﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:07.147
-Axşamınız xeyir, cənab Boui!

2
00:00:07.187 --> 00:00:11.166
Qulaq asın, biz artıq
EPA ilə çox çətinlik çəkirik

3
00:00:11.206 --> 00:00:13.092
və buralarda olsanız,
bir çox ölçülərarası

4
00:00:13.132 --> 00:00:16.843
ticarət formasını
doldurmalı olacağıq.

5
00:00:16.883 --> 00:00:21.793
Beləliklə, Nyu-Cersiyə və ya
Kanadaya köçə bilsəydiniz,

6
00:00:21.833 --> 00:00:24.226
həqiqətən bizə böyük
yaxşılıq etmiş olardınız.

7
00:00:24.266 --> 00:00:26.709
-Tam düzgün dedin,
sağ ol Rey!

8
00:00:26.749 --> 00:00:33.997
-Sən Tanrısan?

9
00:00:34.037 --> 00:00:40.182
-Sadəcə ana tərəfindən, lakin
elə də çox dindar deyilik.

10
00:00:40.222 --> 00:00:44.120
Əslində təkcə ildə bir və ya iki
dəfə dini bayramlara gedirik.

11
00:00:44.160 --> 00:00:50.284
-Onda… öl!

12
00:00:50.324 --> 00:00:59.358
[musiqi səslənir]

13
00:00:59.398 --> 00:01:02.191
-Salam, mən Endryu Hitonam
və populyar mədəniyyətin

14
00:01:02.231 --> 00:01:04.640
samanlığında iqtisadiyyat
iynəsini tapmağa çalışan

15
00:01:04.680 --> 00:01:08.290
EconPop verilişini izləyirsiniz.
Daha sonra bu iynəni sizə batıracaq.

16
00:01:08.330 --> 00:01:10.436
Kabuslar! Onlar, dəhşətlidir.

17
00:01:10.476 --> 00:01:13.805
Gecələr evlərimizə gəlirlər,
otaq yoldaşımın bütün pivəsini içirlər,

18
00:01:13.845 --> 00:01:15.209
çirkli qabları mətbəx
çanağına qoyurlar

19
00:01:15.249 --> 00:01:17.276
və sonra tualetdə qapağı
örtməyi unudurlar.

20
00:01:17.316 --> 00:01:20.012
Kabuslar demək olar ki,
otaq yoldaşımı qıcıqlandıran

21
00:01:20.052 --> 00:01:21.609
hər şeyi edirlər, o da daha

22
00:01:21.649 --> 00:01:25.387
sonra bu paranormal əməllərdə
məni günahlandırır.

23
00:01:25.427 --> 00:01:27.989
Lakin səbəbkar kabuslardır.
Bəs kimi çağıracam?

24
00:01:28.029 --> 00:01:40.098
[musiqi səslənir]

25
00:01:40.138 --> 00:01:42.786
Doğrudur - dostum Cimi!

26
00:01:42.826 --> 00:01:45.670
Cim heç vaxt məni qabları mətbəx
çanağına qoymaqda günahlandırmır.

27
00:01:45.710 --> 00:01:49.210
O, həm də mənim ən sevdiyim filmlərdən
biri olan Kabus ovçularını bəyənir.

28
00:01:49.250 --> 00:01:51.307
Bu, ektoplazma,
Şumer Tanrıları,

29
00:01:51.347 --> 00:01:54.541
sahibkarlıq və işgüzar
dövlət məmurlarının gizli

30
00:01:54.581 --> 00:01:57.289
hiylələrini araşdıran 1980-ci
illərin klassik bir filmidir.

31
00:01:57.329 --> 00:02:00.274
Sahibkarlıq fürsətləri görə
bilmək, riskə getmək,

32
00:02:00.314 --> 00:02:03.397
problemlərə yenilikçi həll
yolları tapmaq və bütün bu

33
00:02:03.437 --> 00:02:05.715
fəaliyyətlərin nəticəsində
qazanc əldə etməkdir.

34
00:02:05.755 --> 00:02:06.817
Filmin əvvəlində
qəhrəmanlarımız

35
00:02:06.857 --> 00:02:10.098
kabus problemindən açıq-
aydın şəkildə xəbərdardırlar.

36
00:02:10.138 --> 00:02:11.379
Lakin rahat və sakit akademik

37
00:02:11.419 --> 00:02:14.218
işlərdə olduqları üçün bu
mövzuda çox iş görmürlər.

38
00:02:14.258 --> 00:02:15.678
-Şəxsən mən
universiteti bəyənirdim.

39
00:02:15.718 --> 00:02:16.983
Bizi pul və şəraitlə təmin etdilər -

40
00:02:17.023 --> 00:02:18.246
heç bir şey istehsal etmək
məcburiyyətində deyildik.

41
00:02:18.286 --> 00:02:19.636
Heç vaxt universitetdən
kənara çıxmamısınız.

42
00:02:19.676 --> 00:02:20.963
Burdan kənarda nə
olduğunu bilmirsiniz.

43
00:02:21.003 --> 00:02:24.428
Mən özəl sektorda işləmişəm.
Onlar sizdən nəticə gözləyirlər.

44
00:02:24.468 --> 00:02:27.182
-Onlar özəl sektora məcburi
atıldıqdan sonra risk götürmək

45
00:02:27.222 --> 00:02:30.097
və öz şirkətlərini yaratmağa
qərar verirlər.

46
00:02:30.137 --> 00:02:33.380
Risk götürmək sahibkarlığın
həlledici bir tərəfidir.

47
00:02:33.420 --> 00:02:35.078
Əksər startap şirkətləri
uğursuz olur.

48
00:02:35.118 --> 00:02:37.668
Məsələn, birdəfəlik istifadə
edilən nərdivan şirkəti üçün

49
00:02:37.708 --> 00:02:39.668
ideyam dəhşətli dərəcədə
uğursuz oldu.

50
00:02:39.708 --> 00:02:42.394
Ciddi deyirəm - çox adam öldü.

51
00:02:42.434 --> 00:02:44.394
Bir işə başlamaq
ümumiyyətlə risklidir,

52
00:02:44.434 --> 00:02:46.094
çünki böyük ehtimalla
uğursuz olacaq

53
00:02:46.134 --> 00:02:47.659
bir şey üçün

54
00:02:47.699 --> 00:02:49.383
normal və rahat
olanı tərk etməlisiniz.

55
00:02:49.423 --> 00:02:51.324
Bu, həm də böyük maliyyə riskidir.

56
00:02:51.364 --> 00:02:54.105
Den Aykroyd personajı, Rey,
Kabus ovcuları şirkətini qurmaq

57
00:02:54.145 --> 00:02:56.282
məqsədilə borc almaq
üçün evini girov qoyur.

58
00:02:56.322 --> 00:02:57.689
Ticarət uğursuz olsaydı,

59
00:02:57.729 --> 00:02:59.917
iflas edib
hər şeyi itirəcəkdi.

60
00:03:00.035 --> 00:03:02.849
-Heç vaxt peşman
olmazsan, Rey!

61
00:03:02.889 --> 00:03:05.718
-Valideynlərim o evi mənə saxladılar.
Mən orada anadan olmuşam.

62
00:03:05.758 --> 00:03:06.932
- Evi itirməyəcəksən.

63
00:03:06.972 --> 00:03:09.354
Bu gün hamının 3 ipotekası var.

64
00:03:09.394 --> 00:03:12.032
-Başlanğıcda bu oğlanların
heç birinin gəlir əldə

65
00:03:12.072 --> 00:03:15.594
edəcəyinə zəmanət yox idi, axı
onlar köklü şirkətlərdə işləmirdi.

66
00:03:15.634 --> 00:03:18.605
Lakin böyük risklər böyük
qazanca gətirib çıxara bilər.

67
00:03:18.645 --> 00:03:21.759
Ticarət uğurlu olsaydı, onlar
böyük qazanc əldə edəcəkdilər.

68
00:03:21.799 --> 00:03:23.898
Kabus ovçuları eyni
zamanda yenilikçidirlər.

69
00:03:23.938 --> 00:03:26.591
Rey və Eqon kabusları tələyə
salmaq üçün cihazlar icad edirlər.

70
00:03:26.631 --> 00:03:29.336
Bill Mürrey ümidsiz şəkildə
Siqurney Viver ilə yatmaq istəyir,

71
00:03:29.376 --> 00:03:31.990
bu məqsədlə səylə
və yaradıcılıqla çalışır.

72
00:03:32.030 --> 00:03:36.019
Necə oldusa, yeni bir sahə
olan kabus ovçuluğu yarandı.

73
00:03:36.059 --> 00:03:39.735
Bu fikir işə yaradı! Onlar pul qazanırlar.
Və böyük məbləğlər qazanırlar.

74
00:03:39.775 --> 00:03:42.405
Oteldəki ilk kabus ovu işləri
bazar iqtisadiyyatının vacib

75
00:03:42.445 --> 00:03:46.063
və tez-tez anlaşılmayan
bir cəhətini göstərir.

76
00:03:46.103 --> 00:03:49.169
İqtisadiyyat, insanları sərf
etdikləri zəhmətə görə deyil,

77
00:03:49.209 --> 00:03:51.454
başqaları üçün yaratdıqları
dəyərə görə mükafatlandırır.

78
00:03:51.494 --> 00:03:55.160
- 5000 dollar? Bu qədər olacağını
düşünmürdüm. Ödəməyəcəyəm.

79
00:03:55.200 --> 00:03:57.942
-Yaxşı, problem yoxdur. Onda bunu
qaytara bilərik, elə deyilmi?

80
00:03:57.982 --> 00:03:59.468
-Əlbəttə ki, edə bilərik
Dr. Venkman.

81
00:03:59.508 --> 00:04:03.409
-Yox, yox, yox. Razıyam!
Nə qədər istəsəniz!

82
00:04:03.449 --> 00:04:05.882
-İqtisadçılar buna
“subyektiv dəyər” deyirlər.

83
00:04:05.922 --> 00:04:09.267
Parlaq brilyantların çörək və
sudan baha olmasının səbəbi budur.

84
00:04:09.307 --> 00:04:11.220
Təəssüf ki, kabus ovçularının

85
00:04:11.260 --> 00:04:13.580
ən böyük problemi
şirkət olaraq möhkəmlənmək

86
00:04:13.620 --> 00:04:16.861
üçün kifayət qədər müştəri
tapmaq deyildi. EPA idi.

87
00:04:16.901 --> 00:04:21.229
Bundan nisbətən daha kiçik problemləri
də ölçülərarası bir Şumer Tanrısı idi.

88
00:04:21.269 --> 00:04:24.273
Əslində düşünə bilərsiniz ki,
dünyanı məhv etmək istəyən

89
00:04:24.313 --> 00:04:26.026
böyük bir şər qüvvə
daha pis variantdır,

90
00:04:26.066 --> 00:04:27.912
lakin unutmayın ki,
onlar Gozeri məğlub etməyi

91
00:04:27.952 --> 00:04:29.912
bacardılar, lakin

92
00:04:29.952 --> 00:04:31.912
Uolter Pekin
sadəcə durdura bildilər.

93
00:04:31.952 --> 00:04:34.312
Yəqin ki, indi
artıq təqaüd də alır.

94
00:04:34.352 --> 00:04:37.210
-Burada etdikləriniz haqqında
daha çox şey bilmək istəyirəm.

95
00:04:37.250 --> 00:04:39.932
Açığını deyim ki, mediada çoxlu
inanılmaz hekayələr dolanır

96
00:04:39.972 --> 00:04:43.086
və fəaliyyətinizin ətraf mühitə
mümkün təsirini

97
00:04:43.126 --> 00:04:44.250
qiymətləndirmək istəyirik.

98
00:04:44.290 --> 00:04:47.717
-Uolter Pek hamımızın sifətinə
bir şillə vurmaq istədiyi

99
00:04:47.757 --> 00:04:50.930
bezdirici bürokratları, yaltaq
EPA rəsmisini təmsil edir.

100
00:04:50.970 --> 00:04:53.753
İşlədiyi Ətraf Mühitin Mühafizəsi
Agentliyi 1970-ci ildə

101
00:04:53.793 --> 00:04:56.686
ABŞ-ın sevimli Prezidenti
Riçard Niksonun icra fərmanı

102
00:04:56.726 --> 00:05:00.175
ilə ətraf mühitin çirklənməsinin
qarşısını almaq üçün yaradıldı.

103
00:05:00.215 --> 00:05:03.405
İqtisadçılar bunlara
“neqativ kənar təsirlər” deyirlər.

104
00:05:03.445 --> 00:05:06.006
Neqativ kənar təsirlər,
fəaliyyətinizin əlaqəsi olmayan

105
00:05:06.046 --> 00:05:09.178
üçüncü şəxslərə
xərclər yaratmasıdır.

106
00:05:09.218 --> 00:05:11.908
Deyək ki, kabusları tutmaq üçün
istifadə olunan proton paketləri

107
00:05:11.948 --> 00:05:14.969
duman əmələ gətirir.
Bu neqativ kənar təsirdir.

108
00:05:15.009 --> 00:05:18.366
Bu cür neqativ kənar təsirlərin yaratdığı
məsələləri həll etmək üçün fayda və zərərlərin

109
00:05:18.406 --> 00:05:20.108
müqayisəsini aparmaq lazımdır. Bəzən insanlar
ətraf mühitin çirklənməsinin gah

110
00:05:20.148 --> 00:05:22.900
qəbul edilən, gah da qəbul edilməz
olduğunu bildirirlər. Bu doğrudur.

111
00:05:22.940 --> 00:05:26.686
Bütün maşınları, qida məhsullarını
toplayan traktorları və elektrik

112
00:05:26.726 --> 00:05:28.586
enerjimizi istehsal edən elektrik
stansiyalarını qadağan etsəydik,

113
00:05:28.626 --> 00:05:30.888
ətraf mühitin çirklənməsini
tamamilə dayandıra bilərdik.

114
00:05:30.928 --> 00:05:32.708
Bunu etməyə meylli deyiləm.

115
00:05:32.748 --> 00:05:34.624
Deməli, öz qida məhsullarımızı
yetişdirdiyimiz, xəbər göndərmək

116
00:05:34.664 --> 00:05:36.215
üçün göyərçinlərdən
istifadə etdiyimiz

117
00:05:36.255 --> 00:05:38.859
və ümumiyyətlə 35 yaşında
öldüyümüz orta əsrlərə

118
00:05:38.899 --> 00:05:42.094
geri qayıtmaq istəmiriksə,
bir az tüstü olacaq.

119
00:05:42.134 --> 00:05:45.762
Qərar verməliyik: bu kompromislərə
yanaşmamış necə olmalıdır?

120
00:05:45.802 --> 00:05:48.471
EPA ilə əlaqəli problem, məsələni
iqtisadi problem zəminindən

121
00:05:48.511 --> 00:05:52.261
çıxarıb cinayətkar və qeyri-
cinayətkar yanaşması göstərməyidir.

122
00:05:52.301 --> 00:05:54.531
Pek kabus ovçularını
emissiyalarına görə vergi ilə

123
00:05:54.571 --> 00:05:56.909
təhdid etmir, onları
həbsxanaya atmaqla hədələyir.

124
00:05:56.949 --> 00:05:58.909
-Bağışlayın, bu özəl
mülkiyyətdir.

125
00:05:58.949 --> 00:06:00.909
-Bunu dayandırın.
Hamısını dayandırın.

126
00:06:00.949 --> 00:06:02.678
-Sizə xəbərdarlıq edirəm.
Bu maşınları söndürmək

127
00:06:02.718 --> 00:06:04.003
son dərəcə təhlükəlidir.

128
00:06:04.043 --> 00:06:06.524
-Nəyin təhlükəli olduğunu sizə deyəcəyəm.
Burda ətraf mühitin çirkləndirilməsi

129
00:06:06.564 --> 00:06:08.866
üzrə ən az altı qaydanı pozduğunuza
görə federal cinayət işləmisiniz.

130
00:06:08.906 --> 00:06:11.336
İndi, ya bu şüaları dayandırın, ya da
biz bunu sizin əvəzinizə edəcəyik!

131
00:06:11.376 --> 00:06:13.578
-Bundan əlavə, EPA qaydaları
mikro səviyyədə idarəetmə

132
00:06:13.618 --> 00:06:15.777
vasitəsilə xalq sağlamlığını
qorumağa çalışır.

133
00:06:15.817 --> 00:06:17.294
Bir var ki, hökumət fabriklərin
havaya və ya çaya nə qədər

134
00:06:17.334 --> 00:06:20.503
çirkləndirici maddə ata
biləcəyini desin.

135
00:06:20.543 --> 00:06:22.503
Bir də var, onlara buna
necə nail olmalı olduqlarını

136
00:06:22.543 --> 00:06:24.782
dəqiq izah etsin.

137
00:06:24.822 --> 00:06:27.105
Müəssisələrin necə işləmələri,
müəyyən komponentləri hansı

138
00:06:27.145 --> 00:06:29.105
sıxlıqla təmizləmələri,

139
00:06:29.145 --> 00:06:31.546
hansı avadanlıqlardan istifadə
edə biləcəkləri, hansı həlledici

140
00:06:31.586 --> 00:06:34.470
maddələr və s. ilə əlaqədar
mürəkkəb qayda və tənzimləmələr

141
00:06:34.510 --> 00:06:37.769
yaratmaqla ictimai sağlamlığın
istədiyimiz keyfiyyət səviyyəsinə

142
00:06:37.809 --> 00:06:39.255
nail olmaq üçün müəssisələrin
özlərinin, əksər hallarda

143
00:06:39.295 --> 00:06:41.754
daha yaxşı həll üsullarını tapmağının
qarşısını almaq riskini daşıyırıq.

144
00:06:41.794 --> 00:06:45.353
Məsələn, 1975-ci ildə EPA,
bütün avtomobillər üçün müəyyən

145
00:06:45.393 --> 00:06:48.094
emissiya qaydalarına cavab
vermələrini təmin etmək üçün platin

146
00:06:48.134 --> 00:06:51.010
əsaslı katalitik çeviricilərin
quraşdırılmasını tələb etdi.

147
00:06:51.050 --> 00:06:53.722
Amerikalı avtomobil istehsalçıları
bu yanaşmanı bəyəndilər,

148
00:06:53.762 --> 00:06:55.225
çünki onsuz da bu katalitik
çeviricilərini inkişaf

149
00:06:55.265 --> 00:06:57.723
etdirmək üçün bir ton
pul xərcləyirdilər.

150
00:06:57.763 --> 00:07:00.424
Yapon avtomobil istehsalçıları
alternativ, daha sərfəli

151
00:07:00.464 --> 00:07:02.987
texnologiyadan istifadə edərək
fərqli bir yolu seçmişdilər.

152
00:07:03.027 --> 00:07:06.323
Avtomobilləri onsuz da EPA emissiya
qaydalarına cavab verəcək qədər təmiz idi,

153
00:07:06.363 --> 00:07:09.014
lakin hər halda katalitik çeviriciləri
qəbul etmək məcburiyyətində

154
00:07:09.054 --> 00:07:12.705
qaldılar, bu isə amerikalı avtomobil
alıcıları üçün qiymətləri qaldırdı,

155
00:07:12.745 --> 00:07:15.870
rəqabəti azaltdı və ironik olaraq eyni
zamanda dəyərli resursları israf etdi.

156
00:07:15.910 --> 00:07:19.725
Filmdə EPA Kabus ovçularını
bağlayır və bununla da

157
00:07:19.765 --> 00:07:22.897
tutulan bütün kabusları
şəhərə buraxır.

158
00:07:22.937 --> 00:07:25.925
İqtisadçıların "istənməyən
nəticələr" dedikləri budur.

159
00:07:25.965 --> 00:07:27.344
Nəticə etibarıyla hamımız

160
00:07:27.384 --> 00:07:30.023
həm daha təmiz bir ətraf mühit,
həm də yeniliklər istəyirik.

161
00:07:30.063 --> 00:07:33.202
Sual budur ki, hər şeyin
bir qiyməti olan bir dünyada,

162
00:07:33.242 --> 00:07:35.202
hər ikisini də ən yaxşı
şəkildə necə əldə edə bilərik?

163
00:07:35.242 --> 00:07:39.059
Mənə gəldikdə isə, növbəti dəfə
mənzilimə kabuslar doluşanda

164
00:07:39.099 --> 00:07:43.873
kimə zəng edəcəm? Əlbəttə
EPA-ya deyil. Kabus ovçularına.

165
00:07:43.913 --> 00:07:48.250
Yaxud daha doğrusu Den Aykroyda.
O, həqiqətən də bu işi bilir.

166
00:07:48.290 --> 00:07:52.265
[musiqi səslənir]
