﻿WEBVTT

1
00:00:00.000 --> 00:00:02.454
Franklin Templeton təqdim edir

2
00:00:02.494 --> 00:00:04.986
Gündəlik İnvestorlar Üçün
Davranış Maliyyəsi

3
00:00:05.026 --> 00:00:06.752
Uzunmüddətli investisiya
müvəffəqiyyətinizdə sizə

4
00:00:06.792 --> 00:00:09.281
kömək edəcək konsepsiyalar
barəsində maarifləndirməni artırmaq.

5
00:00:09.321 --> 00:00:11.793
Bu günkü dərs - Məlumat
Əlçatanlığı Qərəzi.

6
00:00:11.833 --> 00:00:16.357
Məlumat əlçatanlığı qərəzini köpək
balıqları nümunəsində göstərək.

7
00:00:16.397 --> 00:00:21.205
ABŞ-da bir köpək balığının hücumuna məruz
qalma ehtimalı 11 500 000-də 1-dir.

8
00:00:21.245 --> 00:00:24.575
Əslində köpək balığının
hücumundansa, maral ilə

9
00:00:24.615 --> 00:00:27.009
toqquşma, yaxud hətta çimərlikdə
quma basdırılmaqla nəticələnən

10
00:00:27.049 --> 00:00:28.675
ölümcül hadisələrin
ehtimalı daha çoxdur.

11
00:00:28.715 --> 00:00:31.867
Nəzərə alsaq ki, ehtimallar
aydın şəkildə lehimizədir,

12
00:00:31.907 --> 00:00:34.645
düşünə bilərik ki,
heç bir narahatlıq olmadan

13
00:00:34.685 --> 00:00:38.476
dənizdə üzməyə gedə
bilərik. Amma belə deyil.

14
00:00:38.516 --> 00:00:41.357
Bəs Discovery kanalında Köpək Balığı
Həftəsini təzəlikcə seyr etmisinizsə?

15
00:00:41.397 --> 00:00:44.672
Yeri gəlmişkən, bu verilişi adətən yayın
ortalarında, tam dəniz mövsümündə yayımlayırlar.

16
00:00:44.712 --> 00:00:46.672
Belə olan halda
ağlınızda nə olacaq?

17
00:00:46.712 --> 00:00:50.242
Təhlükəsizliyinizə zəmanət verən
və lotereya ehtimalları qədər

18
00:00:50.282 --> 00:00:53.819
böyük olan statistika, yoxsa
suiti əti üçün sinov gedən

19
00:00:53.859 --> 00:00:56.254
nəhəng Cənubi Afrika köpək
balıqlarının görüntüsü?

20
00:00:56.294 --> 00:00:59.528
Qəfildən qumdan qala inşa etmək
dənizdə üzməkdən daha çox

21
00:00:59.568 --> 00:01:04.139
cazibədar gələ bilər.
Bu, məlumat əlçatanlığı qərəzidir.

22
00:01:04.179 --> 00:01:07.859
Ağlınızla köpək balığı
hücumlarının son dərəcə

23
00:01:07.899 --> 00:01:09.897
nadir hadisə olduğunu bilirsiniz,
ancaq daha yaxın zamanda

24
00:01:09.937 --> 00:01:12.814
qanlı hücumlar barəsində
məlumat almısınızsa,

25
00:01:12.854 --> 00:01:16.205
bu məlumat qərarlarınıza daha
güclü təsir göstərə bilər.

26
00:01:16.245 --> 00:01:20.068
Məlumat əlçatanlığı qərəzi insanların
necə investisiya etməsinə də təsir edir.

27
00:01:20.108 --> 00:01:23.010
Məsələn, 2008-ci ilin qiymətli
kağızlar bazarındakı böhran səhmlərə

28
00:01:23.050 --> 00:01:26.953
investisiyalar etməyin riskləri
barədə canlı xatirələr buraxdı.

29
00:01:26.993 --> 00:01:30.626
Həqiqətən çox ağrılı bir dərs idi. Bəzi
investorlar buna görə pullarını nağd

30
00:01:30.666 --> 00:01:33.485
vəsait ekvivalentlərinə investisiya etdilər
(qısamüddətli yüksək likvidli investisiyalar).

31
00:01:33.525 --> 00:01:37.527
Özlərini təhlükəsiz hiss etmək
istəyirdilər. Lakin investisiya edilən

32
00:01:37.567 --> 00:01:41.082
vəsaitlər çox aşağı gəlir gətirirdi
və əksər investorlar ehtiyatlı

33
00:01:41.122 --> 00:01:43.082
davrandıqlarını düşünürdülər və əsas
təhlükənin, inflyasiyanın onların

34
00:01:43.122 --> 00:01:45.234
alıcılıq qabiliyyətlərini azaltdığını
heç hesaba qatmırdılar.
