﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:09.680
[musiqi səslənir]

2
00:00:09.720 --> 00:00:17.336
-Ölmək vaxtıdır! Lazeri aktivləşdirin!
O… o, heç nə etmir.

3
00:00:17.376 --> 00:00:18.374
-Mən kürəyimdə istilik kimi
bir şey hiss edirəm,

4
00:00:18.414 --> 00:00:20.840
lakin düzünü desəm, bu,
əslində bir qədər xoş hissdir.

5
00:00:20.880 --> 00:00:25.027
-Lənət olsun! Onu Lazerlər
Şöbəsinin Katibinə göndərin!

6
00:00:25.067 --> 00:00:28.137
-Salam! Mənim eynəyim var.
-Lazer niyə işləmir?

7
00:00:28.177 --> 00:00:29.965
-Bilmirəm. Bu, mənim
ilk iş günümdür.

8
00:00:30.005 --> 00:00:35.381
-Eeeh! Lazerlər Şöbəsinin
Katib Köməkçisini çağırın!

9
00:00:35.421 --> 00:00:38.868
-Mən Lazerlər Şöbəsinin
Katib Köməkçisiyəm.

10
00:00:38.908 --> 00:00:41.541
2 həftədir ki, biz əmək
haqqı qəbzlərimizi almamışıq.

11
00:00:41.581 --> 00:00:43.368
-Hamınız əməkhaqqı
qəbzlərinizi alacaqsınız.

12
00:00:43.408 --> 00:00:47.274
-Endi! Nahar vaxtıdır.
Orada nə edirsən?

13
00:00:47.314 --> 00:00:49.880
-Ana, mən bürokratiya
oynayıram!

14
00:00:49.920 --> 00:00:59.396
[musiqi səslənir]

15
00:00:59.436 --> 00:01:02.322
-Salam! Mən Endryu Hitonam
və kütlə mədəniyyətin samanlığında

16
00:01:02.362 --> 00:01:04.916
iqtisadiyyat iynəsini tapmağa
çalışan EconPop verilişini

17
00:01:04.956 --> 00:01:08.256
izləyirsiniz. Daha sonra bu
iynəni sizə batıracaqlar.

18
00:01:08.296 --> 00:01:10.256
Uşaq istəmək səbəbimin 80%-i
köhnə Leqolarımın

19
00:01:10.296 --> 00:01:12.681
hamısını ana və atamın
evində tapmaq üçün

20
00:01:12.721 --> 00:01:15.477
bəhanəmin olmasıdır.
Digər 20%-i isə sevgi,

21
00:01:15.517 --> 00:01:17.598
vergidən azadolunmalar və
ehtiyat böyrəklər üçündür.

22
00:01:17.638 --> 00:01:20.878
Yaxın zamanlarda LEGO qalalar
və kosmik gəmilər

23
00:01:20.918 --> 00:01:23.555
düzəltməkdən irəliyə gedərək
əsl uzun metrajlı film çəkdi.

24
00:01:23.595 --> 00:01:25.743
Gələcəkdəki uşaqlarımı
izləməyə məcbur etmək

25
00:01:25.783 --> 00:01:27.057
istədiyim əla bir filmdir.

26
00:01:27.097 --> 00:01:28.551
[musiqi səslənir]
-Allahım, mən bu mahnını sevirəm!

27
00:01:28.591 --> 00:01:34.767
"Komandanın bir hissəsi olanda,
hər şey möhtəşəm, hər şey əladır!"

28
00:01:34.807 --> 00:01:39.941
"Arzuladığınızı yaşayanda,
hər şey möhtəşəmdir!"

29
00:01:39.981 --> 00:01:42.367
-Filmin mənfi xarakteri
Vil Farel tərəfindən oynanılan

30
00:01:42.407 --> 00:01:45.727
"Prezident Biznes" və onun ikinci
şəxsiyyəti "Lord Biznes"-dir.

31
00:01:45.767 --> 00:01:48.089
Mit Romninin saç kəsimi
və "Lord Biznes" adı sizə

32
00:01:48.129 --> 00:01:51.336
filmin ticarətin bir tənqidi
olduğu fikrini verə bilər və

33
00:01:51.376 --> 00:01:54.108
bu, maraqlı nəzəriyyə ola
bilərdi, lakin LEGO filmi

34
00:01:54.148 --> 00:01:57.039
əslində bir neçə milyon
qazanmış, davamlı məhsul

35
00:01:57.079 --> 00:01:59.039
yerləşdirməsi və
brendinq ilə dolu

36
00:01:59.079 --> 00:02:00.985
iki saatlıq uşaq
oyuncaqları reklamıdır.

37
00:02:01.025 --> 00:02:04.927
Bundan əlavə, Prezident Biznes
sadəcə şirkət idarə etmir.

38
00:02:04.967 --> 00:02:09.133
O, həmçinin polisi, dövləti və
səsvermə maşınlarını də idarə edir.

39
00:02:09.173 --> 00:02:11.413
O, biznesmen deyil,
o, Leqolənddəki hər bir şəxsin

40
00:02:11.453 --> 00:02:13.865
həyatını idarə etmək
istəyən diktatordur.

41
00:02:13.905 --> 00:02:15.664
Bu, filmin əsas mövzusudur.

42
00:02:15.704 --> 00:02:18.838
Mərkəzi planlaşdırmaya qarşı
təsadüfi nizam.

43
00:02:18.878 --> 00:02:22.906
-Ətrafdakı insanlar hər
zaman əşyalarımı qarışdırır!

44
00:02:22.946 --> 00:02:25.743
Lakin bunu düzəltmək üçün
bir üsulum var!

45
00:02:25.783 --> 00:02:29.971
Hər şeyi olması lazım olan
kimi etməyin bir yolu var.

46
00:02:30.011 --> 00:02:31.356
Birdəfəlik.

47
00:02:31.396 --> 00:02:34.350
-Mərkəzi planlaşdırma, Vil
Farelin filmdəki xarakteri kimi

48
00:02:34.390 --> 00:02:37.762
bir şəxsin və ya ekspertlər
qrupunun mürəkkəb sistem və ya

49
00:02:37.802 --> 00:02:39.762
bütöv bir cəmiyyətin məsuliyyətini
öhdəsinə götürməsi deməkdir.

50
00:02:39.802 --> 00:02:41.841
Real həyatda biz avtobus
marşrutları və ya təhsil

51
00:02:41.881 --> 00:02:43.205
standartları kimi
işləri şəxsən

52
00:02:43.245 --> 00:02:45.205
təşkil etmək üçün Vil Fareldən
nadir hallarda istifadə edirik.

53
00:02:45.245 --> 00:02:48.530
Belə mərkəzi planlaşdırma işləri siyasətçilər
və bürokratların öhdəliyinə düşür.

54
00:02:48.570 --> 00:02:51.304
Son zamanlarda milli müzakirəyə
daxil edilmiş məşhur termin

55
00:02:51.344 --> 00:02:53.304
"texnokrat"-dır.

56
00:02:53.344 --> 00:02:57.017
Texnokratlar sadəcə
eynəkli bürokratlardır.

57
00:02:57.057 --> 00:02:58.890
Titullarından asılı olmayaraq,

58
00:02:58.930 --> 00:03:00.850
ideya belədir ki, ekspertlər
ümumilikdə işləri insanlara

59
00:03:00.890 --> 00:03:03.066
buraxmaqdansa, onları təşkil
etməli və idarə etməlidir.

60
00:03:03.106 --> 00:03:05.688
Ağıllı insanların
ağıllı olduqları sahələri

61
00:03:05.728 --> 00:03:07.587
idarə etməsi, xüsusilə eynək

62
00:03:07.627 --> 00:03:10.251
istifadə edirlərsə,
yaxşı bir fikrə bənzəyir.

63
00:03:10.291 --> 00:03:12.251
Lakin hər şey planlaşdırılan
kimi getməyə də bilər.

64
00:03:12.291 --> 00:03:15.747
-Sabahın xeyir, mənzil!
Sabahın xeyir, qapı girişi!

65
00:03:15.787 --> 00:03:18.322
Sabahın xeyir, divar! Sabahın xeyir,
tavan! Sabahın xeyir, döşəmə!

66
00:03:18.362 --> 00:03:21.513
Günə başlamağa hazıram.
Didiidididididi....

67
00:03:21.553 --> 00:03:24.033
Ah, budur -
"Uyğunlaş, hər kəs kimi ol

68
00:03:24.073 --> 00:03:26.854
və hər zaman xoşbəxt ol"
şüarı üçün təlimatlar.

69
00:03:26.894 --> 00:03:29.367
-Mərkəzi planlaşdırma
spektrinin ekstremal variantı

70
00:03:29.407 --> 00:03:33.148
kimi, Leqolənddə Oktanınız, real
həyatda isə faşist və kommunist

71
00:03:33.188 --> 00:03:35.349
rejimləri kimi nəzarət edilən
mərkəzləşdirilmiş iqtisadiyyatınız var.

72
00:03:35.389 --> 00:03:38.464
Kommunist Sovet İttifaqı
və ya SSRİ

73
00:03:38.504 --> 00:03:41.736
işləri ekspertlərin məsuliyyətinə
buraxmaq baxımından bəşəriyyət

74
00:03:41.776 --> 00:03:44.695
tarixindəki ən böyük
eksperiment olub.

75
00:03:44.735 --> 00:03:46.695
Bu siyasət çox uğursuz oldu.

76
00:03:46.735 --> 00:03:49.914
Belə görünür ki, dünya laboratoriya
önlüklü və ya qalstuklu adamlar

77
00:03:49.954 --> 00:03:53.703
tərəfindən yuxarıdan idarə edilməyəcək
qədər mürəkkəb və qarışıqdır.

78
00:03:53.743 --> 00:03:56.762
Bu sınaq prosesində onlar
iqtisadiyyatlarını məhv etdilər,

79
00:03:56.802 --> 00:03:59.569
milyonlarla insanı öldürdülər
və nəticədə heç vaxt bir-birinə

80
00:03:59.609 --> 00:04:02.449
keçən mürəkkəb plastik
oyuncaqlar icad edə bilmədilər.

81
00:04:02.489 --> 00:04:05.160
LEGO filmindəki rəqabətcil,

82
00:04:05.200 --> 00:04:08.452
qalib gələn sistem
kortəbii nizamdır.

83
00:04:08.492 --> 00:04:10.938
Bu, o deməkdir ki,
böyük insan qrupları yüksəkdə

84
00:04:10.978 --> 00:04:13.259
oturan bürokratların təlimatı
olmadan, evlər tikə,

85
00:04:13.299 --> 00:04:14.796
cihazlar ixtira edə
və avtomobillərini

86
00:04:14.836 --> 00:04:16.918
magistral yollarda
çox yaxşı idarə edə bilərlər.

87
00:04:16.958 --> 00:04:20.002
-Hamınızın içində yol
açmaq qabiliyyəti var!

88
00:04:20.042 --> 00:04:23.197
Sözün əsl mənasında
yol açın!

89
00:04:23.237 --> 00:04:25.910
Parçaları təmizləyin,
divarları yıxın, yalnız siz

90
00:04:25.950 --> 00:04:29.295
tikə bildiklərinizi tikin.
Özünüzü müdafiə edin.

91
00:04:29.335 --> 00:04:34.268
Biz, Prezident Biznesin bizi dondurmaq
planlarına qarşı mübarizə aparmalıyıq.

92
00:04:34.308 --> 00:04:36.986
-Əslində, öz işini görən bütün
individualların yaratdığı xaotik

93
00:04:37.026 --> 00:04:39.166
bir topluluq kimi görünən
şey dirijor olmadan özünü

94
00:04:39.206 --> 00:04:42.253
idarə edən təsadüfi
orkestr kimi işləyir.

95
00:04:42.293 --> 00:04:44.377
Sadə nümunə əşyaların nə
qədər dəyərə malik olmasıdır.

96
00:04:44.417 --> 00:04:46.867
-Bu, 37 dollardır.
-Vau! Möhtəşəm!

97
00:04:46.907 --> 00:04:49.550
-Sovet İttifaqında kalkulyatoru
və kağız qovluğu olan adamlar

98
00:04:49.590 --> 00:04:52.507
bir cüt ayaqqabının ideal
qiymətini hesablamağa çalışırdı.

99
00:04:52.547 --> 00:04:54.416
Bəzən onlar qiyməti olduqca
yüksək edirdi və ayaqqabı

100
00:04:54.456 --> 00:04:55.987
almağa heç kəsin
gücü çatmırdı.

101
00:04:56.027 --> 00:04:57.674
Çox vaxt onlar qiyməti
o qədər aşağı edirdi ki,

102
00:04:57.714 --> 00:04:59.301
mağazaya daxil olan ilk şəxslər
bütün ayaqqabıları alırdı

103
00:04:59.341 --> 00:05:01.919
və digərlərinin ayaqyalın
qalmasına səbəb olurdular.

104
00:05:01.959 --> 00:05:03.874
Ümumilikdə, biri səhv edirdi
və sol ayaqqabılar sağ

105
00:05:03.914 --> 00:05:06.460
ayaqqabının yarısı qədər
hazırlanırdı,

106
00:05:06.500 --> 00:05:08.731
yaxud bəzən ayaqqabını qablaşdırma
üçün karton qutu çatmırdı.

107
00:05:08.771 --> 00:05:11.139
Yaxud təsadüfi olaraq, onlar "karton
ayaqqabılar" istehsal edirdilər.

108
00:05:11.179 --> 00:05:13.915
SSRİ-də düzgün qiyməti təyin
etmək o qədər çətin idi ki,

109
00:05:13.955 --> 00:05:16.620
çarəsiz Sovet bürokratları hətta
Amerika Birləşmiş Ştatlarındakı

110
00:05:16.660 --> 00:05:19.300
Sears kataloqlarındakı qiymətləri
eynilə istifadə etməyə çalışmışdılar.

111
00:05:19.340 --> 00:05:23.035
Lakin hər şey boşuna oldu. Bütün
sistem 1980-ci illərin sonunda dağıldı.

112
00:05:23.075 --> 00:05:24.766
Əksinə, bazarda heç kəs

113
00:05:24.806 --> 00:05:27.278
bütün ayaqqabılar üçün
qiymət təyin etməli deyil.

114
00:05:27.318 --> 00:05:29.301
Bazarda insanlar tələb və
təklif prosesi vasitəsilə

115
00:05:29.341 --> 00:05:31.448
ayaqqabılar üçün
qiymət müəyyən edir.

116
00:05:31.488 --> 00:05:33.732
Rəqabətcil mağazalar,
regional müxtəlifliklər,

117
00:05:33.772 --> 00:05:34.979
fərqli brendlər və daha çoxu ilə,
hamısı nəticədə istehlakçı

118
00:05:35.019 --> 00:05:38.313
seçimləri və ehtiyacları
tərəfindən yönləndirilir.

119
00:05:38.353 --> 00:05:40.766
Zərurətdən yaranan təsadüfi
ardıcıllıq nümunəsi kimi

120
00:05:40.806 --> 00:05:43.318
belə bazar prosesi hər gün
saysız-hesabsız əməliyyat ilə

121
00:05:43.358 --> 00:05:45.761
və heç bir yönləndirmə olmadan
spontan olaraq buna nail olur.

122
00:05:45.801 --> 00:05:47.736
Amerika Birləşmiş Ştatlarında
LEGO filmindəki Prezident

123
00:05:47.776 --> 00:05:49.227
Biznes və ya SSRİ-də
olan kimi tam nəzarətli

124
00:05:49.267 --> 00:05:52.621
və yönləndirilən iqtisadiyyat
təcrübəsi yaşamamışıq.

125
00:05:52.661 --> 00:05:54.826
Lakin hələ də qidadan
maliyyəyə, enerjidən təhsilə,

126
00:05:54.866 --> 00:05:57.919
mənzildən səhiyyəyə qədər
iqtisadiyyatımızda mərkəzi

127
00:05:57.959 --> 00:06:00.636
planlaşdırmanın müzakirə
ediləcək elementləri var.

128
00:06:00.676 --> 00:06:02.773
Vergilərin necə işlədiyinə baxın.

129
00:06:02.813 --> 00:06:05.336
Pulunuzu Vaşinqtona göndərirsiniz,

130
00:06:05.376 --> 00:06:08.146
Vaşinqtondakı "ağıllı" adamlar
isə müxtəlif lobbiçilər ilə

131
00:06:08.186 --> 00:06:11.135
məsləhətləşərək pulunuzu ən
yaxşı şəkildə necə xərcləməyə

132
00:06:11.175 --> 00:06:13.347
qərar verir və sonra onu
təlimatlar ilə birlikdə kiçik

133
00:06:13.387 --> 00:06:14.611
hissələr şəklində
başqa adamlara göndərir.

134
00:06:14.651 --> 00:06:16.962
Məsələn, doğum günü hədiyyəsi
olaraq sevmədiyiniz bir

135
00:06:17.002 --> 00:06:21.323
mağazadan hədiyyə kartı
almısınızsa, vergilər tam

136
00:06:21.363 --> 00:06:23.255
da belə işləyir, bir istisna
var ki, onlar hədiyyə deyil.

137
00:06:23.295 --> 00:06:25.437
LEGO filmində müxtəlif
vəziyyətlərdə olan çoxlu

138
00:06:25.477 --> 00:06:27.195
sayda müxtəlif növ
insanlar var idi.

139
00:06:27.235 --> 00:06:28.911
Çox güman ki,
Orta Zelandiyada yaşayan

140
00:06:28.951 --> 00:06:31.447
insanlar qalanın təhlükəsizlik
qaydalarını milyon mil

141
00:06:31.487 --> 00:06:33.697
uzaqdakı böyük qüllədə yaşayan
birindən daha yaxşı başa düşür.

142
00:06:33.737 --> 00:06:36.088
Qədim Qərb tərəfdəki insanlar
içkixanada hansı zonalaşdırma

143
00:06:36.128 --> 00:06:38.545
qaydalarının onlara uyğun olduğuna
dair daha yaxşı fikrə sahibdirlər.

144
00:06:38.585 --> 00:06:39.694
Belə yerli bilik mərkəzi

145
00:06:39.734 --> 00:06:42.323
planlaşdırıcıların heç vaxt
sahib olmayacağı bir şeydir.

146
00:06:42.363 --> 00:06:44.551
Ortaya çıxan ardıcıllıq
sonda bu ideyaya söylənir ki,

147
00:06:44.591 --> 00:06:47.915
qarışıq koordinasiya və
harmoniya individualların

148
00:06:47.955 --> 00:06:49.359
hərəkətləri vasitəsilə,
hər kəsə nə edəcəyini deyən

149
00:06:49.399 --> 00:06:52.419
usta olmadan, aşağıdan yuxarıya
doğru ötürülməklə yarana bilər.

150
00:06:52.459 --> 00:06:54.830
Zərurətdən yaranan ardıcıllıq
cazibə qüvvəsi və ya

151
00:06:54.870 --> 00:06:56.751
Çak Norris kimi böyük
bir şüuraltı qüvvədir.

152
00:06:56.791 --> 00:06:58.830
Bu qüvvə informasiyanı
Harvardda oxumuş hər hansısa

153
00:06:58.870 --> 00:07:00.431
bir adamdan daha yaxşı
toplaya bilər.

154
00:07:00.471 --> 00:07:03.412
Hətta insan dilinin özü belə
zərurətdən yaranmış ardıcıllıqdır.

155
00:07:03.452 --> 00:07:06.747
Sizinlə Esperanto dilində
danışmamağımın əsaslı bir səbəbi var.

156
00:07:06.787 --> 00:07:10.883
[musiqi səslənir]
