﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:03.174
-Mən heç kimə pulları ilə nə etməli
olduqlarını söyləmək üçün burada deyiləm.

2
00:00:03.174 --> 00:00:05.478
Pulunuzu özünüz qazanırsınızsa,
onunla istədiyinizi edə bilərsiniz.

3
00:00:05.795 --> 00:00:07.795
Lakin mən inanıram ki,

4
00:00:07.795 --> 00:00:11.436
insanlara kömək etməkdən
əldə edə biləcəyiniz

5
00:00:11.436 --> 00:00:14.967
məmnuniyyəti başqa heç cür
əldə edə bilməyəcəksiniz.

6
00:00:14.967 --> 00:00:17.838
-Çakın bütün “yaşayarkən
yardım etmək” fəlsəfəsi

7
00:00:17.838 --> 00:00:19.289
olduqca fərdidir.

8
00:00:19.289 --> 00:00:22.339
İndi bir fərq yaradaqmı?
Nəyi gözləyirik?

9
00:00:22.339 --> 00:00:24.788
-Çak gözəl bir nümunə oldu.

10
00:00:24.788 --> 00:00:29.729
Hər şeyini paylamaq fədakarlığına
sonuna qədər sadiq qaldı.

11
00:00:29.729 --> 00:00:33.436
-Onun fikri budur ki,
sabah həmişə daha çox pul,

12
00:00:33.436 --> 00:00:36.668
daha çox milyoner, daha çox
milyarder və daha çox problem

13
00:00:36.668 --> 00:00:38.298
olacaq və bu problemlərlə
sabah məşğul ola bilərik.

14
00:00:38.298 --> 00:00:41.333
Gəlin bu gün bu günkü
problemləri həll edək.

15
00:00:41.333 --> 00:00:45.078
-Hörmətli Çak, sadəcə
təşəkkür etmək üçün yazıram.

16
00:00:45.078 --> 00:00:48.611
Hekayənizin məni nə qədər
təsirləndirdiyini və hərəkətlərinizin

17
00:00:48.611 --> 00:00:53.191
məni öz həyatımı formalaşdırmağıma
ilham verdiyini ifadə edə bilmirəm.

18
00:00:53.923 --> 00:00:57.406
-Təxminən 35 ildir ki,
Çak Fininin 8 milyard dollardan

19
00:00:57.406 --> 00:01:00.361
çox olan bütün sərvəti
dünyanın hər yerindəki həyat

20
00:01:00.361 --> 00:01:03.835
və institutları dəyişdirmək
üçün istifadə olunur.

21
00:01:03.835 --> 00:01:05.835
Bütün sərvətini ömrü
boyunca paylamaq üçün

22
00:01:05.835 --> 00:01:08.983
o, Atlantic
Philanthropies qurdu.

23
00:01:08.983 --> 00:01:13.006
-Bu gün verməyə başlayın – nə
olacağını görə bilərsiniz.

24
00:01:13.006 --> 00:01:15.006
Ölü olanda yardım etsəniz,
heç nə hiss etməyəcəksiniz.

25
00:01:15.006 --> 00:01:17.006
[gülüş]

26
00:01:17.429 --> 00:01:18.950
YAŞAYARKƏN YARDIM EDİN

27
00:01:18.950 --> 00:01:23.063
YAŞAYARKƏN YARDIM EDİN
Fərq yaratmaq

28
00:01:23.175 --> 00:01:26.362
YAŞAYARKƏN YARDIM EDİN
Timoti Hatten tərəfindən səsləndirildi

29
00:01:26.982 --> 00:01:31.052
-Çak Finini ilk dəfə buraya
gətirəndə heç bir şey yox idi.

30
00:01:32.066 --> 00:01:35.136
İndi hər yerdə binalarımız var.

31
00:01:35.728 --> 00:01:37.728
-Bunun baş verməsində Çak və

32
00:01:37.728 --> 00:01:39.899
Atlantic Philanthropies-in
böyük rolu oldu.

33
00:01:39.899 --> 00:01:41.495
-Bu ... eh ..

34
00:01:41.495 --> 00:01:43.802
o şüşə effekti -
buradan çıxacaq?

35
00:01:43.918 --> 00:01:46.597
-Sıfırdan inşa etmək,
sözün tam mənasında,

36
00:01:46.597 --> 00:01:49.277
Çak Fininin xeyriyyəçiliyinin
fərqləndirici xüsusiyyəti olmuşdur.

37
00:01:49.277 --> 00:01:51.533
-Çak bizə böyük düşünməyi öyrədir.

38
00:01:51.533 --> 00:01:53.846
Geniş miqyaslı və dramatik
bir hadisəni

39
00:01:53.846 --> 00:01:56.408
necə həyata keçirəcəyimizi
düşünməyimizi

40
00:01:56.408 --> 00:01:58.296
davamlı olaraq söyləyir.

41
00:01:59.395 --> 00:02:02.434
-Ölkədəki ölümlərin çoxunun
əsl səbəbləri ürək-damar

42
00:02:02.434 --> 00:02:05.302
və xərçəng xəstəlikləridir.

43
00:02:05.302 --> 00:02:09.084
Artıq vaxt gəldi, əminəm ki,
indi bu xəstəliklərlə

44
00:02:09.084 --> 00:02:11.084
mübarizədə irəliləməyin
vaxtı çatıb.

45
00:02:11.084 --> 00:02:15.866
Həll yollarını tapa
bilərik və tapacağıq.

46
00:02:15.866 --> 00:02:21.237
-Bu “bacararam” ruhu və qayğıkeş
təbiəti Çakın DNT-sindədir.

47
00:02:21.237 --> 00:02:24.000
Böyük Depressiya dövründə,
1931-ci ildə Nyu-Cersidə

48
00:02:24.000 --> 00:02:27.836
bir işçi sinfi, İrlandiya-Amerikan
ailəsində anadan olub.

49
00:02:27.836 --> 00:02:29.257
Pul az idi

50
00:02:29.280 --> 00:02:32.520
və o, birbaşa orta məktəbdən
Hava Qüvvələrinə qoşuldu.

51
00:02:32.531 --> 00:02:35.587
-O, başqa cür xərcini
ödəyə bilməyəcəyi

52
00:02:35.587 --> 00:02:37.275
hərbi kontingent vasitəsi ilə
Kornell Universitetinə girdi.

53
00:02:37.275 --> 00:02:39.306
Ailəsi onu orada
oxuda bilməyəcəkdi.

54
00:02:39.800 --> 00:02:42.924
-Kornell Çak üçün
müvəffəqiyyət qapısı oldu.

55
00:02:42.924 --> 00:02:44.637
Anadangəlmə bir
sahibkar olaraq

56
00:02:44.637 --> 00:02:47.974
Atlantik donanmasında
yerləşdirilmiş dənizçilərə

57
00:02:47.974 --> 00:02:50.830
içki satmaq təşəbbüsünü
həyata keçirmək üçün

58
00:02:50.830 --> 00:02:54.875
bu təhsildən və xaricdəki
təcrübəsindən yararlandı.

59
00:02:54.875 --> 00:02:57.874
-Hərbi üçün yaxşıdırsa, turistlər
üçün də yaxşı olmalıdır.

60
00:02:57.874 --> 00:03:00.605
Beləliklə, eyni şeyi turistlər
üçün etməyə başladıq.

61
00:03:00.605 --> 00:03:03.440
Dedilər ki, içki sata bilirsinizsə,
niyə ətir sata bilməyəsiniz

62
00:03:03.440 --> 00:03:07.136
və beləliklə də məhsul
çeşidimizi genişləndirdik.

63
00:03:07.136 --> 00:03:12.390
-Bir biznes imperiyası, DFS -
Duty-Free Shoppers yarandı.

64
00:03:12.390 --> 00:03:14.900
-70-ci illərin
sonlarında dünyanın ən

65
00:03:14.900 --> 00:03:18.172
böyük rüsumsuz pərakəndə
satış məntəqəsi idilər.

66
00:03:18.172 --> 00:03:21.809
O vaxtlarda satış həcmi
ildə 3 milyard dollar idi.

67
00:03:22.704 --> 00:03:28.375
80-ci illərdə onların Fransanın
cənubunda, Havayda, Nyu-Yorkda,

68
00:03:28.375 --> 00:03:32.003
Parisdən kənarda, Leykvil,
Konnektikutda evləri var idi...

69
00:03:32.003 --> 00:03:33.571
Bəlkə də birini
unutmuş ola bilərəm.

70
00:03:33.571 --> 00:03:36.128
-Əyləncəli vaxt
keçirərək böyüdüm.

71
00:03:36.128 --> 00:03:38.276
İnsanların gəldiyi,
açıq hava qonaqlığı

72
00:03:38.276 --> 00:03:41.743
və şənlik etdiyi bir ev idik

73
00:03:41.743 --> 00:03:43.156
və insanlar həmişə
uşaqları ilə gəlirdilər.

74
00:03:43.156 --> 00:03:45.566
Həmişə uşaq və böyüklər
üçün məclislər olurdu.

75
00:03:45.566 --> 00:03:47.566
-Amerikan arzusunu yaşayırdılar.

76
00:03:47.566 --> 00:03:52.395
Lakin 50 yaşında Çak
bütün bu sərvətdən bezdi.

77
00:03:52.395 --> 00:03:56.561
-1980-ci ildə nə oldu
deyə düşünməyə başladım...

78
00:03:56.645 --> 00:03:59.120
bütün bunlar hara gedirdi,
mən bununla nə edəcəyəm...

79
00:03:59.120 --> 00:04:02.755
Bilirsiniz... Mən qril pendir
və pomidorlu sendviç ilə

80
00:04:02.940 --> 00:04:05.690
xoşbəxt ola biləcəyimi
deyən bir adamam.

81
00:04:05.690 --> 00:04:10.292
-Sərvət və təmtəraq nümayişləri
Çakı narahat edir və düşünürəm ki,

82
00:04:10.292 --> 00:04:12.292
zaman keçdikcə onun bu
narahatlığı artırdı.

83
00:04:12.292 --> 00:04:15.204
-Bir gün o mənə
zəng etdi və

84
00:04:15.204 --> 00:04:18.575
“Böyük bir xəbərim var,
hər şeyimi verdim” dedi.

85
00:04:18.575 --> 00:04:20.701
Mən də “Son qəpiyədək?'

86
00:04:20.701 --> 00:04:24.311
deyə soruşdum.
“Hamısını bir fonda verdim” dedi.

87
00:04:24.311 --> 00:04:29.004
-1984-cü ildə Şükran günü
zamanı görüşdük və həmin

88
00:04:29.004 --> 00:04:31.004
gün bütün aktivlərin
ötürülməsini yekunlaşdırdıq.

89
00:04:31.004 --> 00:04:33.128
Razılaşdırılmış bir məbləğ
ailə üçün saxlanıldı

90
00:04:33.128 --> 00:04:36.444
və qalan hər şey xeyriyyə
fonduna köçürüldü.

91
00:04:36.444 --> 00:04:38.159
Dedim: “Bunu geri
qaytara bilməyəcəksən.

92
00:04:38.159 --> 00:04:41.255
Bunu edirsənsə, geri
qayıtmayacağını anlamalısan.

93
00:04:41.255 --> 00:04:44.182
Əbədiyyən getdi və bəyənməsən
belə, yenə də getdi.

94
00:04:44.182 --> 00:04:45.744
Bunu etmək istədiyindən əminsən?”

95
00:04:45.744 --> 00:04:47.468
Əslində isə bu mövzuda
səbrsiz idi, çünki qərarını

96
00:04:47.468 --> 00:04:49.125
artıq vermişdi və bunun
yaxşı olduğunu düşünürdü.

97
00:04:49.125 --> 00:04:51.339
“Bəli, bəli, bəli,
gəlin bitirək” dedi.

98
00:04:51.339 --> 00:04:55.799
-Atlantic Philanthropies-in
ilk böyük işi İrlandiyada oldu.

99
00:04:55.799 --> 00:04:58.674
-İrlandiya o dövrdə bir qədər
çətin vəziyyətdə olan yer

100
00:04:58.674 --> 00:05:00.674
idi və o, kömək etmək
üçün burda bir fürsət gördü.

101
00:05:00.674 --> 00:05:03.041
-Həqiqətən bu, hardasa
sanki altıncı hissdir.

102
00:05:03.041 --> 00:05:05.906
Mühit uyğun, insanlar hazır,
mədəniyyət isə

103
00:05:05.906 --> 00:05:08.751
müəyyən bir mərhələdədir.

104
00:05:08.751 --> 00:05:10.039
-Limerik Universiteti
onun çox ciddi məbləğlərdə

105
00:05:10.039 --> 00:05:14.825
yardım etmə təcrübəsinə
başladığı yer idi.

106
00:05:14.825 --> 00:05:18.323
-1980-ci illərdə İrlandiya
universitetləri milli

107
00:05:18.323 --> 00:05:20.544
iqtisadiyyatla bərabər
ağır vəziyyətdə idi.

108
00:05:21.439 --> 00:05:26.201
Atlantic-in təmin etdiyi qrantlar Limerikin
kiçik kampusunu işlək dinamoya çevirdi.

109
00:05:27.189 --> 00:05:29.443
-Universitet proqramında
xoşladığı şey kərpic və

110
00:05:29.443 --> 00:05:31.729
əhəng məhlulundan hazırlanmış
binaların olması idi -

111
00:05:31.729 --> 00:05:34.047
onlara vura, toxuna,
hiss edə bilərsiniz -

112
00:05:34.047 --> 00:05:37.823
onlar orada idi və o, onları
orada olmasına kömək etmişdi.

113
00:05:37.823 --> 00:05:40.576
-Universitetlərə kömək
etmək iqtisadiyyata,

114
00:05:40.576 --> 00:05:43.077
özünüzə, qonşularınıza
kömək etməkdir.

115
00:05:43.077 --> 00:05:44.614
Pulunuzun qarşılığını alırsınız.

116
00:05:44.614 --> 00:05:46.333
-Hər zaman qabaqcıl olan

117
00:05:46.333 --> 00:05:49.456
Çak, Limerik investisiyasından
necə istifadə edəcəyini anladı.

118
00:05:49.456 --> 00:05:53.117
-Burada Limerik-də kiçik
ölçüdə etdiyini bütün

119
00:05:53.117 --> 00:05:56.745
İrlandiya miqyasında
etməyə qərar verdi.

120
00:05:56.745 --> 00:06:00.762
Bu da höküməti
böyük öhdəlik

121
00:06:00.762 --> 00:06:03.415
götürməyə təhrik etdi.

122
00:06:03.415 --> 00:06:05.568
-Bir neçə il ərzində

123
00:06:05.568 --> 00:06:08.764
İrlandiyada ali
təhsil dəyişdirildi.

124
00:06:08.764 --> 00:06:11.253
Çak “yaşayarkən yardım etmək”
fikrinə tam bağlanmışdı.

125
00:06:11.253 --> 00:06:14.703
1996-cı ilin sonlarında
DFS satıldıqdan sonra

126
00:06:14.703 --> 00:06:17.234
fond nağd pul
vəsaitləri ilə dolmuşdu.

127
00:06:17.234 --> 00:06:20.156
İndi Çak daha böyük
işlər görə bilərdi.

128
00:06:20.156 --> 00:06:22.156
-Məhz o vaxtda

129
00:06:22.156 --> 00:06:26.202
“Gəlin hər şeyi həyatımdakı
məhdud bir vaxt müddətində edək,

130
00:06:26.202 --> 00:06:29.831
çünki iştirak etmək istəyirəm
və bəzi fikirlərim var” dedi.

131
00:06:31.490 --> 00:06:35.450
-Vyetnam həqiqətən onilliklər
boyu davam edən müharibə

132
00:06:35.450 --> 00:06:37.450
nəticəsində viran edilmiş
və pis bir vəziyyətdə idi.

133
00:06:37.450 --> 00:06:40.044
-Çak ilk dəfə Vyetnama ayaq
basanda Vyetnam xalqının

134
00:06:40.044 --> 00:06:43.030
daha yaxşısına layiq
olduğunu hiss etdi.

135
00:06:43.030 --> 00:06:46.470
Çaka göstərilən ilk şey
xəstəxanalar idi.

136
00:06:46.470 --> 00:06:49.630
Şərtlərin nə qədər pis
olduğunu görəndə dərhal

137
00:06:49.630 --> 00:06:52.310
məsuliyyət hissi ona
“Gəlin bununla əlaqədar

138
00:06:52.310 --> 00:06:53.683
bir şey edək” olmuşdu.

139
00:06:53.683 --> 00:06:55.899
-Qarşınızda xəstə insanları
görürsünüz və “Kimsə bunun

140
00:06:55.899 --> 00:07:01.369
üçün bir həll yolu
tapmalıdır” deyə düşünürsünüz.

141
00:07:02.017 --> 00:07:04.017
-On il ərzində Atlantic,

142
00:07:04.017 --> 00:07:06.537
Vyetnam səhiyyəsinin 21-ci
əsr səviyyəsinə gətirilməsinə

143
00:07:06.537 --> 00:07:10.144
kömək üçün yüz milyonlarla
dollar sərmayə qoydu.

144
00:07:10.144 --> 00:07:12.804
-Vyetnamı seçdi,
çünki az miqdarda pul ilə

145
00:07:12.804 --> 00:07:17.029
bir çox insanın həyatına
çox böyük təsir göstərə bilərdi.

146
00:07:17.029 --> 00:07:22.935
Bir iş adamı olaraq,
bu... Çakı həyəcanlandırırdı.

147
00:07:22.935 --> 00:07:25.029
Kənd yerlərində
yaşayan və xəstəxanaya

148
00:07:25.029 --> 00:07:27.340
gələ bilməyən
bir çox insan var.

149
00:07:27.340 --> 00:07:31.512
Beləliklə, ilkin səhiyyə sistemi
ilə bağlı nə isə etməlisiniz.

150
00:07:31.512 --> 00:07:35.068
-İctimai sağlamlıq mərkəzləri
regionlarda yeganə

151
00:07:35.068 --> 00:07:38.802
səhiyyə ocaqları idi.
Səhiyyə xidməti burada göstərilirdi.

152
00:07:38.802 --> 00:07:41.281
Çak bütün bunları
özü görmək istəyirdi.

153
00:07:41.281 --> 00:07:43.564
-Sıxlıq, dağılmış binalar,
avadanlıq çatışmazlığı,

154
00:07:43.564 --> 00:07:46.369
yerdə yatan
insanları görürdük.

155
00:07:46.369 --> 00:07:49.203
Lakin eyni anda potensial
toxumun da olduğunu görürdük.

156
00:07:49.203 --> 00:07:52.246
Həkimlər, işçilər -
işlərinə tam sədaqətli idi.

157
00:07:52.246 --> 00:07:53.936
-Atlantic-dən gələn vəsaitlə

158
00:07:53.936 --> 00:07:57.686
8 vilayətdə 900-dən çox ictimai
sağlamlıq mərkəzi tikildi və ya

159
00:07:57.686 --> 00:08:02.711
yeniləndi. Bu mərkəzlər 9 milyon
adama xidmət göstərirdi.

160
00:08:02.711 --> 00:08:05.437
Onların işçiləri yüksək səviyyəli
təlimlərdə iştirak etdilər.

161
00:08:05.437 --> 00:08:09.368
-İlk ictimai sağlamlıq mərkəzi
qurulduqdan sonra,

162
00:08:09.368 --> 00:08:10.731
növbəti və növbəti

163
00:08:10.731 --> 00:08:13.218
müvəffəqiyyətlər sürətlə gəldi.

164
00:08:13.218 --> 00:08:17.253
Çox keçmədən bütün əyalətləri
əhatə etdik və daha sonra

165
00:08:17.253 --> 00:08:19.720
digər əyalətlər xəbər
almağa başladı və

166
00:08:19.720 --> 00:08:21.909
getdikcə işlərimiz artdı.

167
00:08:21.909 --> 00:08:26.376
-İşlərimizin nəticəsi davamlı idi.
Bu nəticələrin ömrü

168
00:08:26.376 --> 00:08:28.737
Atlantic-dən sonra da
özünü göstərəcək və Vyetnamda

169
00:08:28.737 --> 00:08:31.848
səhiyyə xidmətlərinin necə
göstərildiyinə güclü təsir edir.

170
00:08:31.848 --> 00:08:36.002
-Gələcəkdə bizim işimizin
üzərinə inşa edilməyə

171
00:08:36.002 --> 00:08:39.080
davam ediləcəyini bilmək isə
əlavə bir bonusdur.

172
00:08:39.080 --> 00:08:41.080
-Çak həqiqətən
nümunəvi model qurdu.

173
00:08:41.080 --> 00:08:43.080
Bu, çox ilham verən hekayədir.

174
00:08:43.080 --> 00:08:45.080
Microsoft-un uğuru
super səviyyədə olduqda,

175
00:08:45.080 --> 00:08:47.539
bu sərvətin
cəmiyyətə necə

176
00:08:47.539 --> 00:08:50.182
qaytarılacağı barədə
düşünməyə başladım.

177
00:08:50.182 --> 00:08:53.408
-Çak kimi, Bil Qeyts də öz
xeyriyyəçiliyində sahibkar

178
00:08:53.408 --> 00:08:55.408
keçmişinin təcrübəsindən
istifadə edir.

179
00:08:55.408 --> 00:08:58.715
-İdeya isə budur - yüksək elm
və innovasiyadan istifadə

180
00:08:58.715 --> 00:09:00.449
edərək bir şəkildə həyatları
yaxşılaşdıra və şanslı

181
00:09:00.449 --> 00:09:04.950
olaraq sahib olduğumuz şeylərdən
hamıya pay verə bilərikmi?

182
00:09:04.950 --> 00:09:08.276
-Cənubi Afrika, Aparteid
ağrısından sağalmağa

183
00:09:08.276 --> 00:09:12.395
çalışaraq demokratiyanı
qurarkən Atlantic ortaya çıxdı.

184
00:09:12.395 --> 00:09:15.545
-Bir arzuya investisiya
etmək istəyirdik.

185
00:09:15.545 --> 00:09:20.496
Ağrının, tənəzzülün,
təhqirin pozitivlivliyə

186
00:09:20.496 --> 00:09:23.350
çevrilmə xəyalı.

187
00:09:23.936 --> 00:09:28.608
-1994-cü ildə Cənubi Afrikalıların
əksəriyyəti savadsız idi.

188
00:09:28.608 --> 00:09:32.442
Çətinliyimiz çoxsaylı
Cənubi Afrikalıya müasir

189
00:09:32.442 --> 00:09:35.913
biliklərin əhəmiyyətini
anlatmaq idi.

190
00:09:35.913 --> 00:09:38.658
Bu səbəbdən də
universitetlər çox vacib idi.

191
00:09:38.658 --> 00:09:39.883
-Cənubi Afrikada

192
00:09:39.883 --> 00:09:43.735
Atlantic bir daha ali təhsili
dəyişikliyin mühərriki, insan

193
00:09:43.735 --> 00:09:46.047
kapitalının önünü açmaq üçün
vasitə olaraq gördü.

194
00:09:46.047 --> 00:09:49.046
Hökumət isə təsiri daha da
artırmaq üçün bu

195
00:09:49.046 --> 00:09:51.046
qrantlar qədər əlavə
vəsait qoymalı idi.

196
00:09:51.046 --> 00:09:53.382
-Universiteti hər dərs ilinin

197
00:09:53.382 --> 00:09:55.577
əvvəlində dolarkən,
mindən çox tələbə dərsə

198
00:09:55.577 --> 00:09:57.418
gələn gündə görməlisiniz.

199
00:09:57.418 --> 00:09:59.760
Bütün bu gənc
Qara Cənubi Afrikalılar

200
00:09:59.760 --> 00:10:01.760
elm ilə məşğul olur və
bunu qürurla edirlər.

201
00:10:01.760 --> 00:10:05.939
Heç kim Cənubi Afrikada bunu
təsəvvür edə bilməzdi.

202
00:10:05.939 --> 00:10:07.939
Dünyanı təəccübləndirdik.

203
00:10:07.939 --> 00:10:11.468
[nümayişçilər mahnı oxuyur]

204
00:10:11.468 --> 00:10:12.938
-Təhsil sahəsindən əlavə olaraq

205
00:10:12.938 --> 00:10:16.377
Atlantic eyni zamanda homoseksuallar
cəmiyyəti və HIV/AIDS bəlası ilə

206
00:10:16.377 --> 00:10:20.369
mübarizə aparan aktivistlər üçün
kritik dəstəyə liderlik etdi.

207
00:10:20.369 --> 00:10:23.598
[nümayişçilər mahnı oxuyur]

208
00:10:23.598 --> 00:10:26.841
-Bütün bu fəaliyyətlər
xəstəliyin dağıdıcı nəticələrinə

209
00:10:26.841 --> 00:10:29.725
qarşı hərəkatda təsirli bir
irəliləyişə səbəb oldu.

210
00:10:29.798 --> 00:10:36.235
-2004-cü ildə Cənubi Afrikada
bir nəfər də olsun ictimai

211
00:10:36.235 --> 00:10:39.457
səhiyyə sektoru vasitəsi ilə
müalicə almırdısa,

212
00:10:39.457 --> 00:10:43.072
bu gün 2 milyon insan
müalicə alır və bu

213
00:10:43.072 --> 00:10:46.544
müalicəni alması nəticəsində
bir çoxu həyatda qalır.

214
00:10:46.544 --> 00:10:49.500
Bir növ çevriliş etdik

215
00:10:49.500 --> 00:10:51.780
və bu çevriliş
Atlantic-in sarsılmaz

216
00:10:51.780 --> 00:10:55.399
dəstəyi olmadan
mümkün olmazdı.

217
00:10:55.399 --> 00:10:57.794
-Bir kitab hədiyyə
etmişdilər mənə.

218
00:10:57.794 --> 00:10:59.794
Bu kitab Çak Fininin
həyat hekayəsi və inanılmaz,

219
00:10:59.794 --> 00:11:05.459
möhtəşəm bir adamın
inanılmaz səyahəti haqqında idi.

220
00:11:05.459 --> 00:11:08.814
Mən sadəcə “Vau” dedim. Demək istədiyim
odur ki, nə qədər heyranedici bir səyahət…

221
00:11:08.814 --> 00:11:13.678
Yəni… bilirsiniz… bir adam həyatına
həqiqətən nə qədər məna qatdı!

222
00:11:13.678 --> 00:11:15.678
-İnvestisiya bankiri
Amit Çandra

223
00:11:15.678 --> 00:11:18.552
40 yaşına qədər
maliyyə uğurlarını qazandı.

224
00:11:18.552 --> 00:11:20.367
-Uğur erkən gəldi,

225
00:11:20.367 --> 00:11:25.958
lakin bir şəkildə həmişə
boşluq hissi var idi.

226
00:11:25.958 --> 00:11:28.191
-Çak Fininin hekayəsinin

227
00:11:28.191 --> 00:11:31.949
gücü Amit və həyat yoldaşını
cəsarətli yeni bir yola çıxardı.

228
00:11:31.949 --> 00:11:36.756
-Bütün sərvətimizi bölüşəcək
şəkildə formalaşdırmağa qərar

229
00:11:36.756 --> 00:11:38.756
verdik və ailəmizə çata biləcək

230
00:11:38.756 --> 00:11:41.229
qədərini bizdə
saxlayacağımızı və bundan

231
00:11:41.229 --> 00:11:44.887
artıq hər şeyin xeyriyyəçiliyə
veriləcəyini dedik.

232
00:11:44.887 --> 00:11:47.466
Bu səyahətin dərindən şəxsi maraqlara
xidmət edən bir hissəsi var.

233
00:11:47.466 --> 00:11:50.242
Bu işlə məşğul
olduğum üçün məmnunluğum

234
00:11:50.242 --> 00:11:52.057
çox daha yüksəkdir.

235
00:11:52.057 --> 00:11:55.390
-Çak Fininin milyardlarını yardım
etməyə xərcləməkdən aldığı zövq

236
00:11:55.390 --> 00:11:59.517
onun bu pulları qazandığı zaman aldığı
zövq və məmnunluqdan daha çoxdur.

237
00:11:59.517 --> 00:12:02.529
Bu onun coşğusu
və dərmanıdır.

238
00:12:02.529 --> 00:12:05.294
-Bu planeti tərk etməmişdən
əvvəl nə edə bilərsiniz?

239
00:12:05.294 --> 00:12:07.496
Gələnlər üçün daha yaxşı

240
00:12:07.496 --> 00:12:09.496
perspektivlərlə daha yaxşı
bir yer buraxmaq.

241
00:12:09.496 --> 00:12:11.623
Bundan daha məmnunedici
bir şey yoxdur.

242
00:12:11.623 --> 00:12:13.407
Bu, hamımıza,

243
00:12:13.407 --> 00:12:16.954
xüsusən də varlı
olanlara mesajdır.

244
00:12:16.954 --> 00:12:20.531
-Mənə görə, şəxsən, düşünürəm ki...
tamamilə çox sadə bir şey kimi görünür.

245
00:12:20.531 --> 00:12:23.679
-Dünyada olarkən və ətrafınıza
baxarkən, deyirsiniz ki,

246
00:12:23.679 --> 00:12:26.639
nə üçün… edə biləcəyiniz
çox yaxşılıq varsa, nə üçün

247
00:12:26.639 --> 00:12:29.982
edə biləcəyiniz
yaxşılığı azaldasınız ki?

248
00:12:30.982 --> 00:12:37.252
Sərvətinizi insanlara yardım etmək üçün istifadə edin.
Çünki əslində bir az düşünəndə, görürük ki əsas olan insanlardır.
- Çak Fini

249
00:12:38.094 --> 00:12:42.971
Atlantic son qrantını 2016-cı ilin dekabrında verdi və
1982-ci ildən bəri investisiyaları ümumilikdə 8 milyard dolları keçdi.

250
00:12:43.427 --> 00:12:48.800
Atlantik 35 il ərzində Avstraliya, Bermuda, Kuba, Şimali İrlandiya, İrlandiya Respublikası,
Cənubi Afrika, Amerika Birləşmiş Ştatları, Vyetnamda qrantlar vasitəsilə yardımlar etdi.

251
00:12:49.337 --> 00:13:24.720
[musiqi səslənir]
