WEBVTT FILE

1
00:00:00.000 --> 00:00:01.529
Niyyətim, növbəti bir neçə

2
00:00:01.569 --> 00:00:03.200
dəqiqə ərzində

3
00:00:03.240 --> 00:00:05.388
sizə xoşbəxtliyin 
sirrini verməkdir,

4
00:00:05.428 --> 00:00:07.090
beləliklə, bu gecə evə gedəndə

5
00:00:07.130 --> 00:00:08.904
daha xoşbəxt həyat yaşamağa
başlaya biləcəksiniz.
6
00:00:08.944 --> 00:00:11.202
Həmçinin digər insanların daha 
xoşbəxt olması üçün

7
00:00:11.242 --> 00:00:14.000
bu sirri daha çox insanla 
paylaşa da bilərsiniz.

8
00:00:14.040 --> 00:00:17.121
Gəlin, əvvəlcə xoşbəxtlik haqqında 
bildiklərimizlə başlayaq.

9
00:00:17.161 --> 00:00:20.796
İqtisadçılar, psixoloqlar və
digər sosial elm sahələrində

10
00:00:20.836 --> 00:00:22.878
çalışan alimlər tərəfindən xoşbəxtlik

11
00:00:22.918 --> 00:00:24.732
haqqında yüzlərlə, sözün əsl mənasında 
yüzlərlə araşdırmalar edilib.

12
00:00:24.772 --> 00:00:27.496
Son 30 və 40 ildə 
yüzlərlə araşdırma.

13
00:00:27.536 --> 00:00:31.090
Onların hamısı bu sualı verməklə 
başlayır: Kimlər xoşbəxtdir??

14
00:00:31.130 --> 00:00:34.845
Birləşmiş Ştatlarda 1970-ci 
illərdən bəri əhalinin 

15
00:00:34.885 --> 00:00:37.440
böyük bir hissəsinin çox 
xoşbəxt olduğunu bilirik.

16
00:00:37.480 --> 00:00:42.558
Düzgün aparılmış anonim araşdırma
və sorğular göstərir ki,

17
00:00:42.598 --> 00:00:45.179
Amerikalıların təxminən üçdə biri 
özlərini çox xoşbəxt hesab edirlər.

18
00:00:45.219 --> 00:00:47.873
Bunun düzgünlüyünə şübhə etmək
üçün bir səbəbimiz yoxdur.

19
00:00:47.913 --> 00:00:50.741
50%-dən bir qədər çox insan müəyyən 
dərəcədə xoşbəxt olduqlarını bildirirlər.

20
00:00:50.781 --> 00:00:54.074
Əhalinin 10-15%-i isə 
xroniki depressiyadadır 

21
00:00:54.114 --> 00:00:55.354
və xoşbəxt olmadıqlarını bildirirlər.

22
00:00:55.394 --> 00:00:57.991
Əslində, hələ ən maraqlı sual
bu deyil.

23
00:00:58.031 --> 00:01:01.826
Ən maraqlı sual budur:
insanları nə xoşbəxt edir?

24
00:01:01.866 --> 00:01:05.503
Bu sualın cavabını da bilirik.
Cəmi üç şey

25
00:01:05.543 --> 00:01:07.659
insanları xoşbəxt edir.

26
00:01:07.699 --> 00:01:12.171
Genetika, insanların həyatlarındakı 
mühüm hadisələr və etdikləri seçimlər.

27
00:01:12.211 --> 00:01:14.962
Genetikadan başlayaraq, bunların 
hamısı haqqında sizə danışacağam.

28
00:01:15.002 --> 00:01:16.784
Bir neçə il əvvəl 

29
00:01:16.824 --> 00:01:19.136
Minnesota Universitetinin 
alimləri 1930-cu illərin ortasından 

30
00:01:19.176 --> 00:01:21.612
1950-ci illərin ortalarına qədər 

31
00:01:21.652 --> 00:01:25.128
olan müddətdə doğulan 
75 cüt tək yumurta əkizlərini 

32
00:01:25.168 --> 00:01:28.186
əhatə edən möhtəşəm bir 
verilənlər bazası hazırladılar.

33
00:01:28.226 --> 00:01:32.646
Onlar doğulanda ayırılmış və
fərqli ailələrə verilmişdilər.

34
00:01:32.686 --> 00:01:35.336
Bu, sosial elmlər sahəsində 
çalışan hər bir alimin xəyalı idi.

35
00:01:35.376 --> 00:01:38.581
Sanki dövlət bunu qəsdən etmişdi.

36
00:01:38.621 --> 00:01:40.366
[auditoriya gülüşü]

37
00:01:40.406 --> 00:01:43.396
40 yaşında isə onlar yenidən 

38
00:01:43.436 --> 00:01:45.316
qovuşduruldular və şəxsiyyət 
testindən keçirildilər.

39
00:01:45.356 --> 00:01:46.419
Bu testdə onların həyatlarında  

40
00:01:46.459 --> 00:01:47.256
baş verənlər və 

41
00:01:47.296 --> 00:01:48.754
həyata baxışları haqqında 
suallar var idi.

42
00:01:48.794 --> 00:01:50.036
Bu maraqlı idi, 

43
00:01:50.076 --> 00:01:53.607
çünki hər cütlüyün DNT-si
demək olar ki, eyni idi.

44
00:01:53.647 --> 00:01:55.253
Onlar fərqli mühitlərdə böyümüşdülər,

45
00:01:55.293 --> 00:01:57.043
yəni, statistik cəhətdən onların 
cavablarından təbiətin verdikləri

46
00:01:57.083 --> 00:01:58.492
ilə tərbiyənin verdiklərinin fərqini 
aydın surətdə görmək mümkün olacaqdı.

47
00:01:58.532 --> 00:01:59.043
Bəs alimlər nə tapdılar?

48
00:01:59.083 --> 00:02:03.376
Onlar tapdılar ki, insanların
xoşbəxtliyinin 48%-i genetikdir.

49
00:02:03.416 --> 00:02:05.171
Əslində, alimlər daha əvvəl 
bilinməyən bir faktı -

50
00:02:05.211 --> 00:02:06.301
genetikanın şəxsi keyfiyyətlərimizə 

51
00:02:06.341 --> 00:02:07.891
təxminimizdən daha çox təsir etdiyini tapdılar.

52
00:02:07.931 --> 00:02:09.891
Necə səs verdiyinizin 
qırx faizi genetikdir.

53
00:02:09.931 --> 00:02:12.628
Necə ibadət etməyinizin 
qırx faizi genetikdir.

54
00:02:12.668 --> 00:02:15.601
Beləliklə, bu, bəzi şeyləri izah edir.

55
00:02:15.641 --> 00:02:18.408
Həyatınızda heç 
xroniki xoşbəxt olan kimsə varmı?

56
00:02:18.448 --> 00:02:21.360
Həmişə xoşbəxt olan 
iş yoldaşınız varmı?

57
00:02:21.400 --> 00:02:23.360
Yeri gəlmişkən, bu çox qıcıqlandırıcıdır.

58
00:02:23.400 --> 00:02:24.922
[auditoriya gülüşü]

59
00:02:24.962 --> 00:02:28.513
Buna görə bəzən siz fikirləşirsiniz 
ki, bu insan həmişə xoşbəxtdir.

60
00:02:28.553 --> 00:02:31.282
Onlar nəyi düzgün edir?
Axı bunun sirri nədir?

61
00:02:31.322 --> 00:02:33.282
Sirr onların DNT-sidir.

62
00:02:33.322 --> 00:02:37.616
Siz tündməcaz insansınız?
Həmişə qaranlıq fikirlərlə gəzirsiniz?

63
00:02:37.656 --> 00:02:40.801
Bu sizin DNT-nizdir, sizin 
günahınız deyil, nəticə etibarı ilə 

64
00:02:40.841 --> 00:02:42.658
əsas səbəbkar valideynlərinizdir.

65
00:02:42.698 --> 00:02:46.860
Vəziyyət belədirsə, 
etdiklərimizin bir əhəmiyyəti varmı?

66
00:02:46.900 --> 00:02:50.646
Cavab bəlidir, 
çünki yarısı sizdən asılı deyilsə, 

67
00:02:50.686 --> 00:02:52.061
digər yarısının yaxşı olması 
daha da vacib olur.

68
00:02:52.101 --> 00:02:55.568
Deməli, 48% genetikadır, lakin 
digər anadangəlmə keyfiyyətlər də var.

69
00:02:55.608 --> 00:02:57.993
Həqiqətən vacib olan digər 
anadangəlmə xüsusiyyətlər.

70
00:02:58.033 --> 00:03:01.485
Onlardan ən maraqlısı
cinsiyyətdir.

71
00:03:01.525 --> 00:03:05.122
Kim daha xoşbəxtdir, kişilər, yoxsa qadınlar?
Cavab qadınlardır.

72
00:03:05.162 --> 00:03:08.344
Əksər tədqiqatlar, araşdırmaların 
böyük qadınların kişilərdən 

73
00:03:08.384 --> 00:03:10.980
daha xoşbəxt olduğunu və bunun 
həmişə belə olduğunu göstərir.

74
00:03:11.020 --> 00:03:13.484
Uşaqlar, yəni bizim üçün bu pisdir.

75
00:03:13.524 --> 00:03:16.137
Lakin bunu mən özüm də 
tədqiq etdim və eyni qənaətə gəldim.

76
00:03:16.177 --> 00:03:19.382
Kişi və qadınların xoşbəxtliyini 
onların ailə vəziyyətinə görə təhlil etdim.

77
00:03:19.422 --> 00:03:21.376
Yaxşı. Bəs hansı nəticəyə gəldim?

78
00:03:21.416 --> 00:03:23.798
Ailəli qadınlar ailəli 
kişilərdən daha xoşbəxtdirlər.

79
00:03:23.838 --> 00:03:26.442
Subay qadınlar subay kişilərdən 
daha xoşbəxtdirlər.

80
00:03:26.482 --> 00:03:30.688
Dul qadınlar dul kişilərdən 
daha xoşbəxtdirlər.

81
00:03:30.728 --> 00:03:34.324
[auditoriya gülüşü]

82
00:03:34.364 --> 00:03:35.733
Bu qədər gülməli olan nədir?

83
00:03:35.773 --> 00:03:36.804
Demək istəyirəm ki...

84
00:03:36.844 --> 00:03:38.686
[gülüş]

85
00:03:38.726 --> 00:03:42.628
Bunu həyat yoldaşıma danışdım,
o da dedi: ciddi?

86
00:03:42.668 --> 00:03:44.797
[gülüş]

87
00:03:44.837 --> 00:03:46.690
Ümumiyyətlə, qadınlar kişilərdən 
daha xoşbəxtdirlər.

88
00:03:46.730 --> 00:03:48.690
Başqa bir maraqlı məqam daha.

89
00:03:48.730 --> 00:03:53.050
Kişilərin həyatda ən xoşbəxt 
olmadıqları ortalama yaş neçədir?

90
00:03:53.090 --> 00:03:55.988
Hər zaman bu fenomen haqqında 
eşitmişəm. Siz də eşitmisiniz.

91
00:03:56.028 --> 00:03:57.988
Demək istəyirəm ki, bu kişilərdə 
orta yaş krizisi var, elədir?

92
00:03:58.028 --> 00:03:59.988
Sizcə, bu nə vaxtdır?

93
00:04:00.028 --> 00:04:01.207
-Yetmiş. On yeddi.

94
00:04:01.247 --> 00:04:03.282
-Yetmiş. On yeddi.
Nə isə düz gəlmir.

95
00:04:03.322 --> 00:04:04.221
Yalnız böyüklərdə olur.

96
00:04:04.261 --> 00:04:05.026
-Qırx beş.

97
00:04:05.066 --> 00:04:07.186
Qırx beş! Qırx beş.

98
00:04:07.226 --> 00:04:08.792
Bu qırx beşdir, 
tamamilə doğrudur.

99
00:04:08.832 --> 00:04:11.215
Kişilərin həyatda ən xoşbəxt 
olmadıqları ortalama yaş qırx beşdir.

100
00:04:11.255 --> 00:04:12.853
Bu, təqribən belə baş verir.

101
00:04:12.893 --> 00:04:15.789
Kişilərin həyat 
trayektoriyası maraqlı, 

102
00:04:15.829 --> 00:04:17.789
bəzən isə bir qədər kədərlidir.

103
00:04:17.829 --> 00:04:21.505
Baxın, iyirmi-otuz 
yaşlarınızda olanda  

104
00:04:21.545 --> 00:04:25.416
həyatın resepti, əslində, 
bir az sadədir.

105
00:04:25.456 --> 00:04:27.092
Həyat magistral şosseyə bənzəyir 

106
00:04:27.132 --> 00:04:28.633
və iyirmi-otuz yaşlarınızda 
olarkən irəliləmək,

107
00:04:28.673 --> 00:04:29.761
daha yaxşı bir həyata sahib olmaq,

108
00:04:29.801 --> 00:04:30.908
daha xoşbəxt və daha uğurlu 

109
00:04:30.948 --> 00:04:33.856
olmaq  istəyirsinizsə, sadəcə 
olaraq qaza basırsınız.

110
00:04:33.896 --> 00:04:36.825
Daha çox pul, daha yaxşı 
karyera axtarırsınız, 

111
00:04:36.865 --> 00:04:39.567
vəzifənizin artmasını 
istəyirsiniz və hər şey çox sadədir.

112
00:04:39.607 --> 00:04:43.631
Problem ondadır ki, magistral şossedə 
gedərkən kişilərin bir hissəsi 

113
00:04:43.671 --> 00:04:46.313
45 yaşa çatanda dayanıb  
öz-özünə deyir:

114
00:04:46.353 --> 00:04:48.687
Deyəsəm, mən səhv yoldayam.

115
00:04:48.727 --> 00:04:50.917
Bu şossedə olmaq 
istəmirəm, amma dayana  

116
00:04:50.957 --> 00:04:53.807
bilmərəm, çünki 
ev ödənişim və 

117
00:04:53.847 --> 00:04:55.807
bu kimi şeylər var.

118
00:04:55.847 --> 00:04:56.829
Çətindir. Dayansam vurulacam, 

119
00:04:56.869 --> 00:05:00.119
qəzaya düşəcəm, 
dayansam pis olacaq.

120
00:05:00.159 --> 00:05:01.440
Əksər kişilərin gəldiyi qənaət budur.

121
00:05:01.480 --> 00:05:06.088
İndi isə növbəti sual.
Onlar nə istəyir?

122
00:05:06.128 --> 00:05:08.685
Eyni bənzətməni davam etdirsək, 

123
00:05:08.725 --> 00:05:11.442
onlar özlərinin  
seçdiyi başqa bir yolda 

124
00:05:11.482 --> 00:05:12.678
olmaq istəyirlər.

125
00:05:12.718 --> 00:05:15.589
Onlar kiçik torpaq bir yolda

126
00:05:15.629 --> 00:05:17.589
motosikletlə 

127
00:05:17.629 --> 00:05:20.321
dəbilqə taxmadan 
getmək istəyirlər.

128
00:05:20.361 --> 00:05:22.555
Budur onların istədiyi.

129
00:05:22.595 --> 00:05:26.977
Beləliklə, motosikletdəki adam kimdir?
Çünki xoşbəxtliyin sirri 

130
00:05:27.017 --> 00:05:29.158
motosikletdəki dəbilqəsiz adam
olmaqdadır.

131
00:05:29.198 --> 00:05:31.922
Onun kim olduğunu bilmək istəyirəm.
Mənə onun haqqında danışın.

132
00:05:31.962 --> 00:05:34.436
Onun kim olduğunu bilirəm.

133
00:05:34.476 --> 00:05:36.436
O mənəm və bunun necə baş verdiyini danışacağam.

134
00:05:36.476 --> 00:05:40.813
On doqquz yaşım olarkən 
kollecdən çıxdım.

135
00:05:40.853 --> 00:05:44.815
Çıxdım, qovuldum.
Təfərrüatlar vacib deyil.

136
00:05:44.855 --> 00:05:46.325
[auditoriya gülüşü]

137
00:05:46.365 --> 00:05:50.020
Dolanmaq üçün musiqi 
ifa etməyə başladım.

138
00:05:50.060 --> 00:05:52.020
Valtorn ifaçısı idim.
Etmək istədiyim məhz bu idi.

139
00:05:52.060 --> 00:05:56.577
30 yaşıma yaxın artıq Barselona 
Simfoniya Orkestrində ifa edirdim.

140
00:05:56.617 --> 00:05:59.621
Möhtəşəm idi. Musiqini sevirdim.
İndi də musiqini sevirəm.

141
00:05:59.661 --> 00:06:01.621
O, indiyədək bəstələnmiş ən yaxşı musiqidir.

142
00:06:01.661 --> 00:06:03.621
Xəyal kimi görünür, elə deyilmi?

143
00:06:03.661 --> 00:06:07.635
Lakin sonra 45 yaşımda 
olduğumu təsəvvür etdim.

144
00:06:07.675 --> 00:06:09.210
Sehrli güzgüdə özümə baxdım.

145
00:06:09.250 --> 00:06:10.997
Ətrafımda olan musiqiçilərin çoxu 

146
00:06:11.037 --> 00:06:13.784
məndən 20, 30 yaş böyük idi 
və onlar 

147
00:06:13.824 --> 00:06:16.838
45 yaşında artıq 
xoşbəxt görünmürdülər. 

148
00:06:16.878 --> 00:06:19.111
İçki aludəçisi 
olmuşdular, 

149
00:06:19.151 --> 00:06:20.683
ailələri dağılırdı, 

150
00:06:20.723 --> 00:06:22.683
artıq musiqini də
bir o qədər sevmirdilər.

151
00:06:22.723 --> 00:06:24.683
Öz-özümə dedim ki, 
mən onlardan biri olmaq istəmirəm.

152
00:06:24.723 --> 00:06:27.984
Beləliklə, bunu gördüyüm 
üçün şanslıydım və plan qurdum

153
00:06:28.024 --> 00:06:29.984
Bir çıxış planı qurdum.

154
00:06:30.024 --> 00:06:33.519
Kollecə geri qayıtmağa qərar verdim.

155
00:06:33.559 --> 00:06:36.020
Atama zəng vurdum.
Dedim ki, "Ata, gözəl xəbərim var.

156
00:06:36.060 --> 00:06:38.467
Musiqini atıram.
Kollecə geri qayıdıram.

157
00:06:38.507 --> 00:06:41.000
Təhsil alacağam, 
bilmirəm, ədəbiyyat, 

158
00:06:41.040 --> 00:06:44.571
fizika, poeziya və ya iqtisadiyyat,
ya da nəsə başqa bir şey.

159
00:06:44.611 --> 00:06:47.070
Möhtəşəm olacaq.
Beynimi işlədəcəm.

160
00:06:47.110 --> 00:06:51.169
Atam dedi, 
‘nə danışırsan?’

161
00:06:51.209 --> 00:06:55.405
O dedi ki, "axı, ailə qurmusan.
Vəziyyətin yaxşıdır.

162
00:06:55.445 --> 00:06:58.183
İyirmi yaşların 
sonunda 

163
00:06:58.223 --> 00:07:01.190
belə dəyişiklik etmək çox 
məsuliyyətsiz hərəkətdir. Niyə?"

164
00:07:01.230 --> 00:07:04.522
Dedim, "Ata, çünki xoşbəxt deyiləm 

165
00:07:04.562 --> 00:07:06.671
və xoşbəxt olacağımı
düşünmürəm".

166
00:07:06.711 --> 00:07:10.667
Çox uzun bir fasilədən sonra 

167
00:07:10.707 --> 00:07:12.549
o dedi, "Yoxsa sən xüsusi insansan?"

168
00:07:12.589 --> 00:07:15.100
[gülüş]

169
00:07:15.140 --> 00:07:17.603
Bu gün sevdiyim işlə məşğulam.

170
00:07:17.643 --> 00:07:20.127
Bu gün, sanki nə etmək üçün 
yaradılmışamsa onuna məşğulam.

171
00:07:20.167 --> 00:07:24.658
Bu gün işim sizə necə daha xoşbəxt
həyat yaşayacağınız haqqında danışmaqdır.

172
00:07:24.698 --> 00:07:25.877
Möcüzədir.

173
00:07:25.917 --> 00:07:29.815
İnsanların öz yolunu təsadüfən 
tapması kifayət qədər qaneedici deyil.

174
00:07:29.855 --> 00:07:31.815
Bu yolu məqsədli şəkildə tapmalıyıq.

175
00:07:31.855 --> 00:07:33.815
Beləliklə, anadangəlmə fərqliliklər.

176
00:07:33.855 --> 00:07:35.815
Genetika: 48%.

177
00:07:35.855 --> 00:07:38.608
Növbəti əsas amil mühüm həyat hadisələridir.

178
00:07:38.648 --> 00:07:41.012
Xoşbəxtliyinizi həqiqətən 
artırdığını düşündüyünüz şey məhz budur.

179
00:07:41.052 --> 00:07:43.492
Xoşbəxt olmaq istəyirsiniz.
Hədəflərinizin arxasınca gedirsiniz.

180
00:07:43.532 --> 00:07:44.622
Həyatınızda böyük hədəfləriniz 
var və pis şeylərdən

181
00:07:44.662 --> 00:07:46.152
uzaq durursunuz, ele deyilmi?

182
00:07:46.192 --> 00:07:47.663
Hər zaman bunun haqqında düşünürsünüz.

183
00:07:47.703 --> 00:07:50.634
Kifayət qədər yaxşı qiymətlərlə 
kolleci bitirsəm və 

184
00:07:50.674 --> 00:07:52.634
yaxşı iş tapsam, 
sonra xoşbəxt olacağam, düzdür?

185
00:07:52.674 --> 00:07:54.645
Hüquqşünaslıq fakültəsinə daxil olsam,
xoşbəxt olacağam.

186
00:07:54.685 --> 00:07:57.797
O qız mənimlə ailə qursa, 
xoşbəxt olacağam.

187
00:07:57.837 --> 00:08:01.640
Xəstələnməsəm, 
xoşbəxt olacağam, doğrudur?

188
00:08:01.680 --> 00:08:03.831
Qəza keçirməsəm,
xoşbəxt olacağam.

189
00:08:03.871 --> 00:08:07.092
Bu cür düşünürük.
Biz hədəflərə köklənmiş varlıqlarıq.

190
00:08:07.132 --> 00:08:10.614
İndi isə sual: həyatımızın  
istənilən nöqtəsində xoşbəxtliyimizin

191
00:08:10.654 --> 00:08:13.408
nə qədəri həyatımızdakı mühüm 
hadisələrə görə baş verir?

192
00:08:13.448 --> 00:08:15.831
Cavab 40%-dir.

193
00:08:15.871 --> 00:08:17.349
Həqiqətən çoxdur!

194
00:08:17.389 --> 00:08:19.536
Belə görünür ki, həyatınızın hər hansı 

195
00:08:19.576 --> 00:08:21.760
bir anında böyük uğurların arxasınca 
getməkdə və baş verə biləcək 

196
00:08:21.800 --> 00:08:23.197
çox pis hadisələrdən qaçmağa 

197
00:08:23.237 --> 00:08:24.354
çalışmaqda tamamilə haqlısınız.

198
00:08:24.394 --> 00:08:25.583
Lakin bu səhvdir.

199
00:08:25.623 --> 00:08:30.027
Bu, 40%-dir, lakin niyə onun dalınca
qaçmağın lazım olmadığını sizə deyəcəyəm.

200
00:08:30.067 --> 00:08:31.219
İki səbəbi var.

201
00:08:31.259 --> 00:08:33.685
Birinci səbəb odur ki, 

202
00:08:33.725 --> 00:08:35.554
ardına düşdüyümüz 
böyük hədəflərə çatmaqda 

203
00:08:35.594 --> 00:08:36.957
çox da bacarıqlı deyilik.

204
00:08:36.997 --> 00:08:40.522
Daha da vacibi isə odur ki, böyük 
hədəflər və uğurlar uzunmüddətli olmur.

205
00:08:40.562 --> 00:08:44.483
Arzuladığınız evi əldə etsəniz, 
əhvalınız hansı müddətdə yüksək olaraq qalacaq?

206
00:08:44.523 --> 00:08:45.625
Altı ay.

207
00:08:45.665 --> 00:08:50.351
Maaşınız ikiqat artsa, əhvalınız 
nə qədər müddət yüksək qalacaq?

208
00:08:50.391 --> 00:08:52.351
Maksimum 6 ay, bundan artıq yox.

209
00:08:52.391 --> 00:08:53.948
Fərqi yoxdur, nəyi əldə etsəniz də, 
onun verdiyi xoşbəxtlik keçib gedəcək.

210
00:08:53.988 --> 00:08:55.948
Uğur keçib gedir, 

211
00:08:55.988 --> 00:08:58.883
lakin onu əldə etmək üçün 
xərclədikləriniz həmişəlik qalır.

212
00:08:58.923 --> 00:09:00.380
Uğurun dalına düşməyin.

213
00:09:00.420 --> 00:09:02.380
Bunu aydın göstərən 
bir tədqiqat var.

214
00:09:02.420 --> 00:09:04.295
İndiyədək gördüyüm 
ən maraqlı tədqiqatdır.

215
00:09:04.335 --> 00:09:06.131
Əslində, tədqiqat 1978-ci ilə aiddir.

216
00:09:06.171 --> 00:09:08.028
Bu, köhnə bir tədqiqatdır, 
lakin hələ də klassika hesab olunur.

217
00:09:08.068 --> 00:09:10.028
İki qrup insanlar müqayisə edilir: 

218
00:09:10.068 --> 00:09:14.156
əlləri və ayaqları iflic olanlar 
və lotereyanı qazanan adamlar.

219
00:09:14.196 --> 00:09:16.156
Yaxşı, bəs bu adamların 
ortaq cəhəti nədir?

220
00:09:16.196 --> 00:09:18.900
Onların tarazlığına 
vurulan böyük zərbə.

221
00:09:18.940 --> 00:09:21.559
Bam. Pis yaxud yaxşı, elə deyilmi?

222
00:09:21.599 --> 00:09:23.559
Əvvəlcə əlləri və ayaqları iflic olanlar: 

223
00:09:23.599 --> 00:09:26.155
qəzadan altı ay sonra orta hesabla 
onların xoşbəxtlik səviyyəsi 

224
00:09:26.195 --> 00:09:27.898
demək olar ki, qəzadan  

225
00:09:27.938 --> 00:09:31.530
əvvəlki səviyyəyə
qayıdıb.

226
00:09:31.570 --> 00:09:32.685
Tədqiqatın nəticəsi məhz budur.

227
00:09:32.725 --> 00:09:35.111
Tam əvvəlki səviyyəyə qayıtmasa da,
demək olar ki, o səviyyədə idi.

228
00:09:35.151 --> 00:09:37.250
Nə qədər dözümlü olduğumuza fikir verin.
Altı ay sonra 

229
00:09:37.290 --> 00:09:39.915
"qol və ayaqlarını yenidən 
idarə edə bilmək və əlil arabasına 

230
00:09:39.955 --> 00:09:42.482
məhkum olmamaq üçün az qala  
hər şeyi 

231
00:09:42.522 --> 00:09:43.769
edəcəklərini" deyirlər.

232
00:09:43.809 --> 00:09:47.794
Lakin onların xoşbəxtlikləri 
anadangəlmədir və digər 

233
00:09:47.834 --> 00:09:49.794
qüvvələrlə əlaqəli olan bir şeydir.

234
00:09:49.834 --> 00:09:51.805
Yaxşı. Bu, 1 nömrəli tapıntıdır.

235
00:09:51.845 --> 00:09:53.476
2 nömrəli isə lotereya qalibləridir.

236
00:09:53.516 --> 00:09:55.476
Bu, əslində bir az 
daha maraqlıdır.

237
00:09:55.516 --> 00:09:58.718
Lotereya qazandıqdan altı ay sonra 

238
00:09:58.758 --> 00:10:02.947
lotereya qaliblərinin xoşbəxtlik 
səviyyəsi, bilet almamışdan 

239
00:10:02.987 --> 00:10:05.802
bir gün əvvəl 
malik olduqlarından bir az 

240
00:10:05.842 --> 00:10:08.174
daha aşağı 
səviyyədə olur.

241
00:10:08.214 --> 00:10:11.297
Sözün hərfi mənasında, 
lotereya bileti alarkən 

242
00:10:11.337 --> 00:10:14.305
başınıza gələ biləcək 
ən yaxşı şey lotereyanı udmamaqdır.

243
00:10:14.345 --> 00:10:16.305
Nə üçün? Bunu da bilirik.

244
00:10:16.345 --> 00:10:19.243
Çünki onların həyatlarında 
qısa qapanma baş verir.

245
00:10:19.283 --> 00:10:21.694
Həyatdakı kiçik şeylər onları 
xoşbəxt etmir.

246
00:10:21.734 --> 00:10:24.077
Bu həftə sonu sizi xoşbəxt edəcək 
şeyin nə olduğu haqqında düşünün.

247
00:10:24.117 --> 00:10:25.531
Bu, sevdiklərinizlə birlikdə vaxt keçirməkdir.

248
00:10:25.571 --> 00:10:28.550
Sizi xoşbəxt edən insanlarla 
sizə məmnunluq verən 

249
00:10:28.590 --> 00:10:29.760
xırda şeyləri etməkdir.

250
00:10:29.800 --> 00:10:31.370
Hansısa bir idman oyununa baxacaqsınız.

251
00:10:31.410 --> 00:10:34.023
Bəlkə nahar etməyə çıxacaqsınız.

252
00:10:34.063 --> 00:10:36.830
Rahat olduğunuz insanların 
yanında olacaq 

253
00:10:36.870 --> 00:10:39.160
və zarafat edib əyləncəli 
vaxt keçirəcəksiniz.

254
00:10:39.200 --> 00:10:40.701
Lotereyanı qazanan 
insanların artıq bunu əldə edə

255
00:10:40.741 --> 00:10:41.879
bilmədiyi ortaya çıxır.

256
00:10:41.919 --> 00:10:43.879
Bütün hobbilərindən məhrum olurlar.

257
00:10:43.919 --> 00:10:45.670
Onların dostluqları dəyişir.

258
00:10:45.710 --> 00:10:47.948
Əvvəllər zövq aldıqları kiçik 
şeylərdən zövq almırlar.

259
00:10:47.988 --> 00:10:49.767
Buna görə daha çox 
zövq axtarırlar.

260
00:10:49.807 --> 00:10:52.763
Həqiqət budur ki,
xoşbəxt olmaq istəyirsinizsə, 

261
00:10:52.803 --> 00:10:56.430
vaxtınızı boyük xoşbəxtlik dozası 
əldə etməyə çalışaraq keçirməyin.

262
00:10:56.470 --> 00:10:58.837
Ehtiyacınız olan şey isə  

263
00:10:58.877 --> 00:11:01.769
müntəzəm olaraq sizə bu 40%-i  
əldə etmənin ən yüksək ehtimalını  

264
00:11:01.809 --> 00:11:04.799
verəcək, xoş hadisələri 
həyatınıza gətirəcək  


265
00:11:04.839 --> 00:11:08.848
və pis şeyləri davamlı olaraq 
həyatınızdan çıxaracaq 

266
00:11:08.888 --> 00:11:11.093
vərdişlərdir.

267
00:11:11.133 --> 00:11:14.872
Yaxşı, bəs bu həyat tərzi
vərdişləri hansılardır?

268
00:11:14.912 --> 00:11:18.923
Bu isə bizi sonuncu 12%-ə gətirir.
Yadınıza salın, 48% genetikadır.

269
00:11:18.963 --> 00:11:21.755
Qırx faiz mühüm hadisələrdir. Qaldı 12%.

270
00:11:21.795 --> 00:11:25.573
Qalan 12%-niz sizin 
nəzarətinizdədir.

271
00:11:25.613 --> 00:11:28.470
Əgər 12%-in maksimumunu 
əldə etmək üçün 

272
00:11:28.510 --> 00:11:30.254
lazım olan addımları düzgün atsanız, 

273
00:11:30.294 --> 00:11:33.640
40%-i əldə etmə ehtimalını da
artıracaqsınız, 

274
00:11:33.680 --> 00:11:36.077
çünki bu öz növbəsində 
sizə uğur qazanmaq üçün 

275
00:11:36.117 --> 00:11:37.648
ən yaxşı həyat tərzini verəcək.

276
00:11:37.688 --> 00:11:40.877
İndi bizə lazım olan 
12%-i əmələ gətirən 

277
00:11:40.917 --> 00:11:43.430
4 elementdir.

278
00:11:43.470 --> 00:11:45.869
Burda biliyin güc olduğunu 
yadımıza salaq.

279
00:11:45.909 --> 00:11:48.110
Burdan çıxanda 
xoşbəxtlik portfelinizə 

280
00:11:48.150 --> 00:11:50.865
investisiya qoymağa və 
bu gecədən başlayaraq 

281
00:11:50.905 --> 00:11:53.432
daha xoşbəxt bir insan 
olmağa hazır olacaqsınız.

282
00:11:53.472 --> 00:11:54.829
Sizə yaxşı xəbərim var.

283
00:11:54.869 --> 00:11:59.339
Sadə, hər kəs üçün əlçatan 
və anlaşıqlı elementlərdir.

284
00:11:59.379 --> 00:12:05.632
Həmin 4-lük budur: inanc, ailə, 
icma və iş.

285
00:12:05.672 --> 00:12:10.362
Budur sizin böyük 4-lük.
Bu, sizin xoşbəxtlik portfelinizdir.

286
00:12:10.402 --> 00:12:12.355
Vaxtınızı başqa şeylərə sərf etməyin, 

287
00:12:12.395 --> 00:12:13.752
çünki belə etsəniz, 

288
00:12:13.792 --> 00:12:14.893
səhv istiqamətdə
irəliləyəcəksiniz.

289
00:12:14.933 --> 00:12:18.152
Ailə - üzr istəyirəm, 
inanc kifayət qədər aydındır.

290
00:12:18.192 --> 00:12:20.466
Daxili həyatımız. Hansı inanc 
olduğu haqqında danışmayacağam.

291
00:12:20.506 --> 00:12:22.190
Lakin mücərrəd 
haqqında düşünün,

292
00:12:22.230 --> 00:12:24.190
bu maddi dünyaya aid 
olmayanlar haqqında düşünün

293
00:12:24.230 --> 00:12:25.780
və bunu həyatınıza 
daxil edin.

294
00:12:25.820 --> 00:12:28.289
Ailə! Sağlam ailə 
münasibətlərinə sahib olmaq.

295
00:12:28.329 --> 00:12:30.735
Bunlar itirilməli 
olmayan şeylərdir.

296
00:12:30.775 --> 00:12:32.337
İcma bir az daha
mürəkkəbdir.

297
00:12:32.377 --> 00:12:35.839
İcmanın elementləri vacib dostluqları 
inkişaf etdirmək və icmanızda 

298
00:12:35.879 --> 00:12:38.038
xeyriyyəçi olmaq, 
başqalarına 

299
00:12:38.078 --> 00:12:40.205
qarşı yaxşı insan 
olmaqdır.

300
00:12:40.245 --> 00:12:42.416
Həyatınızda icmanın rolu
deyəndə bunu nəzərdə tuturam.

301
00:12:42.456 --> 00:12:43.655
İndi vaxtımı inanc, ailə 

302
00:12:43.695 --> 00:12:45.117
və icma üçün sərf etməyəcəyəm.

303
00:12:45.157 --> 00:12:47.117
Vaxtımın qalanını iş 
mövzusuna sərf edəcəyəm,

304
00:12:47.157 --> 00:12:49.117
çünki burda bir 
paradoks var.

305
00:12:49.157 --> 00:12:51.117
İş çox vacib məsələdir.

306
00:12:51.157 --> 00:12:52.915
“The Office” serialına baxmısınız.

307
00:12:52.955 --> 00:12:55.824
Dilbert karikaturalarını oxumunuz, düzdür?

308
00:12:55.864 --> 00:12:57.486
İş sadəcə çox sıxıcıdır, elə deyilmi?

309
00:12:57.526 --> 00:12:59.286
Ən azından digərləri üçün.
Yəqin ki, işinizi bəyənirsiniz,

310
00:12:59.326 --> 00:13:02.300
lakin böyük ehtimalla digər adamlar
sizin qədər işlərini bəyənmirlər.

311
00:13:02.340 --> 00:13:05.177
Amerikalıların neçə faizi 
işlərini bəyənir və ya sevir?

312
00:13:05.217 --> 00:13:07.536
Amerikalıların neçə faizi 
işlərindən məmnun və ya 

313
00:13:07.576 --> 00:13:09.376
çox məmnundurlar?

314
00:13:09.416 --> 00:13:11.737
Yaxşı, indi isə bu haqda düşünün.
Ağlınızda bir rəqəm tutun.

315
00:13:11.777 --> 00:13:14.582
Düşündüyünüz 20-25%-dir.

316
00:13:14.622 --> 00:13:16.582
Səksən doqquz faiz.

317
00:13:16.622 --> 00:13:19.619
Amerikalıların səksən doqquz 
faizi işlərindən ya məmnundur, 

318
00:13:19.659 --> 00:13:21.744
ya da çox məmnundur.

319
00:13:21.784 --> 00:13:23.089
Necə də inanılmazdır.

320
00:13:23.129 --> 00:13:27.174
Başqa heç bir ölkə bu rəqəmə 
yaxınlaşa da bilmir.

321
00:13:27.214 --> 00:13:29.174
Nə üçün? Pula görə?

322
00:13:29.214 --> 00:13:31.154
Xeyr, bu böyük 4-dən biri deyil.

323
00:13:31.194 --> 00:13:34.328
Mən inanc, ailə, icma, 
iş və pul demədim.

324
00:13:34.368 --> 00:13:35.775
Xeyr. Siyahıda pul yoxdur 

325
00:13:35.815 --> 00:13:38.525
və əslində bir çox iqtisadçılar,
o cümlədən mən, 

326
00:13:38.565 --> 00:13:41.268
pulun xoşbəxtliyə olan 
təsirlərini araşdırmışıq.

327
00:13:41.308 --> 00:13:43.036
Pul kasıblara, 

328
00:13:43.076 --> 00:13:45.167
aşağı-orta təbəqə sinfinə 
yüksələnə qədər həyatlarını 

329
00:13:45.207 --> 00:13:46.956
asanlaşdıraraq xoşbəxtlik gətirir, 
sonra isə

330
00:13:46.996 --> 00:13:48.824
bu xoşbəxtlik səviyyəsi sabitləşir.

331
00:13:48.864 --> 00:13:49.839
Bir az xoşbəxtlik verir, lakin

332
00:13:49.879 --> 00:13:52.304
yüksək gəlir səviyyəsində 
xoşbəxt olmaq üçün çox böyük 

333
00:13:52.344 --> 00:13:54.122
məbləğlərdə pul lazımdır.

334
00:13:54.162 --> 00:13:57.015
Yaxşı. Yəni, məsələ pul deyil.
Məsələ başqadır.

335
00:13:57.055 --> 00:14:01.126
45 yaşında ümidləri boşa  
çıxanlardan başqa, bu qədər insana  

336
00:14:01.166 --> 00:14:05.902
məşğuliyyətləri niyə
belə çox xoşbəxtlik gətirir?

337
00:14:05.942 --> 00:14:07.305
Nədir bunun səbəbi?

338
00:14:07.345 --> 00:14:10.095
Baxdıq, axtardıq, araşdırdıq  
və sonunda tapdıq.

339
00:14:10.135 --> 00:14:11.704
Bəli, biz səbəbi tapdıq. 

340
00:14:11.744 --> 00:14:13.704
Bu, qazanılmış uğurdur.

341
00:14:13.744 --> 00:14:16.449
Həyatınızla dəyər yaratdığınıza 
və digər insanların 

342
00:14:16.489 --> 00:14:18.449
həyatlarına dəyər qatdığınıza
 olan inancdır.

343
00:14:18.489 --> 00:14:24.499
Qazanılmış uğur iş vasitəsilə 
əldə edilən xoşbəxtliyin həqiqi açarıdır.

344
00:14:24.539 --> 00:14:27.115
Başqalarına xidmət etdiyinizə 
və etdiyiniz hər şeylə 

345
00:14:27.155 --> 00:14:29.210
dəyər yaratdığınıza inanırsınızsa, 
nə ilə məşğul olduğunuz vacib deyil. 

346
00:14:29.250 --> 00:14:30.708
Çünki uğurlarını qazandıqlarına 

347
00:14:30.748 --> 00:14:32.745
və işlərində xoşbəxt olduqlarına 
inanan insanlar istər lisey, 

348
00:14:32.785 --> 00:14:34.206
istər orta məktəb, 

349
00:14:34.246 --> 00:14:36.354
istərsə də universitet diplomuna 
sahib olmalarından; 

350
00:14:36.394 --> 00:14:39.062
istər orta, istər yuxarı, 
istərsə də aşağı gəlirli 

351
00:14:39.102 --> 00:14:40.902
olmalarından asılı olmayaraq, 
eynidirlər; 

352
00:14:40.942 --> 00:14:42.107
özlərini aşağı-orta sinif, 

353
00:14:42.147 --> 00:14:44.613
yaxud orta sinif 
və ya yuxarı-orta sinif 

354
00:14:44.653 --> 00:14:46.809
olaraq sinifləndirsələr də, 
fərq etmir.

355
00:14:46.849 --> 00:14:49.099
Bunun əhəmiyyəti yoxdur.

356
00:14:49.139 --> 00:14:52.002
Həyatları ilə dəyər
 yaratdıqlarını, uğurlarını

357
00:14:52.042 --> 00:14:53.304
özləri qazandıqlarını 

358
00:14:53.344 --> 00:14:55.675
düşünməkləri vacibdir.

359
00:14:55.715 --> 00:14:57.758
Tamamilə eyni iki
nəfəri götürsək,

360
00:14:57.798 --> 00:15:00.626
Çikaqo Universitetinin ümumi 
sosial sorğusundan onların 

361
00:15:00.666 --> 00:15:03.226
verilənlərini götürək -
hazırda ABŞ-da sorğular üzrə 

362
00:15:03.266 --> 00:15:06.503
ən yaxşı verilənlər bazası ordadır -
eyni olan iki adam -

363
00:15:06.543 --> 00:15:08.503
yaş, cins, irq, din, 

364
00:15:08.543 --> 00:15:10.968
eyni təhsil səviyyəsi -
və ikisi də uğurlarını 

365
00:15:11.008 --> 00:15:14.568
əldə etdiklərini deyirlər,  
lakin biri digərindən 8 dəfə çox

366
00:15:14.608 --> 00:15:16.074
çox pul qazansın, böyük ehtimalla 

367
00:15:16.114 --> 00:15:19.007
hər ikisi də həyatlarından bərabər 
səviyyədə razı olduqlarını deyəcək.

368
00:15:19.047 --> 00:15:21.643
Necə də inanılmaz bir şeydir! 
Pulla xoşbətlik alınmır.

369
00:15:21.683 --> 00:15:24.098
Qazanılmış uğurdur cavab! 

370
00:15:24.138 --> 00:15:28.547
Motosikletdəki adamın 
malik olduğu şey budur.

371
00:15:28.587 --> 00:15:29.886
Sahib olduğu şey budur.

372
00:15:29.926 --> 00:15:32.407
O, öz uğurunu qazanır.
Budur bizim istədiyimiz.

373
00:15:32.447 --> 00:15:34.107
O insan olmaq istəyirəm. Niyə?

374
00:15:34.147 --> 00:15:37.463
Öz qaydalarımla yaşamaq istəyirəm.
Həyatımı qurmaq istəyirəm.

375
00:15:37.503 --> 00:15:41.232
Həyatımın mənim şirkətim olmağını istəyirəm.

376
00:15:41.272 --> 00:15:43.859
Amerikan sahibkarlığının 
ruhu budur.

377
00:15:43.899 --> 00:15:45.486
Budur Amerikan Xəyalı.

378
00:15:45.526 --> 00:15:47.984
Sahibkarlıq təkcə biznes 
qurmaqdan ibarət deyil.

379
00:15:48.024 --> 00:15:50.275
Sahibkarlıq öz həyatınızı qurmaqdır.

380
00:15:50.315 --> 00:15:52.213
Bunu etsəniz və uğur qazansanız, 
xoşbəxtliyinizin arxasınca 

381
00:15:52.253 --> 00:15:53.555
gedirsiniz deməkdir.

382
00:15:53.595 --> 00:15:57.646
Bu, ölkə qurucularının bizə 
verdiyi mənəvi öhdəlikdir.

383
00:15:57.686 --> 00:16:00.363
Onlar yaradanımızın bizə 
verdiyi yaşamaq, azad olmaq

384
00:16:00.403 --> 00:16:02.363
və xoşbəxt olmaq hüquqlarımızdan 

385
00:16:02.403 --> 00:16:04.061
bəhs etdiklərində, bunu da 

386
00:16:04.101 --> 00:16:08.119
əlavə edə bilərdilər… 
və öz uğurunu qazanmaq.

