WEBVTT FILE

1
00:00:00.000 --> 00:00:03.927
TƏLƏB VƏ TƏKLİF
Qarrett Petersenin İqtisadiyyat Mühazirəsi

2
00:00:04.008 --> 00:00:06.418
Yalnız bir iqtisadiyyat 
konsepsiyası barədə eşitmisinizsə, 

3
00:00:06.418 --> 00:00:08.615
ehtimal ki, o, 
tələb və təklifdir. 

4
00:00:08.615 --> 00:00:10.980
Bu konsepsiyanı faydalılıq 
və xərc funksiyaları barədə 

5
00:00:10.980 --> 00:00:13.957
əsas fərziyyələrdən 
əldə edirik, 

6
00:00:13.957 --> 00:00:16.695
lakin indi sizə 2 dəqiqəlik 
versiyanı təqdim edəcəyəm.

7
00:00:16.695 --> 00:00:18.285
Gəlin, təklif ilə başlayaq. 

8
00:00:18.285 --> 00:00:21.402
Təklif əyrisi müəyyən bir 
əmtəənin qiyməti ilə 

9
00:00:21.402 --> 00:00:23.135
istehsalçıların istehsal etdiyi 
miqdar arasında əlaqəni göstərir. 

10
00:00:23.135 --> 00:00:25.406
Tutaq ki, onlar 
çətir istehsal edirlər.

11
00:00:25.406 --> 00:00:27.865
Təklif əyriləri adətən yuxarıya 
doğru meyl edir, çünki daha 

12
00:00:27.865 --> 00:00:30.256
yüksək qiymət istehsalçıların 
satdıqları hər bir məhsuldan 

13
00:00:30.256 --> 00:00:31.626
daha çox qazanc əldə edə 
biləcəkləri deməkdir. Bu isə 

14
00:00:31.626 --> 00:00:34.592
o deməkdir ki, bu məhsuldan daha 
çox istehsal etmək istəyəcəklər.

15
00:00:34.592 --> 00:00:36.325
İndi isə tələbə baxaq. 

16
00:00:36.325 --> 00:00:39.984
Tələb əyrisi müəyyən bir 
əmtəənin qiyməti ilə həmin əmtəə 

17
00:00:39.984 --> 00:00:42.952
alıcılarının almaq istədiyi miqdar 
arasındakı əlaqəni göstərir. 

18
00:00:42.952 --> 00:00:46.698
İstisnalar olsa da, əksər tələb 
əyriləri aşağıya doğru meyl edir. 

19
00:00:46.698 --> 00:00:50.897
İntuitiv olaraq bir şey daha ucuz 
olan zaman ondan daha çox alacaqsınız.

20
00:00:50.897 --> 00:00:53.701
Tələb və təklif əyrilərini 
bir qrafikdə çəksək, 

21
00:00:53.701 --> 00:00:55.529
bu kiçik X-i əldə edəcəyik. 

22
00:00:55.529 --> 00:00:57.605
Tələb və təklifin 
kəsişdiyi qiymət 

23
00:00:57.605 --> 00:01:00.595
bazarın tarazlıq qiymətidir. 

24
00:01:00.595 --> 00:01:03.137
Qiymət bazarın tarazlıq 
səviyyəsindədirsə, 

25
00:01:03.137 --> 00:01:07.567
istehsalçılar alıcıların 
almaq istədikləri qədər 

26
00:01:07.567 --> 00:01:09.567
çətir istehsal edirlər, 
buna görə də bütün çətirlər 

27
00:01:09.567 --> 00:01:13.184
satılır və çətir almaq 
istəyən hər kəs ala bilir.

28
00:01:13.184 --> 00:01:14.545
Bəs çətirlərin 

29
00:01:14.545 --> 00:01:16.957
qiyməti tarazlıq 
qiymətindən yüksəkdirsə? 

30
00:01:16.957 --> 00:01:18.739
Onda istehsalçılar alıcıların 
bu qiymətə almaq istədiklərindən 

31
00:01:18.739 --> 00:01:23.249
daha çox çətir istehsal edir 
və artıqlığımız olur. 

32
00:01:23.249 --> 00:01:25.518
Oxşar şəkildə, 
çətirlərin qiyməti 

33
00:01:25.518 --> 00:01:27.715
tarazlıq qiymətindən 
aşağı təyin edilsə, 

34
00:01:27.715 --> 00:01:29.641
alıcılar çoxlu çətir 
almaq istəyəcəklər, 

35
00:01:29.641 --> 00:01:32.336
lakin istehsalçılar bu qədər 
istehsal etməyəcəklər. 

36
00:01:32.336 --> 00:01:36.176
Buna görə də 
çətir qıtlığı yaranacaq.

37
00:01:36.176 --> 00:01:39.384
Artıqlıq və qıtlıq sözlərinin 
hər zaman qiymət fenomeninə 

38
00:01:39.384 --> 00:01:41.384
aid olduğunu anlamaq vacibdir. 

39
00:01:41.384 --> 00:01:44.276
Min ədəd çətir qiyməti 

40
00:01:44.276 --> 00:01:46.769
100 dollar olarsa, artıqlığı, 

41
00:01:46.769 --> 00:01:52.036
1 dollar olarsa, 
qıtlığı göstərə bilər.

42
00:01:52.036 --> 00:01:55.587
Tələb və təklif modelimizdə qiyməti 
harada görməyi gözləyərdik? 

43
00:01:55.587 --> 00:01:57.587
Cavab bir çox şeydən asılıdır. 

44
00:01:57.587 --> 00:02:00.488
İstehsalçıların sayının  
bir və ya çox,

45
00:02:00.488 --> 00:02:03.181
alıcıların sayının bir 
və ya çox olub-olmamasından, 

46
00:02:03.181 --> 00:02:04.962
qanunlardan və bazarın qəfil 

47
00:02:04.962 --> 00:02:09.882
fırtınaya necə cəld reaksiya 
verə biləcəyindən asılıdır.

48
00:02:09.882 --> 00:02:15.766
[musiqi səslənir]

