﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:12.179
[musiqi səslənir]

2
00:00:12.219 --> 00:00:14.305
-Sizi gözlətdiyim üçün
məni üzrlü hesab edin…

3
00:00:14.345 --> 00:00:16.361
Düşünürəm ki, son günlər yerişim
bir qədər axmaq formadadır.

4
00:00:16.401 --> 00:00:17.836
İstədiyim yerə getmək
daha çox vaxtımı aparır.

5
00:00:17.876 --> 00:00:24.825
[gülüş]

6
00:00:24.865 --> 00:00:27.592
"AXMAQ YERİŞLƏR NAZİRLİYİ"
Monti Fitonun Uçan Sirki 1970

7
00:00:27.632 --> 00:00:28.817
Kaş ki, birisi vaxtımın

8
00:00:28.857 --> 00:00:31.010
çoxunu axmaq şəkildə gəzməyim
üçün mənə pul ödəyərdi.

9
00:00:31.050 --> 00:00:33.909
Bu, mənim və çox güman ki, sizin
də xoşbəxtliyinizi artıra bilərdi.

10
00:00:33.949 --> 00:00:36.006
Ən azından mən fikirləşirəm ki,
artıra bilər.

11
00:00:36.046 --> 00:00:38.832
Lakin, axmaq yeriş üçün
pul almağın

12
00:00:38.872 --> 00:00:40.832
dövlət yardımından başqa bir
yolunu tapa bilməmişəm.

13
00:00:40.872 --> 00:00:44.611
-Mənim axmaq yerişim var
və onu inkişaf etdirməyə

14
00:00:44.651 --> 00:00:45.683
kömək üçün dövlət
yardımı almaq istəyirəm.

15
00:00:45.723 --> 00:00:48.060
-Anlayıram. Axmaq
yerişinizə baxa bilərəm?

16
00:00:48.100 --> 00:00:49.212
-Bəli, əlbəttə. Bəli.

17
00:00:49.252 --> 00:00:51.640
-Əgər axmaq yerişlər üçün
dövlət subsidiyaları olsaydı,

18
00:00:51.680 --> 00:00:54.624
yeni yerişlər hazırlamaq üçün
mənə pul versəydilər, yaxud

19
00:00:54.664 --> 00:00:57.523
yaratdığım müəyyən sayda
yerişləri alacaqlarına dair

20
00:00:57.563 --> 00:01:00.252
vəd versəydilər, hazırkından
daha çox axmaq yerişlər olardı.

21
00:01:00.292 --> 00:01:01.465
Bu, əla ideya deyilmi?

22
00:01:01.505 --> 00:01:03.437
-Bu, çox da axmaq bir
fikir deyil, elə deyil?

23
00:01:03.477 --> 00:01:05.633
-Dövlətin dəstəyi ilə mən bu yerişimi
daha çox axmaqlaşdıra bilərdim.

24
00:01:05.673 --> 00:01:07.082
-Çox güman düşünürsünüz ki,
bu, yaxşı fikir deyil,

25
00:01:07.122 --> 00:01:10.528
çünki axmaq yerişlər
elə axmaqlıqdır.

26
00:01:10.568 --> 00:01:14.065
Lakin hətta siz axmaq yerişlərin
cəmiyyətə fayda verməsi ilə razılaşsanız

27
00:01:14.105 --> 00:01:17.217
belə, onlar üçün subsidiyalara
qarşı çıxmaq yaxşı səbəb ola bilərdi.

28
00:01:17.257 --> 00:01:18.728
Əgər insanlar öz pulları ilə
axmaq yerişlərimi

29
00:01:18.768 --> 00:01:20.728
təkmilləşdirməyim üçün mənə ödəniş
etmək istəmirlərsə, bu o deməkdir ki,

30
00:01:20.768 --> 00:01:24.379
onlar bu yerişlərə, edə biləcəyim
digər şeylər qədər dəyər vermirlər.

31
00:01:24.419 --> 00:01:26.953
Mən hamburger bişirə,
itləri gəzdirə, istifadə olunmuş

32
00:01:26.993 --> 00:01:29.435
avtomobilləri sata, yaxud
iqtisadiyyat dərsi keçə bilərdim,

33
00:01:29.475 --> 00:01:32.481
bunlar insanların könüllü
ödəniş edəcəyi işlərdir.

34
00:01:32.521 --> 00:01:34.663
Biz subsidiyalar ilə daha çox
axmaq yerişlər əldə edəcəyik,

35
00:01:34.703 --> 00:01:37.888
lakin bunların insanlar üçün dəyəri
istehsal xərcindən daha artıq olacaq.

36
00:01:37.928 --> 00:01:40.557
Bu o deməkdir ki, subsidiyalar
resursların korlanmasına səbəb olacaq.

37
00:01:40.597 --> 00:01:42.684
Bəs digəri, daha ciddi
subsidiyalar necə?

38
00:01:42.724 --> 00:01:44.950
-Milli müdafiə,
sosial təhlükəsizlik, sağlamlıq,

39
00:01:44.990 --> 00:01:46.950
mənzil, təhsil, axmaq yerişlər.

40
00:01:46.990 --> 00:01:49.146
[gülüş]

41
00:01:49.186 --> 00:01:51.146
-Ərzaq subsidiyaları necə?

42
00:01:51.186 --> 00:01:52.812
Çox güman ki, avtomobil
bamperlərinin arxasındakı stikerdə

43
00:01:52.852 --> 00:01:55.560
"Ferma yoxdursa, ərzaq da yoxdur"
və ya buna oxşar bir şey görmüsünüz.

44
00:01:55.600 --> 00:01:56.877
Bəzi insanlar mübahisə edir ki,
qida subsidiyaları

45
00:01:56.917 --> 00:02:00.242
qida təhlükəsizliyini
təmin etmək üçün zəruridir.

46
00:02:00.282 --> 00:02:03.428
Onların dediyinə əsasən subsidiyalar
olmadan kifayət qədər ərzağımız olmayacaq.

47
00:02:03.468 --> 00:02:04.873
Lakin ərzaq istehsalını
subsidiyalaşdırmaq axmaq

48
00:02:04.913 --> 00:02:06.873
yerişləri subsidiyalaşdırmaq
kimi bir şeydir.

49
00:02:06.913 --> 00:02:11.053
Bəli, biz daha çox ərzaq əldə edəcəyik, lakin
subsidiyalar resursların korlanmasına səbəb olacaq.

50
00:02:11.093 --> 00:02:14.047
Bu, istehsal xərci dəyərindən
daha çox olan ərzaq olacaq.
