WEBVTT FILE

1
00:00:00.028 --> 00:00:02.752
MRUniversity.com
İqtisadiyyat öyrənin, Dünyanızı Anlayın

2
00:00:04.019 --> 00:00:07.312
İqtisadiyyat Lüğəti

3
00:00:07.374 --> 00:00:12.694
Səmərəli bazar 
fərziyyəsi nədir?

4
00:00:13.088 --> 00:00:15.832
Səmərəli bazar 
fərziyyəsi nədir? 

5
00:00:15.832 --> 00:00:17.799
Fərziyyənin arxasında duran 
əsas fikir budur ki, 

6
00:00:17.799 --> 00:00:20.935
səhmlər kimi, mübadilə olunan 
aktivlərin qiymətləri artıq 

7
00:00:20.935 --> 00:00:25.617
ictimaiyyətə açıq olan bütün 
məlumatları əks etdirir və beləliklə, 

8
00:00:25.617 --> 00:00:28.632
ictimaiyyətə açıq məlumatlara 
əsaslanaraq investisiya qoyursunuzsa,  

9
00:00:28.632 --> 00:00:33.363
uzun dövr ərzində sistemli olaraq 
bazarı üstələyə bilməyəcəksiniz.

10
00:00:33.363 --> 00:00:35.642
Bu şəkildə düşünün: 
ortalama olaraq alıcılarda 

11
00:00:35.642 --> 00:00:39.148
satıcılarda olan qədər 
informasiya var və əksinə. 

12
00:00:39.148 --> 00:00:43.313
Deməli, bu, o deməkdir ki, bir 
səhmin bazardakı ortalamadan yuxarı 

13
00:00:43.313 --> 00:00:45.313
nəticə göstərməsinin ehtimali, 
bu ortalamadan aşağı nəticə 

14
00:00:45.623 --> 00:00:48.045
göstərməsinin ehtimalina bərabərdir. 
Səhm gəlirlərini proqnozlaşdırmaq çətindir, 

15
00:00:48.045 --> 00:00:52.478
çünki mövcud məlumatlar artıq səhm 
qiymətlərinə daxil edilib və yeni 

16
00:00:52.478 --> 00:00:57.302
məlumatlar adından göründüyü kimi 
gözlənilməz və ya təsadüfidir.

17
00:00:57.302 --> 00:00:58.842
Belə bir nümunə: 

18
00:00:58.842 --> 00:01:03.713
28 yanvar 1986-cı ildə 
Şərqi Standart Vaxt ilə 

19
00:01:03.713 --> 00:01:07.258
saat 11:39-da Space Shuttle 
Challenger partladı 

20
00:01:07.258 --> 00:01:09.258
və içindəki hər kəs öldü. 

21
00:01:09.258 --> 00:01:13.616
Səkkiz dəqiqə sonra bu xəbər 
Dou Consun teleqram xidmətinə çatdı. 

22
00:01:13.616 --> 00:01:16.947
Ani mesajlaşmanın mövcud olmadığı 
həmin dövrdə xəbərlər daha gec çatırdı.

23
00:01:16.947 --> 00:01:19.914
O gün Morton Thiokol, 
Lockheed, Martin Marietta 

24
00:01:19.914 --> 00:01:21.465
və Rockwell International 

25
00:01:21.465 --> 00:01:23.978
kimi bu kosmik şatlın inşasına 

26
00:01:23.978 --> 00:01:26.671
kömək edən bütün əsas 
podratçıların səhm qiymətləri - 

27
00:01:26.671 --> 00:01:29.413
qiymətləri 11% -dən aşağı düşən 

28
00:01:29.413 --> 00:01:34.692
Morton Thiokol istisna olmaqla 
digər hamısı dərhal 2-3% düşdü.

29
00:01:35.002 --> 00:01:38.216
Göründüyü kimi, bazar fəlakətin 
ən çox ehtimal olunan 

30
00:01:38.216 --> 00:01:42.299
səbəbkarının Morton Thiokol 
olduğunu düzgün olaraq təyin etdi 

31
00:01:42.299 --> 00:01:46.738
və saatlar ərzində bu məlumat 
bazar qiymətlərinə təsir etdi. 

32
00:01:46.738 --> 00:01:50.002
Rəsmi tədqiqat 6 ay sonra 
başlayacaqdı və bu müddət 

33
00:01:50.002 --> 00:01:53.695
ərzində Morton Thiokol 
tərəfindən hazırlanmış uğursuz 

34
00:01:53.695 --> 00:01:56.709
O-halqalar 
fəlakətlə əlaqələndirilmişdi.

35
00:01:56.850 --> 00:01:59.074
Bu hadisə 1986-cı ildə 
baş vermişdi. 

36
00:01:59.074 --> 00:02:02.462
Bugünlərdə yeni informasiya 
bazarlara saatlar və ya 

37
00:02:02.462 --> 00:02:06.571
dəqiqələr ərzində deyil, saniyələr 
və ya milisaniyələr ərzində 

38
00:02:06.571 --> 00:02:08.571
- sözün əsl mənasında bir göz 
qırpımından daha da sürətli 

39
00:02:08.571 --> 00:02:13.171
təsir edir və bu səmərəli bazar 
fərziyyəsini daha da səmərəli edir.

40
00:02:13.171 --> 00:02:15.171
[musiqi səslənir]

