çünki almalar üçün tələb aşağı, 

140
00:04:08.300 --> 00:04:10.260
bananlar üçün isə yüksəkdir.

141
00:04:10.300 --> 00:04:11.959
Sadəcə aydınlaşdırmaq üçün 
bildirək ki, 

142
00:04:11.999 --> 00:04:13.802
bu bənzətmədə insanlar 
müxtəlif ölkələri təmsil edir, 

143
00:04:13.842 --> 00:04:15.499
meyvə onların əlaqədar valyutası, 

144
00:04:15.539 --> 00:04:18.639
alma ağacı isə çap olunmuş puldur. 

145
00:04:18.679 --> 00:04:20.591
Lakin bu təkcə həddindən artıq 
pul çap etməyin pis ideya 

146
00:04:20.631 --> 00:04:22.683
olduğunu iddia edən iqtisadi 
nəzəriyyəyə görə, belə deyil.

147
00:04:22.723 --> 00:04:25.470
Yaxın tarixdə bu barədə 
bir neçə nümunə var. 

148
00:04:25.510 --> 00:04:28.663
Ən yaxın nümunə 2008-ci ildə 
pul çap etməyə görə 

149
00:04:28.703 --> 00:04:31.886
yüksək inflyasiyadan 
əziyyət çəkən Zimbabvedir.

150
00:04:31.926 --> 00:04:34.972
Bu, Prezident Muqabe tərəfindən verilən 
bəzi bərbad qərarların nəticəsi idi. 

151
00:04:35.012 --> 00:04:36.732
İqtisadiyyat pisə doğru gedəndə 
Muqabe hökumətin xərclərini 

152
00:04:36.772 --> 00:04:38.043
ödəmək üçün daha çox pul 

153
00:04:38.083 --> 00:04:39.875
çap etməyə başladı.

154
00:04:39.915 --> 00:04:41.694
Bu isə inflyasiyanın həddindən 
artıq artmasına səbəb oldu 

155
00:04:41.734 --> 00:04:43.694
və 2008-ci ilin noyabrın 

156
00:04:43.734 --> 00:04:45.694
ortalarında Zimbabvedə inflyasiya... 

157
00:04:45.734 --> 00:04:47.284
Əslində, gözləyin, 
bir saniyə gözləyin. 

158
00:04:47.324 --> 00:04:49.790
Əvvəlcə, mən sizə bir az 
bu barədə məlumat verim. 

159
00:04:49.830 --> 00:04:52.224
Amerika Birləşmiş Ştatlarında 
inflyasiya təxminən 2%-dir.

160
00:04:52.264 --> 00:04:53.602
İqtisadçılar, ümumiyyətlə, 

161
00:04:53.642 --> 00:04:56.380
1-3% arasında olan inflyasiya 
səviyyəsini optimal hesab edir. 

162
00:04:56.420 --> 00:05:00.212
Bu gün birinci dünya ölkələrinin 
inflyasiya dərəcələri 0-5%-dən başlayır. 

163
00:05:00.252 --> 00:05:02.212
Bir ölkədə inflyasiya 
50%-dən çox olanda 

164
00:05:02.252 --> 00:05:05.587
onun hiperinflyasiya 
səviyyəsinə daxil olduğu deyilir.

165
00:05:05.627 --> 00:05:07.587
Beləliklə... bunu nəzərdə tutaraq, 

166
00:05:07.627 --> 00:05:09.587
Zimbabvedə inflyasiya 
ən yüksək həddində, 

167
00:05:09.627 --> 00:05:15.334
6,5 sekstrilyon faizə çatmışdı! 

168
00:05:15.374 --> 00:05:19.854
Yaxud bunu başqa sözlə desək, 
bu ədədin 22 rəqəmi var! 

169
00:05:19.894 --> 00:05:21.841
Vəziyyət o qədər pis idi ki, 
qiymətlər 

170
00:05:21.881 --> 00:05:23.601
hər 24 saatdan bir 
iki qat artırdı!

171
00:05:23.641 --> 00:05:25.250
Hökumət daha yüksək nominallar 

172
00:05:25.290 --> 00:05:26.535
ilə daha çox pul çap etməklə 

173
00:05:26.575 --> 00:05:28.535
problemi həll etməyə çalışırdı. 

174
00:05:28.575 --> 00:05:30.444
Həmçinin onlar 4 müxtəlif 

175
00:05:30.484 --> 00:05:32.955
ISO kodu ilə 4 fərqli valyuta 
tətbiq edərək Zimbabve dollarını 

176
00:05:32.995 --> 00:05:34.446
3 dəfə yenidən dəyərləndirməklə 

177
00:05:34.486 --> 00:05:36.840
sıfırları silməyə davam edirdi. 

178
00:05:36.880 --> 00:05:38.912
Sonuncu denominasiyadan 
əvvəl onlar 100 trilyon 

179
00:05:38.952 --> 00:05:41.395
dollarlıq əskinaslar çap edirdi.

180
00:05:41.435 --> 00:05:44.099
İnsanlar çörək almaq üçün 
sözün əsl mənasında pul ilə 

181
00:05:44.139 --> 00:05:45.862
dolu əl arabaları istifadə edirdi. 

182
00:05:45.902 --> 00:05:48.709
Hökumət hətta bir məqamda 
inflyasiyanı qeyri-qanuni elan etmişdi 

183
00:05:48.749 --> 00:05:52.138
və hətta bəzi insanlar qiymətləri 
qaldırdığına görə həbs edilmişdi.

184
00:05:52.178 --> 00:05:54.012
2009-cu ildə Zimbabve dolları 

185
00:05:54.052 --> 00:05:55.292
ləğv edildi və 
bu günə qədər də 

186
00:05:55.332 --> 00:05:57.292
onların milli valyutaları yoxdur. 

187
00:05:57.332 --> 00:05:59.580
İnsanlar ABŞ dolları, 
funt sterlinq və avro kimi 

188
00:05:59.620 --> 00:06:02.041
pul vahidlərindən istifadə edir.

189
00:06:02.081 --> 00:06:03.462
Hiperinflyasiyadan əvvəl 

190
00:06:03.502 --> 00:06:04.618
ilk Zimbabve dolları 

191
00:06:04.658 --> 00:06:07.203
1.25$ dəyərində idi. 

192
00:06:07.243 --> 00:06:08.975
Əgər həmin 100 trilyon dollarlıq 

193
00:06:09.015 --> 00:06:10.630
əskinas bu məzənnə ilə 

194
00:06:10.670 --> 00:06:13.098
dəyərlədirilsə, 
həmin əskinas bütün dünyada 

195
00:06:13.138 --> 00:06:20.413
mövcud olan puldan daha 
dəyərli olardı... iki dəfə çox.

196
00:06:20.453 --> 00:06:22.102
Lakin nə qədər gülünc olsa da, 

197
00:06:22.142 --> 00:06:23.736
bu, 1946-cı ildə Macarıstanda 

198
00:06:23.776 --> 00:06:25.537
olan inflyasiyadan sonra tarixdə 

199
00:06:25.577 --> 00:06:28.329
2-ci ən pis inflyasiya hesab edilir.

200
00:06:28.369 --> 00:06:29.926
Baxmayaraq ki, Zimbabvedə inflyasiya 

201
00:06:29.966 --> 00:06:31.654
2008-ci ilin noyabrın 
ortalarında pik həddə çatmışdı, 

202
00:06:31.694 --> 00:06:35.885
onların ümumilikdə ən yüksək aylıq 
inflyasiya dərəcəsi 79.6 milyard % idi. 

203
00:06:35.925 --> 00:06:39.789
Lakin Macarıstanda 1946-cı ilin iyulunda 
baş vermiş ən yüksək aylıq inflyasiya 

204
00:06:39.829 --> 00:06:46.040
dərəcəsi hər 15 saatdan bir qiymətlərin 
ikiqat artması ilə 41.9 kvadrilyon % olmuşdur.

205
00:06:46.080 --> 00:06:47.522
Bu perspektivdən yanaşsaq, 

206
00:06:47.562 --> 00:06:50.361
təxminən 3% civarında normal 
inflyasiya dərəcəsinə malik 

207
00:06:50.401 --> 00:06:54.168
ölkədə qiymətlər hər 23 ildən 
bir ikiqat artır. 

208
00:06:54.208 --> 00:06:56.168
Onların valyutası penqo adlanırdı 

209
00:06:56.208 --> 00:06:58.799
və inflyasiya artdıqca 
b.-penqo tədavülə buraxıldı, 

210
00:06:58.839 --> 00:07:00.799
bu qısa şkalada faktiki 

211
00:07:00.839 --> 00:07:04.623
1 trilyon penqo olan milyard 
penqonun qısaldılmış formasıdır.

212
00:07:04.663 --> 00:07:05.716
Macarıstan ən yüksək aylıq 

213
00:07:05.756 --> 00:07:07.136
inflyasiya rekordu ilə 

214
00:07:07.176 --> 00:07:08.301
yanaşı ən yüksək nominallı 

215
00:07:08.341 --> 00:07:09.951
bank əskinasını buraxmaq 
rekorduna malikdir: 

216
00:07:09.991 --> 00:07:13.486
100 milyon b.-penqo, 
yəni qısa şkalada 

217
00:07:13.526 --> 00:07:15.608
100 kvintilyon penqo olan 

218
00:07:15.648 --> 00:07:17.512
100 milyon milyardlıq əskinaslar. 

219
00:07:17.552 --> 00:07:19.138
çap edilmiş,  

220
00:07:19.178 --> 00:07:23.062
lakin heç vaxt 
buraxılmamışdır. 

221
00:07:23.102 --> 00:07:27.884
1941-ci ildə valyuta məzənnəsi 
təxminən 1$ üçün 5 penqo idi. 

222
00:07:27.924 --> 00:07:30.438
1946-cı ildə valyutanın 
istehsalı dayandırılanda, 

223
00:07:30.478 --> 00:07:32.438
hər şey nəzarətdən 
elə çıxmışdı ki, 

224
00:07:32.478 --> 00:07:36.389
əgər bütün ölkədəki hər bir 
əskinası alsaydınız belə, 

225
00:07:36.429 --> 00:07:41.655
onların ümumi dəyəri ABŞ pennisinin 
onda biri qədər dəyəri olacaqdı. 

226
00:07:44.002 --> 00:07:45.841
Daha sonra Macarıstan 
forint pul vahidinə keçdi, 

227
00:07:45.881 --> 00:07:50.073
1 forint 400 oktilyon 
penqoya bərabər idi, 

228
00:07:50.113 --> 00:07:54.363
bu rəqəmin sonluğunda 
29 sıfır var idi. 

229
00:07:54.403 --> 00:07:56.363
Elə buna görə də hökumətlər 
borclarını ödəmək üçün 

230
00:07:56.403 --> 00:07:58.965
sadəcə pul çap edə bilməzlər. 
Bu, yaxşı nəticələnmir.

231
00:08:01.085 --> 00:08:04.548
Dövlət borcunun nə olduğunu 
dəqiqliklə anlamaq da vacibdir. 

232
00:08:04.588 --> 00:08:07.373
Dövlət borcu şəxsi borcdan 
qat-qat daha mürəkkəbdir. 

233
00:08:07.413 --> 00:08:10.391
Bu, sadəcə "kimlərəsə borcum var" 
dediyiniz hala bənzəmir.

234
00:08:10.431 --> 00:08:13.165
Ən yüksək dövlət borcu olan ölkəni 
nümunə kimi götürək, Amerika Birləşmiş 

235
00:08:13.205 --> 00:08:16.611
Ştatlarının hazırda təxminən 
17 trilyon dollar borcu var. 

236
00:08:16.651 --> 00:08:20.165
Və güman ki, ABŞ-ın ən çox 
borcu olduğu ölkənin 

237
00:08:20.205 --> 00:08:21.729
Çin olduğu bilirsiniz.

238
00:08:21.769 --> 00:08:22.895
Doğru olmasına baxmayaraq, 

239
00:08:22.935 --> 00:08:24.400
bu, bir qədər çaşdırıcıdır. 

240
00:08:24.440 --> 00:08:27.842
Ümumi borcun sadəcə 
8%-i Çinə məxsusdur. 

241
00:08:27.882 --> 00:08:29.842
Borcun əksəriyyəti əslində 

242
00:08:29.882 --> 00:08:31.842
ABŞ hökumətinə, 

243
00:08:31.882 --> 00:08:35.774
Sosial Təhlükəsizlik və ya Federal 
Ehtiyat kimi təşkilatlara məxsusdur. 

244
00:08:35.814 --> 00:08:39.791
Bunlardan əlavə, 30% 
ABŞ vətəndaşlarına məxsusdur. 

245
00:08:39.831 --> 00:08:42.618
17 trilyonun 8%-i 
hələ də çox olsa da, 

246
00:08:42.658 --> 00:08:44.673
Çin sadəcə Ağ Evin qapısını 
döyüb 1.2 trilyon dolları 

247
00:08:44.713 --> 00:08:47.084
tələb edə bilməz.

248
00:08:47.124 --> 00:08:49.640
Bu işlər belə olmur. 

249
00:08:49.680 --> 00:08:53.324
Adətən, ABŞ Xəzinədarlıq Departamenti 
xəzinə istiqrazları buraxır. 

250
00:08:53.364 --> 00:08:54.441
Siz bu istiqrazları ala bilərsiniz 

251
00:08:54.481 --> 00:08:55.851
və dövlət hər il 
həmin istiqraz üzrə 

252
00:08:55.891 --> 00:08:57.363
sizə faiz ödəyəcək. 

253
00:08:57.403 --> 00:08:58.948
Daha sonra istiqrazların istifadə 

254
00:08:58.988 --> 00:09:01.795
müddətinin sonu çatanda, onlar 
xəzinə istiqrazını sizdən geri alacaq. 

255
00:09:01.835 --> 00:09:04.064
Əgər ölkə maliyyə 
problemi ilə üzləşərsə, 

256
00:09:04.104 --> 00:09:05.579
öz borcu üzrə defolt edə bilər, 

257
00:09:05.619 --> 00:09:08.240
bu isə o deməkdir ki, siz pulunuzu 
geri ala bilməyəcəksiniz. 

258
00:09:08.280 --> 00:09:11.267
Lakin ABŞ ümumilikdə olduqca risksiz 
investisiya məkanı hesab edilir, 

259
00:09:11.307 --> 00:09:13.267
çünki ABŞ dolları 
dünyada ən geniş 

260
00:09:13.307 --> 00:09:15.753
istifadə edilən və 
ən etibarlı valyutadır. 

261
00:09:15.793 --> 00:09:17.663
Hətta Konstitusiyada belə 

262
00:09:17.703 --> 00:09:21.218
qeyd edilib ki, ABŞ öz borcu 
üzrə defolt edə bilməz. 

263
00:09:21.258 --> 00:09:22.999
Sizi bu son fikirlə baş-başa 
buraxıram və düşünürəm ki, 

264
00:09:23.039 --> 00:09:25.126
bu, hökumətlərin limitsiz miqdarda 
pul çap edə bilməmək səbəbini 

265
00:09:25.166 --> 00:09:29.130
ümumiləşdirmək üçün mümkün 
olan ən yaxşı üsuldur. 

266
00:09:29.170 --> 00:09:31.348
"Əgər pul ağacda yetişsəydi... 

267
00:09:31.388 --> 00:09:35.120
yarpaq qədər dəyəri olardı."

268
00:09:35.160 --> 00:09:38.697
İzlədiyiniz üçün təşəkkürlər.

