WEBVTT

1
00:00:00.000 --> 00:00:16.936
[musiqi səsi]

2
00:00:17.000 --> 00:00:21.003
-And dağlarının hündürlüklərində 
İnk İmperiyasının 

3
00:00:21.003 --> 00:00:23.564
qədim krallıq sarayının 
qalıqları var.

4
00:00:23.604 --> 00:00:26.469
Yüzilliklər boyu xarici 
dünyadan gizli qalan 

5
00:00:26.509 --> 00:00:29.650
Maçu Piçu 1911-ci ildə 
yenidən kəşf edildi. 

6
00:00:29.690 --> 00:00:33.620
[musiqi səsi]

7
00:00:33.660 --> 00:00:39.364
Perunun yerli əhalisi hələ də bu 
vadidə əkinçilik ilə məşğul olur.

8
00:00:39.404 --> 00:00:42.060
Eysebio Mendes Atau və ailəsi 

9
00:00:42.100 --> 00:00:45.688
El-Palmar adlı kiçik 
dağ kəndində yaşayır.

10
00:00:45.728 --> 00:00:49.751
Onlar Yusebionun atası 
və babasının son 100 ildə 

11
00:00:49.791 --> 00:00:53.116
etdiyi kimi torpaqda 
əkinçilik ilə məşğul olurlar.

12
00:00:53.156 --> 00:00:59.679
Onların dörd öküzü, iki donuzu 
və bir neçə toyuğu var.

13
00:00:59.719 --> 00:01:03.164
Bu gün Yusebio yeni bir 
günün işini görmək üçün 

14
00:01:03.204 --> 00:01:08.233
primitiv kotanını dağın 
yuxarısına qaldırır.

15
00:01:08.273 --> 00:01:10.787
Lakin onun dolanışığının 
asılı olduğu 

16
00:01:10.827 --> 00:01:13.937
bu torpaq üzərində heç bir 
qanuni hüququ yoxdur.

17
00:01:13.937 --> 00:01:17.390
-Mənim nənəm və babam 
burada doğulub.

18
00:01:18.460 --> 00:01:22.060
Onlar buranın 
ilk sahibləri idi.

19
00:01:23.301 --> 00:01:25.626
-Bir gün şəhərdən gələn 
yad bir adam 

20
00:01:25.666 --> 00:01:28.617
Yusebionun babasına torpağın 
ona məxsus olduğunu 

21
00:01:28.657 --> 00:01:30.987
iddia edən bir sənəd 
təqdim etdi.

22
00:01:31.800 --> 00:01:33.980
-O, babamı və nənəmi torpaq 
sahəsindən qovmaq istəyirdi.

23
00:01:34.930 --> 00:01:36.980
O, nənəmlə babama dedi ki, 

24
00:01:38.060 --> 00:01:39.980
bu torpaqda işləmək 

25
00:01:41.200 --> 00:01:43.600
istəyirsinizsə, "mənim üçün 
işləyin, mənim üçün". 

26
00:01:43.970 --> 00:01:50.547
[musiqi səsi]

27
00:01:50.587 --> 00:01:51.841
-Yüzilliklər ərzində 

28
00:01:51.881 --> 00:01:56.024
İnklərin bu müqəddəs 
vadisinin çoxlu sahibi olub.

29
00:01:56.064 --> 00:01:58.720
İmperatorluq bir zamanlar 
Ekvadordan cənubi Çiliyə 

30
00:01:58.760 --> 00:02:04.047
qədər uzanan 2000 mildən çox 
əraziyə nəzarət edirdi.

31
00:02:04.087 --> 00:02:07.902
İspan konkistadorları 
16-cı əsrdə bu torpaqları 

32
00:02:07.942 --> 00:02:09.753
işğal edənə qədər 

33
00:02:09.793 --> 00:02:12.929
İnk kralları yerli 
fermerlərdən xəraclar alırdı.

34
00:02:12.969 --> 00:02:18.577
O vaxtdan bəri Peru hökumətləri çox 
vaxt torpaq mülkiyyətini diktə edib.

35
00:02:18.617 --> 00:02:22.224
Uşaq vaxtı Yusebionun yalnız 
bir seçimi var idi - torpağın 

36
00:02:22.264 --> 00:02:26.339
mülkiyyətinin özündə olduğunu 
iddia edən şəxs üçün işləmək. 

37
00:02:26.379 --> 00:02:28.428
[musiqi səsi]

38
00:02:28.468 --> 00:02:32.964
Bu gün Yusebionun oğulları 
ona sahədə kömək edəcək.

39
00:02:33.004 --> 00:02:36.074
Əksər günlərdə Yusebio 
və onun yoldaşı Zenobia 

40
00:02:36.114 --> 00:02:38.475
gün çıxandan batana 
qədər işləyirlər.

41
00:02:38.530 --> 00:02:43.160
Mənim üçün bu torpaq … 

42
00:02:44.130 --> 00:02:45.440
sanki qızıldır.

43
00:02:46.460 --> 00:02:47.440
Yaxud puldur.

44
00:02:48.260 --> 00:02:51.600
Mən də, uşaqlarım da bu 
torpaq sayəsində dolanırıq.

45
00:02:53.339 --> 00:02:56.491
-1969-cu ildə Peru hökuməti 

46
00:02:56.531 --> 00:02:59.207
torpağı böyük mülkiyyət 
sahiblərinin əlindən aldı, 

47
00:02:59.247 --> 00:03:02.259
lakin onları fərdi fermerlərə 
paylamaq əvəzinə, 

48
00:03:02.299 --> 00:03:04.817
kooperativlər qurmağa başladı.

49
00:03:04.857 --> 00:03:08.682
Heç bir fərdi şəxsə torpağa 
sahib olmağa icazə verilmirdi.

50
00:03:08.722 --> 00:03:12.437
Yusebionun yenə də 
yalnız bir seçimi var idi.

51
00:03:12.477 --> 00:03:14.962
Torpaqda qalmaq üçün 
o və Zenobia direktorları 

52
00:03:15.002 --> 00:03:17.160
paytaxt Limadakı 
bürokratlar tərəfindən 

53
00:03:17.200 --> 00:03:19.509
təyin edilmiş 
kooperativlər üçün 

54
00:03:19.549 --> 00:03:21.439
işləməli idi.

55
00:03:21.439 --> 00:03:25.130
-Vəziyyət daha da çətinləşirdi, çünki 
indi də bizi direktorlar istismar edirdi.

56
00:03:26.460 --> 00:03:29.290
Kooperativ real əmək haqqı ödəmirdi, bizə 
gündə sadəcə 50 sent, direktorlar üçün isə 

57
00:03:30.400 --> 00:03:33.460
qat-qat daha çox ödənilirdi. Onlar bütün 
gün sadəcə oturub pivə içməklə məşğul idi.

58
00:03:34.130 --> 00:03:35.260
Məsələn, 

59
00:03:36.130 --> 00:03:40.000
hətta indi onların öz evləri və 
avtomobilləri, … traktorları var.

60
00:03:40.930 --> 00:03:43.330
Bunları onlar kooperativin 
hesabına əldə etmişdi.

61
00:03:44.600 --> 00:03:48.330
Onlar pulları bank hesablarında yığırlar.
Elə ancaq özləri faydalanırlar.

62
00:03:50.664 --> 00:03:53.404
-İllərlə Yusebio və qonşuları 

63
00:03:53.444 --> 00:03:56.273
uğursuzcasına sistem ilə 
mübarizə aparıb.

64
00:03:56.313 --> 00:04:00.492
Yaxınlıqda Sebastiana Flores 
həyat yoldaşı və iki oğlu ilə 

65
00:04:00.532 --> 00:04:03.488
kiçik bir torpaq sahəsində 
əkinçiliklə məşğul olur.

66
00:04:03.528 --> 00:04:07.312
Başqa bir qonşu 
Aleksandrina Hyu Mandes Çaves 

67
00:04:07.352 --> 00:04:09.096
isə torpaqda yalnız özü işləyir.

68
00:04:09.136 --> 00:04:12.634
Onun həyat yoldaşı pul 
qazanmaq üçün şəhərə gedib.

69
00:04:12.674 --> 00:04:14.850
Mülkiyyətə sahib olmaq üçün 
mübarizələrində Yusebio və 

70
00:04:14.890 --> 00:04:18.771
onun qonşularının heç vaxt 
görüşmədikləri müttəfiqləri var.

71
00:04:18.811 --> 00:04:20.870
-Dünya əhalisinin üçdə ikisi 

72
00:04:20.910 --> 00:04:23.500
kapitalist sistemindən 
kənarda qalır.

73
00:04:23.540 --> 00:04:26.523
Dörd milyard insanın 
mülkiyyət hüququ yoxdur, 

74
00:04:26.563 --> 00:04:29.385
qanun tərəfindən tanınan 
biznes assosiasiyalarına 

75
00:04:29.425 --> 00:04:33.949
malik deyillər və qanuni yolla 
şəxsiyyətlərini sübut edə bilmirlər.

76
00:04:33.989 --> 00:04:36.259
-Hernando de Soto 

77
00:04:36.299 --> 00:04:38.769
baş qərargahı Limada yerləşən 
Azadlıq və Demokratiya 

78
00:04:38.809 --> 00:04:40.637
İnstitutunun rəhbəridir.

79
00:04:40.677 --> 00:04:42.686
"The Economist" jurnalı 
bu qurumu dünyadakı 

80
00:04:42.726 --> 00:04:47.393
iki ən mühüm tədqiqat 
təşkilatlarından biri adlandırır.

81
00:04:47.433 --> 00:04:50.788
Bu təşkilat heç kəsin dövlətin xüsusi 
münasibətindən qazanc əldə etməməsi 

82
00:04:50.828 --> 00:04:55.933
üçün mülkiyyət hüquqları və qanunun 
aliliyi üçün mübarizə aparır.

83
00:04:55.973 --> 00:05:02.083
Təşkilatın sahədəki tədqiqatçıları hamıyla 
tək-tək işləyərək, islahat üçün yol açır.

84
00:05:02.123 --> 00:05:06.488
-Hamımız qlobal iqtisadiyyat 
və qlobal dünya haqqında 

85
00:05:06.528 --> 00:05:11.014
danışırıq, lakin dünyanın üçdə 
ikisinin necə yaşadığı barədə 

86
00:05:11.054 --> 00:05:13.181
çox az məlumatlıyıq. Bu insanlar 
dünya əhalisinin əksəriyyətini 

87
00:05:13.221 --> 00:05:18.059
təşkil etdiyi üçün onlarla 
tanış olmağımız çox vacibdir.

88
00:05:18.099 --> 00:05:23.564
Kapitalist oyununda iştirak etmək 
üçün sizə aktivlər lazımdır.

89
00:05:23.604 --> 00:05:26.689
-Yusebionun yeganə 
aktivi torpaqdır, 

90
00:05:26.729 --> 00:05:28.590
lakin mülkiyyət sənədi olmadan 
o, daha çox toxum və ya 

91
00:05:28.630 --> 00:05:32.744
daha çox torpaq almaq üçün 
kredit götürə bilməz.

92
00:05:32.784 --> 00:05:36.552
Mülkiyyət sənədi olmadan 
o, uşaqlarına təhsil vermək 

93
00:05:36.592 --> 00:05:38.438
və ya evini təmir etdirmək 
üçün kredit götürə bilməz.

94
00:05:38.478 --> 00:05:40.175
Həmçinin mülkiyyət 
sənədi olmadan, 

95
00:05:40.215 --> 00:05:43.293
nə o, nə də atası və ya babası 
mülkiyyətin satışından 

96
00:05:43.333 --> 00:05:46.336
mənfəət qazana bilməz.

97
00:05:46.800 --> 00:05:48.330
-Tam çarəsiz idim.

98
00:05:49.200 --> 00:05:52.000
Yuxularımda bu mülkiyyəti təsdiq 
edən sənədi görməyə can atırdım.

99
00:05:53.200 --> 00:05:55.130
Lakin mən həmişə onu 
görmədən yuxudan oyanırdım.

100
00:05:56.200 --> 00:05:57.400
Gecə və ya gündüz fərq etmirdi.

101
00:05:58.754 --> 00:06:01.298
-Yusebionun yuxuları 
mürəkkəb problemlərin 

102
00:06:01.338 --> 00:06:04.141
həllinin başlanğıcı 
haqqındadır.

103
00:06:04.181 --> 00:06:07.253
-Qanunun aliliyini təmin etmək əlbəttə 
ki, məsələnin bir dəfəlik həlli deyil.

104
00:06:07.293 --> 00:06:10.711
İnkişaf elə həyatın özü 
kimi çox mürəkkəbdir.

105
00:06:10.751 --> 00:06:12.756
Hədəfə çatmaq üçün 

106
00:06:12.796 --> 00:06:15.111
keyfiyyətli təhsil lazımdır, 

107
00:06:15.151 --> 00:06:18.026
sağlamlıq zəruridir və qanunların 
icrası təmin edilməlidir.

108
00:06:18.066 --> 00:06:24.434
Lakin kimin nəyə sahib olduğunu, 
kimin harada olduğunu və kimin 

109
00:06:24.474 --> 00:06:27.153
nə üçün öhdəlik daşıdığını 
göstərən bir sənəd yoxdursa, 

110
00:06:27.193 --> 00:06:28.545
qalan şeylər 
əhəmiyyətini itirir.

